Avropa 51 (film, 1952) Haqqinda Melumat - Vikipedia

Avropa 51 (film, 1952) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Avropa 51

(Avropa 51 (film, 1952) səhifəsindən istiqamətləndirilmişdir)

Avropa 51 (it. Europa '51, oxunuşu: euˈrɔpa tʃinkwanˈtuno) — 1952-ci ildə İtalyan rejissoru Roberto Rossellini tərəfindən İtaliyada çəkilən ağır psixoloji dramatik janrında olan filmdir. Bu film digər xarici ölkələrdə müxtəlif adlarla tanınır.

Avropa 51
it. Europa '51
"Avropa 51" filminin afişası
"Avropa 51" filminin afişası
Janr Dram
Rejissorlar Roberto Rossellini
Dino De Laurentis
Karlo Ponti
Prodüser Roberto Rossellini
Ssenari müəllifləri Roberto Rossellini
Sandro de Feo
Mario Pannunzio
İvo Perilli
Brunello Rondi
Baş rollarda İnqrid Berqman
Aleksander Noks
Cülyetta Mazina
Tereza Pellati
Ettore Cannini
Marsella Rovena
Tina Perna
Sandro Françina
Operator Aldo Tonti
Bəstəkar Renzo Rossellini
Rəssamlar Vircilio Marçili
Ferdimando Ruffo
İstehsalçı I.F.E. Releasing Corporation
İlk baxış tarixi ABŞ 3 noyabr 1954
Almaniya 2 oktyabr 1953
Fransa 15 aprel 1953
İtaliya 4 dekabr 1952
Danimarka 1 noyabr 1954
Türkiyə mart 1954
Portuqaliya 22 dekabr 1953
İsveç 4 yanvar 1954
Filmin digər adları Azərbaycan Avropa 51
ABŞ Greatest Love
Almaniya Europa 51
Avstriya Mutterschicksal
Argentina Su gran amor — Europa '51
Böyük Britaniya No Greater Love
Fransa Europe 51
Niderland Europa '51
İtaliya Europa '51
İsveç Den stora kärleken
Belçika Europa 51
Rusiya Европа 51
Türkiyə Avrupa '51
Portuqaliya Europe 51
İspaniya Europa '51
Yunanıstan Europe 51
Macarıstan Európa '51
Filmin növü Dram
Müddət 113 dəqiqə
Ölkə İtaliya İtaliya
Dil İtalyan dili
İl 1952
Rəng Ağ-qara
Çəkiliş yeri Roma
IMDb ID0043511
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İtalyan neorealizmi kino axınının başladıcısı və ən əhəmiyyətli xarakterlərdən biri olan Roberto Rossellininin idarə etdiyi filmin ssenarisini də yenə Rosselini öz hekayəsindən bir neçə insanla birlikdə uyğunlaşdırıb yazmışdır. Film heyətlərinin 10-nun içində Federiko Fellini də vardır. Rosselini ayrıca Karlo PontiDino de Laurentislə birlikdə filmin prodüserliyini də öz öhdəliyinə götürmüşdür.

Filmdə çəkilən İnqrid Berqman, Aleksander Noks, Ettore Cannini, Cülyetta Mazina (Federiko Fellininin arvadı) və Tereza Pellatininin oynadıqları ağ-qara filmin görünüşlərini məşhur italyan rejissoru Aldo Tonti çəkmişdir. Filmin xüsusi musiqisi isə bəstəkar, eyni zamanda rejissorun qardaşı olan Renzo Rosselliniyə aiddir (Roberto Rossellininin oğlunun adı da qardaşınınkı kimi Renzodur və kinoda prodüser olaraq çalışır).

Filmin çəkilişi zamanı İnqrid BerqmanRoberto Rossellini evli idilər. Hər ikisi də öz başlarına kino dünyasının bir nəhəng sənətçisi olmalarına baxmayaraq birlikdə etdikləri filmlər tamaşaçı tərəfindən çox aydın olmadı və maraqsızlıqla qarşılandı. Rossellininin karyerasında "Berqman Dövrü" olaraq adlandırılan bu talesiz ikinci dövrünə aid çox az film diqqətə dəyər tapmışdır. "Avropa 51" filmi də bu qaranlıq dövrün diqqət çəkən əhəmiyyətli filmlərindən biridir.

Filmdə, oğlunun intihar edərək ölməsindən sonra həyatı alt-üst olan Roma kübar cəmiyyətindən bir qadının (İrenin) həyatına məna qazandırma səyi nəticəsində solçu bir yaxınının təklifiylə Romanın kasıb səmtlərindəki sağlamlıqsız insanlarla yaxından maraqlanmağa başlaması, bunun nəticəsində Burjuaziya tərəfdarları tərəfindən təzyiqə məruz qalması və nəhayət, daş ürəkli anlayışsız əri tərəfindən psixiatrik xəstəxanaya bağlatdırılmaq istənməsi izah edilməkdədir.

28 avqust 1952-ci ildə ilk nümayişiminin edildiyi İtaliyanın ən qədim festivalı olan Venesiya Kino Festivalında Qızıl Şir mükafatına namizəd göstərilən "Avropa 51" filmi, bu festivalda "Beynəlxalq Mükafat"a layiq görülmüşdür.[1][2][3] "Avropa 51" filmi Roberto Rossellininin ən yaxşı dramatik filmlərindən biridir.

Seçilmiş sitatlar redaktə

  • Geri dön, Berqman! Kinofilm hərəkəti dünyada hadisəni və icrasını uzun dörd ildir ki, gözləmişdir! (it. Torna Berqman! L'evento e le prestazioni nel mondo del cinema ha aspettato per quattro lunghi anni!)
  • Bəlkə o ərini, öz evini itirib? — Onun cavabı heyrətləndirəcəkdir! (it. Avrebbe perso il marito, la sua casa? — La sua risposta vi stordire!)

Məzmun redaktə

1951-ci il, Roma şəhəri. Artıq İkinci dünya müharibəsi başa çatmışdır. Bu müharibənin fəlakətlərini qucaqlamağa çalışan, iqtisadi və ictimai cəhətdən dərin problemlərlə boğuşan İtaliyanın paytaxtı Romada yaşayan Amerikalı əsilli bir qadın olan İren Qirard (İnqrid Berqman) və iş adamı əri Corc (Aleksander Noks) Roma kübar cəmiyyətindən dostlarına və yoldaşlarına evlərində yeməkli bir dəvət verməkdədirlər.

Eqaist bir qadın olan İren bu cür ictimai fəaliyyətlərdən vaxt tapıb yeniyetmə uşaqları Mişel (Sandro Françina) ilə çox maraqlana bilməz, hətta onu çoxca laqeydlik edər. Əri Corc isə ondan daha da maraqsızdır. Özüylə maraqlanılmasını təmin etmək üçün davamlı səy göstərən kiçik Mişel heç cür axtardığı şəfqəti tapa bilməz. Həmin gecə dəvət əsnasında otağına göndərildiyində bir az da maraq üzərinə çəkə bilmək üçün özünü nərdivan boşluğundan aşağıya təyin atır və ağır yaralanır.

Qaldırıldığı xəstəxanada narkozun təsiriylə həkimlərə özünü öldürmək istədiyini söyləmişdir. Bunun bir qəza deyil də intihar cəhdi olduğunu öyrənməsi İreneni dərindən yaralayır və həyat tərzini dəyişdirməyə vadar edir. Ancaq o gecə yeganə uşaqları Mişel xəstəxanada ölür.

Bir müddət heç bir nahar etməyən İren, sol fikirli bir aydın olan jurnalist əmi oğlunu Andreanın (Ettore Giannini) təklifiylə Romanın kənar səmtlərində yaşayan ictimai haqqlarından məhrum qalmış kasıb insanların problemləriylə yaxından maraqlanmağa başlayır. Zamanının böyük qisimini bu köməyə möhtac insanlarla keçirir. Həyatına bir məna qazandırmaq səyi ilə və yaxşı niyyətlə başladığı bu xeyr işləri həm soyuq, həm də maddiyyətçi bir insan olan əri tərəfindən xoş qarşılanmır. Hətta Corc arvadı və Andrea arasında bir əlaqə olduğunu düşünərək qısqanclıq böhranına tutulur.

Yeganə uşağının ölümündən özünü məsul tutan və özünü əsla bağışlamayan İrenin isə dünyagörüşü dəyişmişdir. Çox uşaqlı kasıb Puqlisi ailəsinin xəstəxanadakı uşaqlarının dərman pullarını ödəyərək onun sağlamlığına qovuşmasına köməkçi olur. Ardından da gecəqonduda oturan 6 uşaqlı subay ana Passerotto (Cülyetta Mazina), sonra vərəmli bir fahişə (Tereza Pellati) və bir bank oğrusuyla dost our.

İren Bank oğrusunun qaçmasına yardım göstərir. Buna görə İren, az qala bu müqəddəs missiyasını yerinə yetirərkən həm əri, həm də köhnə Burjuaziya tərəfdarları tərəfindən təzyiqə məruz qalır. Burjuaziya tərəfdarları İrenin dinə inanmadığını və kommunist olmadığını bildirir. Onun havalandığına qərara gələn vicdansız əri onu psixiatrik xəstəxanaya göndərməyə qərar verir. Heç bir günahı olmayan, uşağını itirən və kasıblara yardım göstərən İren psixiatrik xəstəxanaya göndərilir. İren psixiatrik xəstəxanaya göndərildikdən sonra əri Corc onu görməyə gəlir. Görüşdükdən sonra İrendən ayrılır. İren psixiatrik xəstəxanadan küçəyə baxdıqda görür ki, kömək göstərdiyi insanlar onun dəli olmadığını söyləyərək, ağlamağa başlayırlar.Onların arasında az yaşlı uşaqlarda var idi. İren, onlara xoş bir təbəssümlə gülümsənməyə başlayır.

Rollarda redaktə

Aktyor/aktrisa Personaj Qeydlər
İnqrid Berqman İren Filmin əsas personajıdır
Aleksander Noks Corc İrenin əridir
Cülyetta Mazina Passerotto İrenin yardım göstərdiyi qadınlardan biridir
Ettore Cannini Andrea Kasatti
Tereza Pellati İnes
Marsella Rovena Cənab Puqlisi
Tina Perna Kesira
Sandro Françina Mişel Qirard İrenin oğludur
Qiansarlo Viqorelli Hakim
Mariya Zanoli Xanım Qalli
Silvana Veronese Xanım Puqlisi
Alfred Braun Cənab Qalli
Antonio Pietranceli Psixoloq

Filmin ssenarisi redaktə

"Avropa 51" filminin ssenarisi Roberto Rossellini[4] tərəfindən 1950-ci ildə Müqəddəs Fransiskonun gülləri filminin çəkilişi bitdikdən sonra hazırlanmışdır. Rejissor filmin ssenariyasını İnqrid Berqmana Yeni ildə bir hədiyyə kimi təqdim etmişdir. İnqrid Berqman bu hadisəni belə xatırlayırdı: "Roberto Rossellini mənə deyir: Görəsən Müqəddəs Assizli Fransisko bu gün geri qayıtsaydı, biz nə edərdik?" Bu cümlədən sonra biz gülməyə başladıq. Roberto Rossellini deyir: "Mən Müqəddəs Assizli Fransisko haqqında danışmağa hazırlaşıram. Yəni, bir qadın varlı kişidən, varlı həyatından, bütün dostlarından imtina edir ki, kasıblara yardım göstərsin."

Rollarda

Maraqlı faktlar redaktə

Digər dillərdə redaktə

Ölkə Dil Adı
Azərbaycan  Azərbaycan Azərbaycan dili Avropa 51
ABŞ  ABŞ İngilis dili Greatest Love
Almaniya  Almaniya Alman dili Europa 51
Avstriya  Avstriya Alman dili Mutterschicksal (alternativ ad)
Argentina  Argentina İspan dili Su gran amor — Europa '51
Böyük Britaniya  Böyük Britaniya İngilis dili No Greater Love
Fransa  Fransa Fransız dili Europe 51
Niderland  Niderland Holland dili Europa '51
İtaliya  İtaliya İtalyan dili Europa '51
İsveç  İsveç İsveç dili Den stora kärleken
Belçika  Almaniya Holland dili Europa 51
Rusiya  Rusiya Rus dili Европа 51
Türkiyə  Türkiyə Türk dili Avrupa '51
Portuqaliya  Portuqaliya Portuqal dili Europe 51
İspaniya  İspaniya İspan dili Europa '51
Yunanıstan  Yunanıstan Yunan dili Europe 51
Macarıstan  Macarıstan Macar dili Európa '51

Ölkələrdə çıxış tarixi redaktə

Ölkə Çıxış tarixi
ABŞ  ABŞ 11 yanvar 1954 (Nyu-York)
ABŞ  ABŞ 3 noyabr 1954
Fransa  Fransa 15 aprel 1953
Fransa  Fransa 19 iyun 1953 (Paris)
Almaniya  AFR 2 oktyabr 1953
İtaliya  İtaliya 28 avqust 1952 (Venesiya Kino Festivalı)
İtaliya  İtaliya 4 dekabr 1952
Türkiyə  Türkiyə mart 1954
Danimarka  Danimarka 1 noyabr 1954
İsveç  İsveç 4 yanvar 1954
Portuqaliya  Portuqaliya 22 dekabr 1953

Mükafatlar və Nominasiyalar redaktə

İl Nominasiya Layiq görülüb
1952 Qızıl Şir Roberto Rossellini[7]
İl Mükafat Layiq görülüb
1953 Gümüş Lenti (Milli mükafat) İnqrid Berqman (Ən yaxşı xarici aktrisa)
1952 Gümüş Lenti (Milli mükafat) Roberto Rossellini

İstinadlar redaktə

  1. Avropa 51 filminin yazıçısı Roberto Rossellini Arxivləşdirilib 2022-08-17 at the Wayback Machine Yoxlanılıb: 17 sentyabr 2014
  2. Avropa 51 filminin iştirakçıları Arxivləşdirilib 2016-06-01 at the Wayback Machine Yoxlanılıb: 17 sentyabr 2014
  3. Avropa 51 filminin xarici ölkələrdə çıxış tarixi Arxivləşdirilib 2015-02-12 at the Wayback Machine Yoxlanılıb: 17 sentyabr 2014
  4. Avropa 51 filminin ssenaristləri Arxivləşdirilib 2015-02-12 at the Wayback Machine Yoxlanılıb: 17 sentyabr 2014
  5. Avropa 51 filmi Allmovie.com saytında Arxivləşdirilib 2022-06-04 at the Wayback Machine Yoxlanılıb: 17 sentyabr 2014
  6. Dorsay, Atilla (1995). 100 Yılın 100 Yönetmeni. Remzi Kitabevi. ss. sayfa 219. Türkçe isim için referans
  7. Avropa 51 filminin mükafatları Arxivləşdirilib 2015-02-12 at the Wayback Machine Yoxlanılıb: 17 sentyabr 2014

Xarici keçidlər redaktə


Saytda 70 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024