Ayın fazaları Haqqinda Melumat - Vikipedia

Ayın fazaları Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ayın fazalarıGünəşin Ayı işıqlandırmasının periodik olaraq dəyişməsi vəziyyətləri.

Ayın fazaları

Ayın fazaları, Yerdəki müşahidəçinin gördüyü Ayın görünən üzünün, Ayın tam görünən səthinə nisbətini göstərir. Ay Yer kimi, özü işıq şüalandırmır. Səthinə düşən Günəş şüalarını əks etdirməklə işıqlanır. Bu səbəbdən, Ayın Yer və Günəşə görə mövqeyindən asılı olaraq müəyyən bir hissəsi işıqlı qalan səthi isə qaranlıq görünür.

Ay, Hilal, Aypara və Bədirlənmiş ay formasında görünür ki, bunlara Ayın fazaları deyilir.

Ayın görünən üzünün bütöv şəkildə işıqlanması-Bədirlənmiş Ay adlanır, bu faza Ayın Yerə baxan üzünün Günəşin qarşısında gəldiyi vaxtda baş verir.

Ay Günəşlə Yer arasında olduqda Ayın görünən üzü tamamilə işıqsız qalır və Yerdən görünmür bu hala Yeni Ay fazası deyilir. Təqribən 2 həftədən sonra Ay tədricən Bədirlənmiş Ay fazasına gəlir. İlk Yeni aydan 29,5 gün sonra Ay təkrar Yerlə Günəş arasındakı yerinə qayıdır və təkrar Yeni Ay müşahidə olunur.

Fazaların təbiəti redaktə

Fazaların dəyişməsi orbit üzrə hərəkəti zamanı Ayın qara kürəsini Günəşin işıqlandırması ilə şərtlənib. Bu isə Yer, Ay və Günəşin bir-birinə nəzərən yerləşməsinin qarşılıqlı olaraq dəyişməsindən yaranır.

Xarici keçidlər redaktə


Saytda 139 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024