Aydın Çobanoğlu Haqqinda Melumat - Vikipedia

Aydın Çobanoğlu Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Aydın Çobanoğlu

Aydın Çobanoğlu — yaradıcı və ifaçı aşıq.[1]

Aydın Çobanoğlu
Ümumi məlumatlar
Doğum adı Aydın Çoban oğlu Musayev
Doğum tarixi
Doğum yeri Əlimərdanlı, Tovuz rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (42 yaşında)
Musiqiçi məlumatları
Fəaliyyəti filologiya
Musiqi aləti Saz
Səs tembri zil

Həyatı redaktə

Aşıq Aydın Çoban oğlu Musayev 1951-ci ildə Tovuz rayonunun Əlimərdanlı kəndində sənətkar ailəsində dünyaya göz açıb. Aşıq Aydının ilk ustadı da atası Aşıq Çoban olub.[2]

Aşıq Aydın orta təhsilini bitirdikdən sonra Bakıda texniki ixtisas üzrə ali məktəbə daxil olsa da, orada cəmi iki il oxuyub, sonra tale onun yolunu dəyişib. ADU-nun (indiki BDU-nun) filologiya fakültəsində oxuyub. Universitetdə oxuya-oxuya bölgələrdən gələn aşıqların konsertlərində və digər tədbirlərdə yaxından iştirak edib. Hələ tələbə ikən özünün sazıyla, sözüylə respublikada tanınıb.

1975-1977-ci illərdə respublika daxili baxış-müsabiqəsinin qalibi olub. 1977-ci ildə I Ümumittifaq festivalının laureatı adını qazanıb. 1977-1979-cu illərdə Gənc aşıqların respublika baxış-müsabiqəsinin qalibi, 1984-cü ildə Polşa Xalq Respublikasında keçirilən XI Beynəlxalq Folklor festivalının, 1985-ci ildə II dünya müharibəsində qələbənin 40 illik yubileyinə həsr edilmiş ümumittifaq festivalının, 1987-ci ildə II Ümumittifaq xalq yaradıcılığı festivalının laureatı olub və həmin il eyni zamanda SSRİ Nazirlər Sovetinin Fəxri fərmanına layiq görülüb.

1988-ci ildə Lenin komsomolu mükafatına və həmin ilin fevral-mart aylarında Almaniya Demokratik Respublikasına “Dostluq səfəri” adlı konsertdəki çıxışına görə Fəxri fərmana layiq görülüb. 1988-ci ildə Aşıq Əkbər Cəfərovla birlikdə Leninqradda (Sankt-Peterburqda keçirilən “Folklor və gənclik” adlı konfransda çıxış edib. Onların bu çıxışına yüksək qiymətləndirilib.

1989-cu ildə İsveçdə keçirilən Folklor musiqi festivalında Azərbaycandan gələn musiqiçilərin tərkibində Aydın Çobanoğlu da olub.

Aşıq Aydın Çobanoğlu 1990-1991-ci illərdə Türkiyənin Konya şəhərində keçirilən “Konya aşıqlar bayramı”nda Atatürk qızıl medalına layiq görülüb.

Aşıq Aydın Çoban oğlu Musayev 1993-cü ilin mart ayının 23-də faciəli şəkildə qətlə yetirilib.[3]

Məqalələri redaktə

  • "Saz, söz, ifaçılıq və...", "Ozan dünyası" jurnalı, № 2(5). 2011-cu il.

İstinadlar redaktə

  1. "Ozan dünyası" jurnalı, № 2(5). 2011-cu il.
  2. Hüseyn Məmmədov. "Amansız ölüm" (PDF). "Ozan dünyası" (az.). azab.az. 2015. İstifadə tarixi: 2016-02-04.[ölü keçid]
  3. Hüseynli, M. “Aydın Çobanoğlu kimi bir bülbülü susdurmaq xalqa xəyanət idi”: O, saz-söz sevərlərin qəlbində əbədiyaşarlığını qazananlardandır //Təzadlar.- 2014.- 15 noyabr.- S.14.

Mənbə redaktə

  • Uğur. Yeraltı “duz saray”ında “konsert”: Əli Şamil: “Aydın Çobanoğlu tələbə yataqxanasının otaqlarında bizə konsertlər verərdi”: [tanınmış araşdırmaçı Əli Şamilin aşıq Aydın Çobanoğlu haqqında söylədikləri] //Xalq cəbhəsi.- 2013.- 19 aprel.- S. 14.

Xarici keçidlər redaktə


Saytda 211 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024