Avstriya iqtisadiyyatı Haqqinda Melumat - Vikipedia

Avstriya iqtisadiyyatı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Avstriya iqtisadiyyatı

Avstriya iqtisadiyyatıAvstriyanın əsas güzaranıdır.

Avstriya və Azərbaycan iqtisadiyyat əlaqələri redaktə

Bakıda keçirilən iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Avstriya hökumətlərarası komissiyanın altıncı iclasının yekunları üzrə Azərbaycan və Avstriya iqtisadiyyatın bəzi sahələrində əməkdaşlığın statusunu müəyyən edən protokol imzalayıblar.

Protokolda sənaye, enegetika, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, turizm, tikinti, səhiyyə, maliyyə və bank, informasiya-kommunikasiya texnologiyaları, idman və s. sahələrdə əməkdaşlıq haqqında ilkin sazişlər öz əksini tapıb.

Azərbaycan tərəfdən protokolu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Avstriya tərəfdən iqtisadiyyat, ailə və gənclər federal nazirinin müavini Yozef Mayer imzalayıblar.

Turizm redaktə

border=none  Əsas məqalə: Avstriyada turizm
 
Kitzbühel, Avstriyada qış turizmiylə ünlü bir şəhərdir.

Avstriya iqtisadiyyatında turizm əhəmiyyətli yer tutur.

Şimal-cənub, qərb-şərq istiqamətində hərəkət edən turistləri Avstriyanın gözəl avtomobil yolları cəlb edir. Onların əksəriyyəti bir günlük turistlərdir.

Avstriyada ölkədaxili turizm işi dünya standartlarına uyğun şəkildə təşkil edilir, ancaq, Avstriyalılar öz ölkələrində səyahət etməyə o qədər də maraq göstərmir, Aralıq dənizi sahillərində və qışda dağ kurortlarında dincəlməyə üstünlük verirlər.

Hazırda Avstriya qış idman növləri üzrə lider mövqeyi tutmuş beynəlxalq turizm mərkəzidir. Buna uyğun olaraq beynəlxalq turizm də ölkənin qərbində, dağlıq hissəsində cəmləşib. Avstriyanın dağlıq, xizək kurortları hələ müharibədən qabaq böyük zövqlə tikilib. Burada ayaq xizəyi məktəbi fəaliyyət göstərir, həvəskarlara düz yerdə ayaq xizəyi sürmək öyrədilir. Ayaq xizəyi muzeyində xizək idmanı kompleksləri nümayiş etdirilir. Hər il ayaq xizəyi idmanı üzrə beynəlxalq yarışlar keçirilir. Burada idman bütün istirahət günlərini zənginləşdirir. Avstriyada əksər qış günlərində havalar isti keçir.

Avstriyaya qonaqlar başlıca olaraq Almaniya, NiderlandBöyük Britaniyadan gəlir. Bu üç ölkədən gələn turistlərin payına tur günlərin 80%-i, səfərlərin yarısı isə Almaniyanın payına düşür. Avstriyaya Polşadan bir qayda olaraq alıcı turistlər daha çox gəlir. Burada "basabas" mövsümü daha dəqiq müəyyənləşib – yayda avqust ayına, qışda isə fevral ayına təsadüf edir.

Avstriyada qış turizminin şöhrətinin artması nəticəsində bu ölkədə ekoloji şərait gərginləşir və ekoloji tarazlığın bərpası problemi meydana çıxır.

İqtisadiyyatın sahələri redaktə

 
Austrian health care spending for 1970 to 2013 compared with other nations

Energetika redaktə

İnfastruktur redaktə

İqtisadi problemlər redaktə


Saytda 187 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024