Azərbaycan Vikipediyası Haqqinda Melumat - Vikipedia

Azərbaycan Vikipediyası Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Azərbaycanca Vikipediya

Vikipediyanın Azərbaycan dilində olan bölməsi
(Azərbaycan Vikipediyası səhifəsindən istiqamətləndirilmişdir)

Azərbaycanca Vikipediya Vikipediyanın Azərbaycan dilində olan bölməsi. 12 aprel 2024 — Azərbaycan dilində olan Vikipediyada 199.498 məqalə var.

Azərbaycanca Vikipediya
Saytın skrinşotu
Saytın skrinşotu
URL az.wikipedia.org
Layihənin mahiyyəti qeyri-kommersiya təşkilatı
Saytın tipi onlayn ensiklopediya
Qeydiyyat məcburi deyil
Dil Azərbaycan dili[1]
Sahibi Vikimedia Fondu
Yaradılma tarixi yanvar 2002
Məqalələrin sayı 199.499 (55-ci yer)
Faylların sayı 17.809
Səhifələrin sayı 562.340
Redaktələrin sayı 7.558.811
İstifadəçilərin sayı 289.209
Aktiv istifadəçilərin sayı 622
İnzibatçıların sayı 14
Dərinlik 44,5
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

25 mart 2014-cü ildə Azərbaycanca Vikipediyada məqalələrin sayı 100,000-i keçmiş və beləliklə bu layihə Vikipediyanın 10,000+ bölməsindən 100.000+ bölməsinə keçmişdir.

Azərbaycanca Vikipediya redaktə

Vikipediya-Azərbaycan İB-nin ilk bukleti

2004-cü ilin yanvarından az.wikipedia.org ünvanında Azərbaycan dilində Vikipediya fəaliyyətə başlamışdır. Buna Azərbaycanın açıq online ensiklopediyası kimi də baxmaq olar. Azərbaycan Vikipediyasındakı məqalələrin sayı dayanmadan artmaqdadır. Bununla belə qeyd etmək lazımdır ki, hazırda saytda çoxlu qrammatik və sintaktik səhvlərə, qaralama halında olan məqalələrə rast gəlmək mümkündür. Bu problemi də biz yalnız birlikdə həll edə bilərik.

Məqalə sayı redaktə

  • 2 iyun 2002 — Azərbaycan dilində Vikipediyanın bölməsi yaradılmışdır.
  • 9 mart 2007–5,000 məqalə[2]
  • 22 iyul 2007–10,000 məqalə[2]
  • 6 dekabr 2009 — saat 16:00-da Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşü keçirilmişdir.[3]
  • 29 iyul 2011–75,000 məqalə (5,819 məqalə ərəb əlifbasında).
  • 17 sentyabr 2012–90,000 məqalə[4]
  • 10 mart 2014 — I Milli Vikipediya Forumu
  • 25 mart 2014 — Azərbaycanca Vikipediyada məqalələrin sayı 100,000-i keçmiş və beləliklə bu layihə Vikipediyanın 10,000+ bölməsindən 100,000+ bölməsinə adlamışdır.[5]
  • 31 mart 2015–98,384 məqalə
  • 1 aprel 2015–97,949 məqalə
  • 14 aprel 2015–95,873 məqalə (bütün ərəb əlifbasında məqalələr silinmişdir)
  • 22 iyul 2015 — Azərbaycan dilində ərəb əlifbasında ayrı Vikipediya yaradılmışdır.
  • 29 oktyabr 2015–100,000 məqalə
  • 24 sentyabr 2019–150,000 məqalə

Mən necə yardım edə bilərəm? redaktə

 
"Vikipediya. Virtual ensiklopediya." kitabı

Zəngin Azərbaycanımızın şəhər və rayonları, şair və yazıçıları, mətbəxi, geyimləri və s. haqda dürüst məlumatlarınız varsa, maksimum neytrallığı və obyektivliyi qoruyaraq onları Azərbaycan Vikipediyasına əlavə edin! Bunun üçün sadəcə qeydiyyatdan keçmək kifayətdir,

lakin bununla kifayətlənməmək lazımdır. Vikipediya bu gün dünyada güvənilən və çox populyar informasiya mənbəyi kimi tanınır. Artıq 2005-ci ildə araşdırmalar göstərdi ki, bu açıq ensiklopediya təxminən Britannika Ensiklopediyası qədər dəqiqdir.[6] Tələbələr, jurnalistlər və digər araşdırmaçılar internetdə məlumat axtarışında məhz bu resursa üstünlük verirlər. Bunun üçün bizim Azərbaycan dilindəki Vikipediyanı qurmaqla yanaşı, ingilis, fransız, rus, alman, ispan və digər dillərdə olan Vikipediyalara da əlavələr etməmiz, Azərbaycan və onun ayrılmaz hissəsi olan Qarabağ haqda həqiqətlərin dünyaya çatdırılması yolunda vacib addımlardandır.[7]

Vikipediyaçıların görüşləri redaktə

İlk görüş redaktə

 
İlk görüşün iştirakçıları: soldan sağa — Wertuose, Sortilegus, Sefer azeri, Cekli829, Fərhad

2009-cu il dekabrın 6-sı, saat 16.00-da Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşü keçirilmişdir. Görüş Qafqaz Media Tədqiqatları Mərkəzinin İçəri şəhərdə yerləşən ofisində, Kiçik Qala 128/5 ünvanında (Qoşa Qala qapılarının düz arxasında) baş tutmuşdur. Görüşdə Vikipediyamızın 4 fəal istifadəçisi və bir proqram mütəxəssisi iştirak etmişdir. Əsasən vikipediyaçılarımız arasında dostluq və tanışlıq münasibətləri yaradılması məqsədilə təşkil edilən tədbirdə bir sıra digər məsələlər — o cümlədən AzVikinin texniki problemlərinin həlli, gələcək inkişaf perspektivləri müzakirə edilmişdir. Nəticədə yaxın zamanlarda mövcud bot probleminin, məqalələrin vikifikasiyasının həlli ilə bağlı əməli addımların atılması qərara alınmışdır. Bundan başqa 2010-cu ilin mart-aprel aylarında Bakı şəhərində AzViki istifadəçilərinin daha geniş tərkibdə və mətbuatın iştirakı ilə tədbirinin keçirilməsi də planlaşdırılmışdır. Görüşdə eləcə də fəal vikiçilərin klubunun yaradılması təklifi səsləndirilmiş və bəyənilmişdir. 2010-cu ilin yazına qədər bu klubun təşkili ilə bağlı Vikipediyada müzakirələrin aparılması və qərar qəbul edilməsi nəzərdə tutulmuşdur[8].

Fövqəladə toplantı redaktə

Son vaxtlar xüsusilə istifadəçilər arasında yaranmış problemləri həll etmək məqsədilə bürokrat Sortilegusun təklifi və təşkilatçılığı ilə 23 oktyabr 2010-cu ildə saat 18:00-da Elmlər Akademiyası metrosunun çıxışı ilə üzbəüz səkidə vikipediyaçıların fövqəladə toplantısı keçirilmişdir. Toplantı daha sonra yaxınlıqdakı qapalı məkanların birində davam etmişdir. Üç saat ərzində problemlər həllini tapmış və Vikipediyanın Azərbaycan dilində olan bölməsinin inkişafı məqsədilə mühüm qərarlar qəbul edilmişdir. Tədbirdə 5-i idarəçi olmaqla, ümumilikdə 9 istifadəçi iştirak etmişdir.

I Milli Vikipediya Forumu redaktə

Loqo redaktə

İstinadlar redaktə

  1. Azərbaycanca Vikipediya. 2002.
  2. 1 2 "Wikimedia News/2007". 2015-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-18.
  3. "В Баку был проведен Первый национальный форум википедистов". 2014-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-18.
  4. "Wikimedia News/2012". 2015-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-18.
  5. "Azərbaycandilli Vikipediyada məqalə sayı 100 mini ötdü". 2021-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-18.
  6. "Wikipedia as accurate as Britannica By Daniel Terdiman Staff Writer, CNET News". 2015-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-09.
  7. "Atəşkəsi olmayan informasiya müharibəsi". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-18.
  8. "Vikipedi kullanıcıları Bakü'de toplandı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-25.

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə


Saytda 74 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024