Avropa (Yupiterin peyki) Haqqinda Melumat - Vikipedia

Avropa (Yupiterin peyki) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Avropa (Yupiterin peyki)

Avropa, Yupiter IIYupiter planetinin Qaliley peykləri arasındaki ən kiçiyi. Günəş sisteminin ən böyük altıncı təbii peyki. Avropa 1610-cu ildə Qalileo Qaliley tərəfindən kəşf edilmişdir. Yunan mifologiyasındakı ekvivalenti Zevs olan Roma tanrısı Yupiter tanrısının məşuqəsi Europa şərəfinə adlandırılmışdır. Aydan bir qədər kiçik olan peyk əsasən silikat daşdan, səthdə su-buz qarışıq qabıqdan və böyük ehtimalla dəmir-nikel nüvədən ibarətdir. Çoxu oksigendən ibarət seyrək atmosferə sahibdir. Avropanın səthi çat və cızıqlarla örtülmüşdür. Kosmosdaki əksər qatı planetlərin əksinə kraterleri çox azdır. Günəş sistemində bilinən obyektlər içərisində ən hamar səthə sahib olan kosmik obyektdir.[6]

Avropa
Avropa təbii rəngləri ilə.
Kəşfi
Kəşf edənQalileo Qaliley
Simon Marius
Kəşf yeriİtaliya İtaliya, Padua Universiteti
Kəşf tarixi8 yanvar 1610[1]
Təyinlər
Alternativ adlar
Yupiter II
Orbital xarakteristikası
Periapsidi664 862 km
Apoapsidi676 938 km
Böyük yarımoxu
671 100 km
Orbitinin ekssentrisiteti0,009 [2]
Siderik fırlanma dövrü
3,551 Yer günü
Orbital sürəti
13,740 km/saat
ƏyilməsiYupiterin ekvatoruna 0,470° dərəcə
Nəyin peykidirYupiter
Özünə xas ekssentrisitet
0,009
Fiziki xarakteristikaları
Orta radiusu
1 560,8±0,5 km
Böyük dairəsinin çevrəsi9807±3 km
Səthinin sahəsi
3,09×107 km2
Həcmi1,593×1010 km3
Kütləsi(4,799844±0,000013)×1022 kg[3]
Orta sıxlığı
3,013±0,005 q/sm3
1,314 m/san2
İkinci kosmik sürəti
2,026 km/san
Albedo0,67 ± 0,03
Temperaturmin 50 K orta 102 K (−171.15°C) max 125 K[4]
5,29
0.1 µPa (10−12 bar)[5]
Avropa'nın Ganymedeİo ilə Laplace rezonansı

Aparıcı bir nəzəriyyəyə görə Yupiterin nəhəng cazibə qüvvəsi altında Avropa dövri deformasiyaya uğrayır. Günəşdən çox uzaq olmağına baxmayaraq bu proses nəticəsində yaranan istilik ilə Avropanın okeanı maye halda qalır. Bu qüvvə eyni zamanda Yer kürəsinin tektonik hərəkətlərinə bənzər şəkildə Avropanın buz kütlələrini yerindən oynadaraq həm səthdəki quruluşları, çatları əmələ gətirir, həm də buz layından kimyəvi maddələri qoparıb dərindən okean sularına qarışdırır.[7]

Həyat ehtimalı redaktə

Avropa peyki Günəş sistemində Yer kürəsindən kənarda canlı həyatın mümkün olması ehtimal edilən yerlərin başında gəlir.[8] Beləliklə, Yupiterin bu təbii peykinə astrobioloqların marağı son illərdə artmışdır. 1996-cı ildə Yupiter planetini tədqiq etmək üçün göndərilən Qalilley kosmik gəmisi Avropanın arxa tərəfinin şəklini yerə göndərmişdir. Bu şəkildə buzla örtülü okeanın olduğu aydın görünürdü. Avropanın səthində temperatur Yerdəkinə bənzər həyat forması üçün çox aşağı olmağına baxmayaraq, astrobioloqlar həmin okeanın canlılar üçün həyat məskəni olabiləcəyini söyləyirlər. Yerin özündə bəzən canlıların elə ekosistemlərini aşkar edilmişdir ki, həyatın yalnız Yerdə mümkün olmasını bir daha şübhə altına alır. Məsələn, Yerin çox dərin qatlarında, suxurlarda yalnız silisium elementı ilə qidalanan və inkişaf edən bakteriyalar tapılmışdır. Burada şərait elədir ki, bizə məlum olan canlının varlığı bu süxurlarda qeyri-mümkündür. Başqa bir misal, vulkanoloqlar bəzi hallarda vulkanların kraterlərindən götürülmüş nümunələrdə bakteriyaların olduğunu kəşf edirlər, nüvə reaktorlarında, çox yüksək radiasiyanın olmasına baxmayaraq, bəzi bakteriyaların yaşadığını müəyyən etmişlər. Həyatın Avropa peykinin buzaltı okeanlarında, Yer kürəsinin okean dərinliklərindəki hidrotermal bacaların ətrafında olduğu kimi mövcud olma ehtimalı var.[9] İndi NASA Kaliforniya dağlarında, Ames Tədqiqatlar mərkəzinə məxsus Astrobiologiya İnstitutu təsis etmişdir. NASA-nın digər 11 institutları ilə sıx əməkdaşlıq edən bu institutun alimləri bu yeni sahəni inkişaf etdirmək fikrindədirlər.[10]

İstinadlar redaktə

  1. "Blue, Jennifer (9 November 2009). "Planet and Satellite Names and Discoverers". USGS". 17 November 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 January 2015.
  2. ""Overview of Europa Facts". NASA. Retrieved 27 December 2007". 26 March 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 January 2015.
  3. "Planetary Satellite Physical Parameters". 2010-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-30.
  4. McFadden, Lucy-Ann; Weissman, Paul; and Johnson, Torrence (2007). The Encyclopedia of the Solar System. Elsevier. p. 432. ISBN 0-12-226805-9.
  5. McGrath (2009). "Atmosphere of Europa". In Pappalardo, Robert T.; McKinnon, William B.; and Khurana, Krishan K. Europa. University of Arizona Press. ISBN 0-8165-2844-6.
  6. "Arxivlənmiş surət". 2017-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-11.
  7. "Arxivlənmiş surət". 2019-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-12.
  8. Schulze-Makuch, Dirk; Irwin, Louis N. "Alternative Energy Sources Could Support Life on Europa" (PDF). Departments of Geological and Biological Sciences, University of Texas at El Paso. 2001. 3 July 2006 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21 December 2007.
  9. Chandler, David L. "Thin ice opens lead for life on Europa". New Scientist. 20 October 2002. 14 May 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 November 2016.
  10. "Arxivlənmiş surət". 2021-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-11.

Həmçinin bax redaktə


Saytda 150 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024