Avstraliya (qitə) Haqqinda Melumat - Vikipedia

Avstraliya (qitə) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Avstraliya (qitə)

qitə


Avstraliya (lat. australis — "cənub") — dünyanın ən kiçik qitəsi və materiki olub, sahəsi 7,6 mln2 km-dir. Yer kürəsinin Cənub və Şərq yarımkürələrində yerləşir.[1]

Avstraliya
Ümumi məlumat
Sahəsi: 8,600,000 km2 (3,300,000 mi2)
Ölkə sayı: 3 (Avstraliya, Papua-Yeni Qvineyaİndoneziyanın hissələri)
Əhali: 39,000,000 (AvstraliyaPapua-Yeni Qvineyanın təxmini əhalisi)
Şimal ucqar nöqtəsi: York burnu (Avstraliya)
Cənub ucqar nöqtəsi: Saut-Poynt
Şərq ucqar nöqtəsi: Bayron burnu
Qərb ucqar nöqtəsi: Stip-Poynt burnu

Ucqar nöqtələri şimalda York burnu, cənubda Cənub-şərq burnu, qərbdə Stip-Poynt burnu, şərqdə Bayron burnudur. Avstraliya bütövlükdə cənub və şərq yarımkürələrində yerləşib. Sahil xətləri az parçalanıb. Bass boğazı Tasmaniya adasını, Torres boğazı isə Yeni Qvineya adasını Avstraliyadan ayırır.[1]

Avstraliyanın sahillərini qərbdən Hind, şərqdən Sakit okeanı ilə əhatə edib. Ən iri körfəzi Böyük Avstraliya və Karpentariya: ən iri yarımadaları Keyp-York və Arnemlend: ən iri adası Yeni Qvineya adasıdır. Avstraliyanın şimal-şərqində mərcan poliblərindən ibarət, uzunluğu 2300 km olan Böyük Sədd Rifi yerləşib. Bu səbəbdən burada iri liman şəhərləri yoxdur.[1]

Kəşf edilməsi redaktə

1605-ci ildə Avstraliyanın kəşfi üçün üç gəmidən ibarət ekspedisiya təşkil edilmişdir. Avstraliyanın Kolumbu adlandırılan Petro de-Kiros ekspedisiyanın rəisi təyin edilmişdir. Sakit okeana daxil olmaqla Santa-Krus adalar qrupuna çatır. Cənuba doğru üzməklə dağlıq relyefə malik olan sıx meşəli, qara dərili insanlarla məskunlaşmış böyük bir ada ilə üzləşir. Bu ada Kiros tərəfindən "Müqəddəs Ruhlar Avstraliyası" adlandırılır və Avstraliyanı kəşf etdiyini düşünərək, digər iki gəmidən gizli olaraq Peruya qayıdır. Məqsəd Avstraliyanın kəşfi haqqında ispan hakimiyyətinə birinci xəbər verməklə həmin torpaqlarda idarəetmə hüququ qazanmaq idi.[2]

İspan dənizçisi Luis Baes de-Torres 1606-cı ildə Yeni Qvineyanın cənub sahillərinə yanaşmaqla, öz adına olan Torres boğazını kəşf edir. Torres boğazından cənubda yerləşmiş torpağın ucqar nöqtəsini, hazırkı York burnunu görür. Bu çoxdan axtarılan həqiqi Avstraliya idi.[2] Torreslə qısa vaxt fərqi olmaqla boğazdan keçən səyyah Villem Yanszon (Yanc) adlı Holland dənizçisi Keyp-York yarımadasının qərb sahillərini xəritə üzərinə köçürmüşdür. Beləliklə, XVII əsrin əvvəllərində materikin şimal sahilləri müəyyən edildi. Lakin materikin cənubu haqqında dəqiq məlumat olmadığından tədqiqata ehtiyacı vardır.[2]

1814-cü ildə ingilis dəniz səyyahı M.Flinders qitəyə Terra Avstralis "Cənub torpağı" adını verməyi təklif edir. Sonralar isə materik ikinci söz saxlanmaqla Avstraliya adlandırılmışdır. Torres Flippin adalarında olarkən ispan hökumətinə bu haqda xəbər verməklə 1607-ci ildə hesabat yazır. İspan hökuməti materikin kəşfini 150 il məxfi saxlayır. Lakin Flippinin hazırkı paytaxtı Manila ingilislər tərəfindən tutulduqdan sonra arxivdən Torresin verdiyi məlumat tapılır və Ceyms Kuk boğazdan ikinci olaraq keçəndən sonra materik haqqında məlumatlar mətbuatda çap edilir.[2]

Materik Avraam Ortelinin xəritəsində cənubdan cənub qütbü ilə birləşmiş şəkildə göstərildiyindən bunun həqiqətə uyğun olub-olmadığı məsələsi həll olunmamış qalmaqda idi. Qaranlıq qalmış bu problem isə 1642-ci ildə Hollandiyalı dənizçi Abel Tasman tərəfindən həll edildi. O, 1642-1643-cü illərdə Avstraliyanın cənubundan keçməklə TasmaniyaYeni Zelandiya adalarını kəşf etdi, materikin müstəqil olmasını müəyyənləşdirdi.[2] Lakin, yeni Zelandiyanı Antraktidanın bir hissəsi kimi qəbul etməklə böyük bir səhvə yol verdi. Abel Tasmanın tədqiqat işləri bununla da başa çatmış oldu. Çünki holland tacirlərini tədqiqat işləri deyil, əlverişli ticarət yolları maraqlandırırdı. Bu baxımdan tacirlər üçün ekspedisiyanın nəticələri əlverişli olmadığından ekspedisiyanın maliyyələşdirilməsi dayandırıldı. Hollandlar Avstraliyadan heç bir gəlir əldə etməsələr də onunla əlaqələri davam etdirdilər. 1648-ci ildə Petradan Melvil adalarına qədər, 1678-ci ildə şimal-qərb sahillərini öyrənməklə xəritəyə köçürdülər.[2]

Relyef redaktə

Qondvana materikinin bir hissəsi olan Avstraliya platforması digər materiklərdən çox uzaqda yerləşib. Avstraliyanın şərqində çox qədim, alçaq Böyük Suayrıcı dağ silsiləsi yerləşir. Bu dağların cənub hissəsi nisbətən hündürdür. Avstraliyanın ən hündür zirvəsi Kostyuşko (2228 m) burada yerləşir.[1] Qərbə getdikcə bu dağlar alçalaraq çökmə süxurlarla örtülü Mərkəzi düzənliyə keçir. Bu düzənliyin Eyr gölü rayonu okean səviyyəsindən -16 m aşağıdadır. Bu ərazi Avstraliyanın ən alçaq nöqtəsi hesab edilir. Avstraliyanın qərbində hündürlüyü 300–500 m olan yayla yerləşir. Bu yaylanın ayrı-ayrı sahələrində 1000 m-dən hündür dağlar vardır.[1]

Avstraliya yeganə materikdir ki, burada dağ buzlaqları və fəaliyyətdə olan vulkanlar yoxdur. Avstraliyada hündür dağların olmaması və buradakı dağların qar xəttindən aşağıda yerləşməsi nəticədə burada buzlaqlar yaranmır. Vulkanların olmamasına səbəb Avstraliyanın qədim platforma üzərində olmasıdır. Avstraliyanın kristallik süxurlardan ibarət olması nəticədə bura filiz faydalı qazıntıları ilə zəngindir. Çökmə süxurlarda neft, qaz, kömür və s. yerləşib.[3]

İqlim qurşaqları redaktə

İqlim qurşaqları aşağıdakılardır:[3]

1. Subekvatorial qurşaq – Avstraliyanın şimalını əhatə edir. Burada yayda ekvatorial, qışda tropik hava kütlələri hakimdir.

2. Tropik qurşaq – materikin mərkəz hissələrini əhatə edir. Burada qurunun geniş sahə tutması kontinental havanın formalaşmasına səbəb olur. 2 tipi var; a) rütubətli tropik iqlim-materikin şərqini əhatə edir. Bura il boyu Sakit okeandan tropik hava bol yağıntı gətirir. b) quru səhra tropik iqlim-materikin daxili və qərb hissəsi üçün səçiyyəvidir.

3. Subtropik qurşaq – materikin cənubunu əhatə edərək 3 iqlim tipi yaradır. Cənub-qərbdə Aralıq dənizi iqlim tipi, daxili hissədə kontinental, Cənub-şərqdə ilboyu bərabər rütubətli subtropik iqlim tipi yaranır.

5. Mülayim iqlimTasmaniya adasını əhatə edir. Yay quru, sərin; qış mülayim, rütubətlidir.

İstinadlar redaktə

  1. 1,0 1,1 1,2 1,3 1,4 minfakt.wordpress.com. "KATEQORİYA: MATERİKLƏR COĞRAFİYASI" (az.). 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-20.
  2. 2,0 2,1 2,2 2,3 2,4 2,5 "Azərbaycan Dövlət Pedaqoji Universiteti. M.C. Əliyev, F.A. Həsənli «Coğrafi Kəşflərin tarixi və səyyahlar» Bakı - 2009. səh.92-93" (PDF). 2022-07-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-08-20.
  3. 3,0 3,1 big.az. "Avstraliya haqqında maraqlı faktlar" (az.). 07.02.2014. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-20.

Xarici keçidlər redaktə

Həmçinin bax redaktə


Saytda 70 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023