Avqustin ordeni Haqqinda Melumat - Vikipedia

Avqustin ordeni Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Avqustin ordeni və ya avqustinlər (lat. augustiniani) — katolik kilsəsinin "Müqəddəs Avqustin nizamnaməsi" ilə rəhbər tutulan bir neçə monastır ordenləri və yığıncaqlarına verilən qeyri-rəsmi ad.

Tarixi redaktə

1243-cü ildə Mərkəzi İtaliyada bir neçə zahid rahib icmasını birləşdirərək və onları "Müqəddəs Avqustin nizamnaməsi"nə tabe etməklə yaranmışdır. Bu nizamnamə IX əsrdə Fransada, Avqustinin yazılarının qismən həqiqi və qismən də saxta əlyazmaları əsasında tərtib edilmişdir. Orden zirvəsində 42 vilayətə bölünmüş, 2,000ə qədər monastır və 30,000 rahibdən ibarət idi. Orden də qadın rahiblər də var idi. XV əsrdə Almaniyada icmalar daxilində mübarizə və təbəqələşmə baş vermiş, islahatçı bir qrup ortaya çıxmışdır. Bu dairələrdən rahiblik həyatı zamanı reformizm hərəkatının lideri Lüterin yaxın dostu olan Ştaupits də çıxmışdır. Rahiblərin çoxu islahat tərəfdarlarına çevrilmiş, ordenin gücü getdikcə zəifləmişdir.[1]

İstinadlar redaktə

  1. Августинский орден // Большая советская энциклопедия[в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.

Əlavə ədəbiyyat redaktə

Xarici keçidlər redaktə


Saytda 244 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024