Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Haqqinda Melumat - Vikipedia

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, ATƏT (ing. Organization for Security and Co-operation in Europe, OSCE) —dünyanın ən böyük təhlükəsizlik yönümlü hökumətlərarası təşkilatı.

Avropada Təhlükəsizlik və
Əməkdaşlıq Təşkilatı
ATƏT
OSCE
Organization for Security and Co-operation in Europe
Loqonun şəkli
Növü Regional təşkilat
Yaranma tarixi 4 aprel 1975
Rəsmi dili
Mərkəzi Avstriya Avstriya, Vyana
Sədr Avstriya Sebastian Kurc
Üzvləri 57 üzv, 11 tərəfdaş dövlət
OSCE.Org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

30 iyul — 1 avqust 1975-ci il tarixində yenidən Helsinkidə keçirilmiş müşavirədə Avropanın 33 dövlətinin, həmçinin ABŞKanadanın dövlət və hökumət rəhbərləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun aktını (Helsinki müqaviləsi) imzalamışlar. Təşkilat 1995-ci il yanvarın 1-dək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) adlanmışdır (ing. Conference for Security and Cooperation in Europe — CSCE). Hazırda 56 üzv və 11 tərəfdaş dövlətlə dünyanın ən böyük regional təşkilatıdır.[1]

ATƏT "soyuq müharibə"nin qurtarmasından sonra ümumavropa təhlükəsizlik sistemini formalaşdıran, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil birgəyaşayış qaydalarını müəyyən edən, dövlətlərarası münasibətləri rəqiblik və münaqişə relsindən əməkdaşlıq və qarşılıqlı mənafe istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir.

ATƏT 1975-ci ildə yaradılandan bəri təşkilatın yüksək səviyyədə 6 sammiti keçirilib. Təşkilatın son zirvə görüşüləri 1999-cu ildə İstanbulda, 2010-cu ilin dekabrın 1–2-də Astanada keçirilib. Astana sammitində təşkilata üzv olan 56 ölkənin, habelə qurumun tərəfdaşı olan 12 ölkənin dövlət və hökumət başçıları, o cümlədən 68 beynəlxalq təşkilatın rəhbərləri iştirak etmişdilər[2].

Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür. Həmin il martın 24-də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, danışıqlar vasitəsi ilə həlli üçün ATƏT-in Minsk qrupu yaradılmışdır.

İştirakçı olan dövlətlər redaktə

ATƏT-in iştirakçıları redaktə

Dövlət Dövlət
Avstriya  Avstriya Malta  Malta
Albaniya  Albaniya Monako  Monako
Andorra  Andorra Monqolustan  Monqolustan
Azərbaycan  Azərbaycan Niderland  Niderland
Ermənistan  Ermənistan Belarus  Belarus
Belçika  Belçika Polşa  Polşa
Bolqarıstan  Bolqarıstan Portuqaliya  Portuqaliya
Bosniya və Herseqovina  Bosniya və Herseqovina Rusiya  Rusiya
Vatikan  Vatikan Rumıniya  Rumıniya
Böyük Britaniya  Birləşmiş Krallıq San-Marino  San-Marino
Macarıstan  Macarıstan Serbiya  Serbiya
Almaniya  Almaniya Slovakiya  Slovakiya
Yunanıstan  Yunanıstan Sloveniya  Sloveniya
Gürcüstan  Gürcüstan ABŞ  ABŞ
Danimarka  Danimarka Tacikistan  Tacikistan
İrlandiya  İrlandiya Türkmənistan  Türkmənistan
İslandiya  İslandiya Türkiyə  Türkiyə
İspaniya  İspaniya Özbəkistan  Özbəkistan
İtaliya  İtaliya Ukrayna  Ukrayna
Qazaxıstan  Qazaxıstan Finlandiya  Finlandiya
Kanada  Kanada Fransa  Fransa
Kipr  Kipr Xorvatiya  Xorvatiya
Qırğızıstan  Qırğızıstan Monteneqro  Monteneqro
Latviya  Latviya Çexiya  Çexiya
Litva  Litva İsveçrə  İsveçrə
Lixtenşteyn  Lixtenşteyn İsveç  İsveç
Lüksemburq  Lüksemburq Estoniya  Estoniya
Şimali Makedoniya  Şimali Makedoniya Moldova  Moldova
Norveç  Norveç

Əməkdaşlıq üzrə tərəfdaşlar redaktə

Aralıq dənizi İl Asiya İl Okeaniya
Əlcəzair  Əlcəzair Əfqanıstan  Əfqanıstan 2003
Misir  Misir 1995 2009
İsrail  İsrail 2002 Cənubi Koreya  Cənubi Koreya 2001
İordaniya  İordaniya 00000 Tailand  Tailand 2000
Mərakeş  Mərakeş 1988 Yaponiya  Yaponiya 1992
Tunis  Tunis 777 Avstraliya  Avstraliya

Həmçinin bax redaktə

Mənbə redaktə

  1. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: (Çoxcildliyin I–IX cildlərinin köməkçi aparatı).- Bakı, 2008.- 339 səh.
  2. "Ermənistan küncə sıxışdırılıb: "2+5" ssenarisindən necə qaçmalı?". 2010-11-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-11-24.

Xarici keçidlər redaktə


Saytda 39 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024