Avrozona Haqqinda Melumat - Vikipedia

Avrozona Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

AvrozonaAvropa Birliyinin rəsmi valyutası avro olan 19 dövləti birləşdirən valyuta birliyi. Bu dövlətlər avro və avro sentləri buraxmaq hüququna malikdirlər. Avrozona dövlətlərinin pul-kredit siyasətinə Avropa Mərkəzi Bankı cavabdehdir.

Üzvlər redaktə

Avro, Avropa Birliyi ölkələrinin iqtisadi və maliyyə birliyinin faktoru kimi ödənişsiz pul tədavülünə 1999-cu ildən buraxılıb. 1999-cu ildən AB-nin 15 üzvündən 11-i Maastrixt sazişinin tələblərinə uyğun olaraq avrozona yaratdılar və 1 yanvar 1999-cu ildən rəsmi tədavülə paralel ümumi valyuta kimi avropanı buraxdılar.

Avro və onun sentləri dövriyyəyə 1 yanvar 2002-ci ildən buraxılıb. Sloveniya avrozonaya 1 yanvar 2007-ci ildən, KiprMalta 1 yanvar 2008-ci ildən, Slovakiya 1 yanvar 2009-cu ildən, Estoniya — 1 yanvar 2011-ci ildən, Latviya — 1 yanvar 2014-cü ildən[1] daxil olub.

Hal-hazırda Avrozonanın tərkibinə 325 milyon əhalisi olan 19 ölkə daxildir.

Avrozonaya daxil olan (valyutası Avro olan) dövlətlər
Avrozonaya qatılma tarixi Dövlətin adı Avrodan əvvəlki milli valyuta İstisnalar
1 Yanvar 1999 Almaniya  Almaniya

Avstriya  Avstriya

Belçika  Belçika

Finlandiya  Finlandiya

Fransa  Fransa

İrlandiya  İrlandiya

İspaniya  İspaniya

İtaliya  İtaliya

Lüksemburq  Lüksemburq

Niderland  Niderland

Portuqaliya  Portuqaliya

Almaniya  Alman markı

Avstriya  Avstriya şillinqi

Belçika  Belçika franqı

Finlandiya  Fin markkası

Fransa  Fransız franqı

İrlandiya  İrland paundu

İspaniya  İspan pesetası

İtaliya  İtalyan lirası

Lüksemburq  Lüksemburq franqı

Niderland  Niderland quldeni

Portuqaliya  Portuqal eskudosu

Fransa  Fransaya bağlı olan:


Niderland  Niderlanda bağlı olan:

1 Yanvar 2001 Yunanıstan  Yunanıstan Yunanıstan  Yunan draxması -
1 Yanvar 2007 Sloveniya  Sloveniya Sloveniya  Sloven toları -
1 Yanvar 2008 Kipr  Kipr

Malta  Malta

Kipr  Kipr paundu

Malta  Malta lirası

Kipr  Kiprin bir hissəsi olan:
1 Yanvar 2009 Slovakiya  Slovakiya Slovakiya  Slovak korunası -
1 Yanvar 2011 Estoniya  Estoniya Estoniya  Estoniya kronu -
1 Yanvar 2014 Latviya  Latviya Latviya  Latış latısı -
1 Yanvar 2015 Litva  Litva Litva  Litva litası -

Avropa İttifaqı üzvü olan lakin, Avrodan istifadə etməyən dövlətlər redaktə

Avropa Birliyinin üzvü olan lakin, rəsmi olaraq Avrodan istifadə etməyən bir neçə dövlətlər vardır.

Danimarka, Maastrixt sazişində qeyd edilən imtiyazlara əsaslanaraq Avrodan istifadə etməyən Avropa İttifaqının üzvüdür. Danimarka höküməti, referendumun nəticəsində qərar qəbul etmədiyi müddətcə, Avropa İttifaqı tərəfindən hüquqi təzyiqlə qarşılaşmaz. 28 Sentyabr 2000-ci ildə Danimarkada keçirilən referendumun nəticəsinə görə səs verənlərin 53.2%-i Avroya keçməyə qarşı çıxmışdır.

İsveçin Avro məsələsində imtiyaza sahib olmamasına qarşı, bu ölkədə keçirilən referendumlar, Avroya keçməyə maneə yaradır. 14 Sentyabr 2003-cü ildəki referendumun nəticəsinə görə, səs verənlərin 56.1%-i Avroya 'Yox' demişdir.

Avropa İttifaqına daxil olan lakin, Avrodan istifadə etmək üçün, müəyyən kriteriyalara hələki cavab verə bilməyən bir neçə dövlətlər vardır. Bolqarıstan, Çexiya, Xorvatiya, Macarıstan, PolşaRumıniya müəyyən kriteriyaları qarşıladıqdan sonra Avroya keçmək məcburiyyətindədirlər.

Avropa İttifaqına daxil olan lakin, Avrozonaya daxil olmayan (Avrodan istifadə etməyən) dövlətlər
Dövlətin adı Milli valyutası Avrozonaya daxil olmamasının səbəbi
Bolqarıstan  Bolqarıstan Bolqarıstan  Bolqar levi Avrozonaya qatılmaq üçün, müəyyən kriteriyalara cavab vermir
Çexiya  Çexiya Çexiya  Çex kronu Avrozonaya qatılmaq üçün, müəyyən kriteriyalara cavab vermir
Danimarka  Danimarka Danimarka  Danimarka kronu Maastrixt sazişində qeyd edilən imtiyazlara əsaslanaraq avrodan istifadə etmir
Xorvatiya  Xorvatiya Xorvatiya  Xorvatiya kunası Avrozonaya qatılmaq üçün, müəyyən kriteriyalara cavab vermir
İsveç  İsveç İsveç  İsveç kronu 14 Sentyabr 2003-cü ildəki referendumun nəticəsinə görə Avroya keçilməkdən imtina edilmişdir
Macarıstan  Macarıstan Macarıstan  Macarıstan forinti Avrozonaya qatılmaq üçün, müəyyən kriteriyalara cavab vermir
Polşa  Polşa Polşa  Polşa zlotı Avrozonaya qatılmaq üçün, müəyyən kriteriyalara cavab vermir
Rumıniya  Rumıniya Rumıniya  Rumıniya leyi Avrozonaya qatılmaq üçün, müəyyən kriteriyalara cavab vermir

Avropa İttifaqı üzvü olmayan lakin, Avro istifadə edən dövlətlər redaktə

  1. Rumıniya  Andorra
  2. Kosovo  Kosovo
  3. Monako  Monako
  4. Monteneqro  Monteneqro
  5. San-Marino  San Marino
  6. Vatikan  Vatikan

Dörd ədəd cırtdan dövlətlər, Andorra, Monako, San MarinoVatikan Avropa İttifaqının üzvü olmasalarda, edilən müqavilələr çərçivəsində avrodan istifadə etməkdədirlər.

MonteneqroKosovo isə Avropa İttifaqı ilə hər hansısa müqavilə imzalamadan avrodan istifadə etməkdədirlər.

Mənbələr redaktə

İstinadlar redaktə

  1. "Arxivlənmiş surət". 2014-01-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-01-01.

Saytda 76 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024