Aymara dili Haqqinda Melumat - Vikipedia

Aymara dili Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Aymara dili (Aymar aru) — aymaralar tərəfindən danışılan dil. Aymara ispan dili ilə birlikdə Boliviyanın rəsmi dilidir. Peru, ArgentinaÇilidə də danışılır. Aymara dili qədim dövrlərdə Uari imperiyasının dili idi, lakin sonradan onlar inkalar tərəfindən fəth edilmişdir.

Aymara dili
Orijinal adı Aymar aru
Ölkələr Boliviya, Peru, Çili
Danışanların ümumi sayı
  • 4.000.000 nəf. (2020)[1]
Təsnifatı
Aymara dilləri
Yazı Latın əlifbası
Dil kodları
QOST 7.75–97 айм 026
ISO 639-1 ay
ISO 639-2 aym
ISO 639-3
Atlas of the World’s Languages in Danger 755
Ethnologue aym
ELCat 8111
IETF ay
Glottolog nucl1667
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bəzi dilçilər iddia edirlər ki, Aymara onun qonşusu olan Keçua dili ilə bağlıdır. Bununla belə, bu iddia mübahisəlidir. Bu dillər arasında oxşarlıqlar olsa da, əksər dilçilər bu oxşarlıqların bu dillərin uzun müddət qarşılıqlı əlaqədə olması, eyni və ya qonşu əraziləri tutması ilə əlaqədar olduğu ilə razılaşırlar.

Aymara dili bir milyondan çox danışan bir neçə hind dillərindən biridir. Bu dildə təxminən 3,1 milyon insan danışır.

Aymara dilinin qrammatikası ilk dəfə 1603-cü ildə Ludoviko Bertonio tərəfindən tərtib edilmişdir. İlk lüğət o, 1608-ci ildə tərtib etmişdir.

Aymara aqlütinativ-polisintetik dildir, "SOV" söz sırasına malikdir.

Etimologiya redaktə

"Aymara" etimologiyası qeyri-müəyyən olaraq qalır. Sözün "jaya" ("əcdad") və "mara" ("il, vaxt") sözlərindən əmələ gəldiyi iddiası var, lakin bu, mübahisəlidir.[2]

Əlifba redaktə

Aymara dili bir neçə əlavə hərflə latın əlifbasından istifadə edir: А а, Ä ä, Ch ch, Chh chh, Ch' ch', I i, Ï ï, J j, K k, Kh kh, K' k', L l, Ll ll, M m, N n, Ñ ñ, P p, Ph ph, P' p', Q q, Qh qh, Q' q', R r, S s, T t, Th th, T' t', U u, Ü ü, W w, X x, Y y.

Paylanma coğrafiyası redaktə

Aymara dilində ən çox Boliviyada danışır və bu ölkədə bu dildə danışanların sayı 2.256.000 nəfərdir. Peruda 732 min, Çilidə 53,200, Argentinada 41,300 nəfər bu dildə danışır.[3]

İstinadlar redaktə

  1. http://www.unesco.org/languages-atlas/en/atlasmap/language-id-755.html.
  2. книге «Lingüística Aimara» перуанского лингвиста Родолфо Серрон-Паломино (2000: pp. 34–6).
  3. "People Groups | Joshua Project". 2014-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-20.

Xarici keçidlər redaktə


Saytda 114 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024