Avstriyada turizm Haqqinda Melumat - Vikipedia

Avstriyada turizm Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Avstriyada turizm

Avstriyada turizmAvstriya ərazisindəki turizm bazaları, istirahət mərkəzləri və səyahətlər.

Avstriya hazırda iqtisadi cəhətdən Avropanın ən inkişaf etmiş ölkələrindən biridir. O, İkinci dünya müharibəsi illərində öz gözəl tarixi memarlıq abidələrini dağılmaqdan qoruyub saxlaya bildi. Gözəl saraylar, mehmanxanalar, yollar hələ müharibədən əvvəl tikilmişdi. Onlar daima ölkənin tükənməz turizm resursları hesab olunur. Avstriya iqtisadiyyatında turizm əhəmiyyətli yer tutur.

Şimal-cənub, qərb-şərq istiqamətində hərəkət edən turistləri Avstriyanın gözəl avtomobil yolları cəlb edir. Onların əksəriyyəti bir günlük turistlərdir.

Avstriyada ölkədaxili turizm işi dünya standartlarına uyğun şəkildə təşkil edilir, ancaq, Avstriyalılar öz ölkələrində səyahət etməyə o qədər də maraq göstərmir, Aralıq dənizi sahillərində və qışda dağ kurortlarında dincəlməyə üstünlük verirlər.

Kitzbühel, Avstriyada qış turizmi ilə məşhur bir şəhərdir.

Hazırda Avstriya qış idman növləri üzrə lider mövqeyi tutmuş beynəlxalq turizm mərkəzidir. Buna uyğun olaraq beynəlxalq turizm də ölkənin qərbində, dağlıq hissəsində cəmləşib. Avstriyanın dağlıq, xizək kurortları hələ müharibədən qabaq böyük zövqlə tikilib. Burada ayaq xizəyi məktəbi fəaliyyət göstərir, həvəskarlara düz yerdə ayaq xizəyi sürmək öyrədilir. Ayaq xizəyi muzeyində xizək idmanı kompleksləri nümayiş etdirilir. Hər il ayaq xizəyi idmanı üzrə beynəlxalq yarışlar keçirilir. Burada idman bütün istirahət günlərini zənginləşdirir. Avstriyada əksər qış günlərində havalar isti keçir.

Avstriyaya qonaqlar başlıca olaraq Almaniya, NiderlandBöyük Britaniyadan gəlir. Bu üç ölkədən gələn turistlərin payına tur günlərin 80%-i, səfərlərin yarısı isə Almaniyanın payına düşür. Avstriyaya Polşadan bir qayda olaraq alıcı turistlər daha çox gəlir. Burada "basabas" mövsümü daha dəqiq müəyyənləşib – yayda avqust ayına, qışda isə fevral ayına təsadüf edir.

Avstriyada qış turizminin şöhrətinin artması nəticəsində bu ölkədə ekoloji şərait gərginləşir və ekoloji tarazlığın bərpası problemi meydana çıxır.

Xarici turistlər redaktə

Avstriyaya gələn qonaqlar arasında aşağıdakı ölkələr üstünlük təşkil edir:[1]

Yer Ölkə 2014 2015
1 Almaniya  Almaniya 11,750,027 12,134,836
2 Niderland  Niderland 1,671,581 1,734,453
3 İsveçrə  İsveçrə 1,309,660 1,400,251
4 İtaliya  İtaliya 1,051,490 1,122,936
5 Böyük Britaniya  Birləşmiş Krallıq 802,552 875,664
6 Çin  ÇXR 497,925 715,119
7 Çexiya  Çexiya 660,086 711,351
8 ABŞ  ABŞ 632,512 708,233
9 Fransa  Fransa 516,770 517,708
10 Belçika  Belçika 514,264 514,329
11 Macarıstan  Macarıstan 493,055 501,595
12 Polşa  Polşa 425,730 456,615
13 İspaniya  İspaniya 309,794 348,768
14 Danimarka  Danimarka 264,704 331,507
15 Rusiya  Rusiya 467,565 313,406
16 Cənubi Koreya  Cənubi Koreya 234,557 277,032
17 Rumıniya  Rumıniya 264,704 275,806
18 Yaponiya  Yaponiya 245,306 236,621
19 İsveç  İsveç 205,501 224,258
20 Sloveniya  Sloveniya 176,760 194,186
Yekun 25,291,371 26,718,945

İstinadlar redaktə

  1. "Tourismus in Österreich 2015". 2016-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-02.

Xarici keçidlər redaktə


Saytda 138 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024