Avstriya coğrafiyası Haqqinda Melumat - Vikipedia

Avstriya coğrafiyası Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Avstriya coğrafiyası

Avstriya coğrafiyasıAvstriya Respublikasının coğrafi xüsusiyyətləri.

Avstriyanın detallı xəritəsi.

Xüsusiyyətləri redaktə

Avstriya dağlıq ölkədir. Ərazisinin çox hissəsi, yəni 75%-i Şərqi Alp dağları, şimal hissəsi isə ucqar şimal-şərqdə Orta Dunay ovalığına keçən təpəlik və düzənliklərdir. Mərkəzi Kristalik Alp dağlarının Yüksək Tauern massivində olan Qrosqlokkner (3,797 metr) zirvəsi Avstriyanın ən yüksək nöqtəsidir. Silsilələrin yalları həmişə qarla örtülü olur. Buzlaqları var. Əsas faydalı qazıntııları neft, qaz, qonur kömür, maqnezitdir. Dəmir və qurğuşun-sink filizi, qrafit, müxtəlif düz yataqları, mineral bulaqları var. Düzən rayonlarda və Alp dağlarının ətəklərində iqlim mülayim kontinental, qərbində isə rütubətlidir. Orta tempratur yanvarda –1 °C-dən –4 °C-yə qədər, iyulda 15–18 °C olur. İllik yağıntı 500–900 mm, dağlarda 1,500-2,000 mm-dir. Əsas çayı Dunay və onun qollarıdır (İpn, Ens, Drava, Morava). Gəmiçilik üçün yalnız Dunay çayı yararlıdır. Qalan çaylardan (xüsusilə Alp dağlarından başlanan çaylardan) enerji mənbəyi kimi istifadə olunur. Avstriyada ən böyük göl Boden gölüdür. Çimli-podzod, qonur meşə və qara torpaqlar yayılmışdır. Ərazisinin təqribi 38%-i meşələr (palıd, fıstıq, küknar, ağşam, qaraşam), 2,000 metrdən yüksəkdə alp çəmənləridir. Avstriyada nəcib maral, sığın, cüyür, ayı, qaban və s. var.[1]

İstinadlar redaktə

  1. Австрија. Тәбиәт // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 57.

Əlavə ədəbiyyat redaktə

  • Elisabeth Lichtenberger; Austria - Society and Regions. Austrian Academy of Sciente Press, Vienna 2000, 491 S

Saytda 196 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024