Azıx mağarası Haqqinda Melumat - Vikipedia

Azıx mağarası Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Azıx mağarasıAzərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında yerləşən, Qarabağın Quruçay dərəsində, Tuğ çökəkliyində, Quruçay çayının sol sahilində, çaydan 3 km aralıda, Quruçayın müasir yatağından 100–120 metr yuxarıda yerləşir. Qarabağın Xocavənd rayonunun AzıxSalakətin kəndləri arasında, Füzuli şəhərindən 14 km şimal-qərbdə, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən mağara kompleksidir. Azıx mağarasının sahəsi 800 km²-dir. Burada uzunluğu 600 metrə qədər uzanan 8 dəhliz vardır. Dəhlizlərin bəzilərinin hündürlüyü 20–25 metrə qədərdir.

Azıx mağarası
Azıx mağarasının girişi
Azıx mağarasının girişi
Ümumi məlumatlar
Amplitudası 25 m
Uzunluğu 600 m
Sahəsi
  • təq. 8.000 m²
Kəşf tarixi 1960
Dövrü Paleolit, Mezolit
Ətraf süxurları əhəng daşı
Giriş sayı 7
Mürəkkəblik kateqoriyası 1
Vəziyyəti Azərbaycan Azərbaycanın Mədəni irsi № 88
Yerləşməsi
39°37′09″ şm. e. 46°59′19″ ş. u.
Ölkə  Azərbaycan
Rayon
Kənd Azıx
Salakətin
Azıx mağarası xəritədə
Azıx mağarası
Azıx mağarası
Azıx mağarasının planıAzıx mağarasının planı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azıx mağarası Daş dövrü insanlarının yaşayış yeri kimi məşhurdur. Mağara 1960-cı ildə Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın "Paleolit Arxeoloji Ekspedisiyası" tərəfindən aşkar olunmuşdur. Aparılmış tədqiqat işləri zamanı on mədəni təbəqə aşkarlanmışdır. Mağarada Quruçay mədəniyyəti, Aşel mədəniyyətiMustye mədəniyyəti dövründə yaşayış olduğu müəyyən edilmişdir.

1968-ci ilin iyununda Məmmədəli Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsinin IV horizontunda apardığı arxeoloji qazıntılar zamanı bir neçə daş məmulatı ilə birlikdə ibtidai insana məxsus çənə aşkar olunmuşdur. Çoxtəbəqəli Azıx paleolit düşərgəsinin orta Aşel mədəniyyətinə aid təbəqəsindən tapılmış ibtidai insana məxsus olan çənə üzərində professor Dəmir Hacıyev uzun müddət elmi tədqiqat işləri aparmışdır.

Mağaranın kəşfi redaktə

Fon redaktə

1918–1953-cü illərdə Azərbaycan Respublikası ərazisində aparılan arxeoloji kəşfiyyat və qazıntı işləri zamanı ölkə ərazisinin qədim keçmişinə aid yüzlərlə maddi mədəniyyət abidələrində Daş dövrünə aid heç bir arxeoloji abidə qeydə alınmamışdır.[1] Hətta 1881-ci ildə Tiflis şəhərində keçirilən V Arxeoloji Qurultayda Zaqafqaziya, o cümlədən Azərbaycan ərazisində ibtidai insan düşərgələri olmadığı haqqında qərar çıxarılmışdır.[2]

1950-ci illərin əvvəllərindən başlayaraq Azərbaycan SSR Elmlər Akademiyası Azərbaycan ərazisində Daş dövrü abidələrinin öyrənilməsi üçün xüsusi plan hazırlamışdır. Bu plana uyğun olaraq, 1953-cü ildə Daş dövrü üzrə görkəmli alim S. N. Zamyatnin SSRİ Elmlər Akademiyası Arxeologiya İnstitutu tərəfindən Bakıya dəvət olunmuşdur. 1953-cü ilin payızında Azərbaycan Elmlər Akademiyasında Paleolit dövrü üzrə ilk dəfə olaraq arxeoloji kəşfiyyat işlərinə başlanmışdır. S. Zamyatninlə birlikdə M. Hüseynov 1953-cü il noyabrın 1-dən 30-dək Azərbaycanın Şamaxı, MərəzəQazax rayonları ərazisində arxeoloji kəşfiyyat işləri aparmışlar.[3] 1953-cü ilin payızında Damcılı düşərgəsində aparılan arxeoloji kəşfiyyat işləri zamanı tapılmış arxeoloji və paleontoloji tapıntılar burada Daş dövrü insanlarının məskunlaşmasını söyləməyə imkan vermişdir.[4]

Azərbaycan Respublikası ərazisində Daş dövrü düşərgələrini müəyyən etmək məqsədilə 1956-cı ildə Elmlər Akademiyasının Tarix muzeyində M. Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası təşkil olundu. 1956–1958-ci illərdə Məmmədəli Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Qazax rayonu ərazisində olan Damcılı mağara düşərgəsində arxeoloji qazıntı işləri apardı.[5]

1958-ci ilin yay fəslində M. Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Qazax rayonu ərazisində kəşfiyyat işləri aparmışdır. Aparılan arxeoloji kəşfiyyat işləri zamanı Daş dövrünə aid yeni bir düşərgə qeydə alınmışdır. Mağara düşərgəsi Qazax rayonunun Daşsalahlı kəndi yaxınlığında olduğu üçün ona Daşsalahlı mağarası adı verilmişdir. Aparılan arxeoloji qazıntılar zamanı Daşsalahlı mağara düşərgəsindən tapılmış daş məmulatının texniki və tipoloji xüsusiyyətlərinə əsasən onların orta Paleolit dövründə hazırlandıqlarını söyləmək olmuşdur.[5]

1958-ci ilin iyul ayında SSRİ EA-nın Qafqaz arxeoloji ekspedisiyası qısamüddətli kəşfiyyat işləri zamanı rayonun Yuxarı Salahlı kəndi yaxınlığında Mustye mədəniyyətinə aid açıq düşərgə qeydə almış və oradan əmək alətləri tapmışdı.[6]

Mağaranın kəşf olunması redaktə

1960-cı ilin iyun-iyul aylarında Məmmədəli Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Qarabağ ərazisində kəşfiyyat işləri aparmışdır. Kəşfiyyat işləri Qarabağın QuruçayKöndələnçay vadilərində və ona yaxın ərazilərdə aparılmışdır.[7] Aparılan arxeoloji kəşfiyyat işləri zamanı Quruçayın sol sahilində Azıx və Tağlar düşərgələri qeydə alınmışdır.[8]

Azıx paleolit düşərgəsi Qarabağın ən mənzərəli və səfalı guşəsində, Tuğ çökəkliyində, Quruçayın sol sahilində, dəniz səviyyəsindən 900 m, çayın müasir yatağından 100–120 m yüksəklikdə, Füzuli şəhərindən 14 km aralıda yerləşir.[9]

Azıx qədim insan düşərgəsində aparılan arxeoloji tədqiqat işlərində ilk vaxtlar ancaq Azərbaycan alimləri iştirak edirdilər, lakin sonralar çoxtəbəqəli paleolit düşərgəsində aşkar olunmuş maddi mədəniyyət qalıqlarının zənginliyi, burada kompleks şəkildə arxeoloji qazıntı işlərinin aparılmasını gərəkliyini ortaya çıxardı. Ona görə də Azıx paleolit düşərgəsində arxeoloqlarla yanaşı, paleontoloqlar, paleogeoloqlar, paleogeomorfoloqlar, paleoantropoloqlar və digər elm sahələrinin mütəxəssisləri tədqiqat işləri aparmağa başladılar.

Azıxda elmi tədqiqatlar aparan M. Hüseynov, D. V. Hacıyev, Ə. V. Məmmədov, N. Ş. Şirinov, Ə. Q. Cəfərov, A. A. Veliçko, S. D. Əliyev, M. B. Süleymanov və başqa alimlərin fəaliyyəti nəticəsində Paleolit dövrünün ayrı-ayrı inkişaf mərhələlərinə aid zəngin elmi materiallar aşkar edilmişdir.

Tədqiqi redaktə

1960–1973-cü illər redaktə

 
Məmmədəli Hüseynov Azıx mağarasında tədqiqatların ilk mərhələsində.

1960–1973-cü illəri əhatə edən I mərhələdə aparılan arxeoloji qazıntı işləri zamanı Azıx paleolit düşərgəsinin çöküntülərində 6 mədəni təbəqə qeydə alınmışdır. Düşərgənin I və II təbəqələrində aparılan arxeoloji qazıntılar zamanı Orta əsrlər, tunceneolit dövrlərinə aid maddi mədəniyyət qalıqları tapılmışdır.[5]

Azıx paleolit düşərgəsinin III təbəqəsində aparılan arxeoloji qazıntılar zamanı orta Paleolit dövrünə aid daş məmulatı və fauna qalıqları tapılmışdır. Azıx mağarasının IV təbəqəsində aparılan arxeoloji qazıntılar zamanı maddi mədəniyyət nümunələri qeydə alınmamışdır. Ona görə də bu təbəqə lal təbəqə adlanır. Azıx paleolit düşərgəsinin V–VI təbəqələrində aparılan arxeoloji qazıntılar zamanı qədim, orta və son Aşel mədəniyyətinə aid zəngin maddi mədəniyyət qalıqları tapılmışdır.[10]

1968-ci ilin iyun ayında Məmmədəli Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsinin III layında daş məmulatı və heyvan sümükləri ilə bərabər qədim insana məxsus alt çənə aşkar etmişdir.[11]

Azıx düşərgəsindən tapılmış qədim insana məxsus olan alt çənənin elmi tədqiqi ilə professor Dəmir Hacıyev məşğul olmuşdur. D. V. Hacıyevin apardığı elmi tədqiqatlar zamanı çənənin ibtidai insana məxsus olması müəyyən edilmiş və tapıntıya Azıxantrop tipli ibtidai insan adı verilmişdir.[12]

1974–1985-ci illər redaktə

Çoxtəbəqəli Azıx paleolit düşərgəsində 1974–1985-ci illərdə M. Hüseynovun rəhbərliyi altında kompleks şəkildə II mərhələdə arxeoloji qazıntı işləri aparılmışdır.[13]

Düşərgədə II mərhələdə aparılan arxeoloji tədqiqat işlərinin əsas xüsusiyyəti ondan ibarətdir ki, burada tədqiqat işləri VI təbəqədən aşağıda yerləşən çöküntülərdə aparılmış və 4 yeni arxeoloji təbəqə qeydə alınmışdır.[14]

1974–1975-ci illərdə Azıx düşərgəsində yeni müəyyən olunmuş VII-VIII-IX və X təbəqələrində aparılan arxeoloji qazıntılar zamanı mühüm elmi əhəmiyyətə malik maddi mədəniyyət nümunələri tapılmışdır.[1]

Maddi mədəniyyət qalıqları arasında əsas yeri çaydaşılarından hazırlanmış kobud çapma alətləri tutur. Daş məmulatı ilə birlikdə daşlaşmış heyvan sümükləri də qeydə alınmışdır.[1] Aparılan kompleks elmi tədqiqatlar zamanı Azıx paleolit düşərgəsinin VII–X təbəqəsindən tapılmış daş məmulatının dünya arxeologiyasında oxşarı olmadığı və bunların tamamilə yeni bir arxeoloji mədəniyyətə məxsus olması müəyyən edilmiş və bu mədəniyyətə Quruçay arxeoloji mədəniyyəti adı verilmişdir.[1]

Azıx paleolit düşərgəsinin VII–X təbəqələrində aparılan arxeoloji qazıntılar zamanı 212 ədəd daş məmulatı tapılmışdır. Daş məmulatının texniki və tipoloji xüsusiyyətlərinin elmi tədqiqi zamanı Quruçay arxeoloji mədəniyyətinin bir neçə inkişaf mərhələsi olması müəyyən edilmişdir.[15]

İNTAS-2000 redaktə

Azərbaycanın daş dövrü düşərgələrindən tapılmış maddi mədəniyyət qalıqlarının bəşər sivilizasiyasının tarixini tədqiq etmək üçün əvəzsiz arxeoloji mənbələr olduğunu əsas tutan Fransa, İtaliya, İspaniya, Rusiya, AzərbaycanGürcüstan alimləri 2001-ci ildə Beynəlxalq İNTAS-2000 adlı proqram hazırlamışlar. Proqram 2001-ci ilin iyul ayında Fransanın Totavel şəhərində keçirilən beynəlxalq elmi konfransda təsdiq olunmuşdur.[8]

Həmin proqrama uyğun olaraq Ə. Q. Cəfərov Fransanın İnsan Paleoantologiya İnstitutu və Avropa Arxeoloji Tədqiqatlar Mərkəzində Azərbayanın paleolit düşərgələrinin maddi mədəniyyət qalıqları haqqında elmi məruzələrlə çıxış etmişdir. Məruzələrə Azıx, Tağlar və digər paleolit düşərgələrinin arxeoloji və paleoantoloji tapıntıları şərh edilmiş, azıxantropun çənə sümüyünün qalığının isə QafqazYaxın Şərqdə ən qədim paleoantropoloji tapıntı olduğunu bildirmişdir.[8]

2002-ci ildə sentyabrın 7-dən oktyabrın 1-dək Beynəlxalq İNTAS-2000 proqramına uyğun olaraq Avropa ölkələrindən 22 görkəmli alim başda professor Henri dö Lümley (fr. Henry de Lumley)olmaqla Bakıya gəlib çoxtəbəqəli Azıx, Tağlar, Qazma və digər düşərgələrdən tapılmış maddi mədəniyyət qalıqları ilə tanış olmuş və bu tapıntıların dünya arxeologiya, paleontologiya və paleoantropologiya elmləri üçün müstəsna elmi əhəmiyyəti olduğunu yekdilliklə qeyd etmişlər.[16]

2001–2009-cu illər redaktə

 
2009-cu ildə Azıx mağarasında arxeoloji qazıntılar.

2001-ci ildən etibarən Azıx mağarasında İngiltərə, İspaniya, İrlandiyaErmənistandan olan beynəlxalq tədqiqatçılar qrupu İspaniyanın Madrid şəhərində yerləşən Təbiət Elmləri Milli Muzeyinin əməkdaşı Yolanda Fernandez-Jalvo[17]Ermənistan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunun əməkdaşı Levon Yepiskopyanın başçılığı altında tədqiqat işlərinin aparılmasına başlanmışdır. Bu tədqiqat işləri tanınmamış "Dağlıq Qarabağ Respublikası"nın himayəsi altında aparılmışdır.[18]

Tədqiqatlar zamanı 300 min il yaşı olan Avropada ən qədim mağara ayısının sümüyü, daş əmək alətləri və istehsal tullantıları aşkarlanmışdır.[19] Qazıntılar ildə bir ay olmaqla doqquz il davam etmiş və əldə edilmiş bütün maddi mədəniyyət nümunələri tədqiq olunmaq üçün Londona aparılmışdır.[20] Tədqiqatların nəticəsi olaraq 2010-cu ildə Azıx mağarası haqqında məqalələr toplusu nəşr edilmişdir.[18]

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun altı cildlik "Azərbaycan Arxeologiyası" nəşrinin I cildində qeyd edilir ki, "Azərbaycan alimlərinin Azıx paleolit düşərgəsində apardıqları uzunmüddətli arxeoloji qazıntılar nəticəsində oradakı mədəni təbəqələrin 80%-i tədqiq olunmuşdur. Ona görə də hazırda orada nəinki qazıntı, eyni zamanda kəşfiyyat işləri aparmaq bəşəriyyətə qarşı ən böyük cinayət kimi qiymətləndirilməlidir. Bəlkə 100 ildən sonra yeni elmi tədqiqat metodu meydana çıxa bilər, onda Azıx düşərgəsinin çöküntülərindən nümunə götürüb istifadə oluna bilər. Ona görə də hazırda orada qazıntı işləri aparmaq bəşər sivilizasiyasına qarşı ən böyük təxribat hesab olunmalıdır. İkincisi isə, Azıxda aparılan arxeoloji qazıntılar zamanı tapılmış 100 minlərlə maddi mədəniyyət qalıqları Bakıda saxlanılır və istənilən alim onlarla tanış ola bilər."[8]

Statiqrafiyasi redaktə

 
Azıx mağarasının mədəni çöküntülərinin statiqrafiyası[21]

1960-cı ildən başlayaraq 1987-ci ilədək çoxtəbəqəli Azıx paleolit düşərgəsinin cənub giriş yolunda və birinci salonunda aparılan arxeoloji qazıntılar zamanı Azıx mağarasının çöküntülərində zəngin stratiqrafiyanın olması müəyyən edilmişdir. Azıx mağarası Qarabağın Quruçay dərəsində, çaydan 3 km aralıda olub, Quruçayın müasir yatağından 200–250 m yüksəklikdə yerləşir.[5] Mağara AzıxSalakətin kəndləri arasında olub, dəniz səviyyəsindən 950 m yüksəklikdə yerləşir. Azıx mağarası özünün böyüklüyünə görə Qafqazda ən möhtəşəm karst mağarasıdır. Mağara 5 salondan ibarət olub, uzunluğu 230 m, kiçik çıxış yolları və karst quyusu ilə birlikdə uzunluğu 600 m-ə bərabərdir.

Azıx mağarasında arxeoloji qazıntı işləri düşərgənin hər iki giriş yolunda aparılmışdır. Düşərgənin şimal tərəfdən giriş yolunda aparılan arxeoloji qazıntılar zamanı maddi mədəniyyət qalıqları qeydə alınmamışdır. Mağaranın şimal hissəsində çöküntünün ümumi qalınlığı 0,5 m-dən 1,2 m-ə qədər olmuşdur.[13]

Çoxtəbəqəli Azıx paleolit düşərgəsinin cənub giriş yolunda və birinci salonunda aparılmış kompleks arxeoloji qazıntılar zamanı burada çöküntünün ümumi qalınlığı 14 m-ə bərabər olması müəyyən edilmişdir.[1] Azıx paleolit düşərgəsinin cənub giriş yolunun 8-ci kv.m-dən başlayaraq 27-ci kv.m-ə qədər çöküntünün qalınlığının 13–14 m-ə bərabər olması qeydə alınmışdır.[13] Lakin 17-ci kv.m-dən başlayaraq mağaranın içərisinə doğru getdikcə düşərgədə olan çöküntülərin qalınlığı azalmağa başlayır. Bu fakt 1973–1976-cı illərdə Azıx paleolit düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı qeydə alınmışdır.[22]

M. Hüseynovun rəhbərliyi altında aparılan kompleks tədqiqatlar zamanı Azıx paleolit düşərgəsinin cənub giriş yolunda və birinci salonunda arxeoloji, paleontoloji tapıntıların sayı yüz minlərlədir. Bu sahədə çöküntünün stratiqrafik mənzərəsi olduqca zəngindir. Çoxtəbəqəli Azıx paleolit düşərgəsində 1960–1986-cı illərdə aparılan arxeoloji qazıntılar zamanı 10 təbəqə qeydə alınaraq tədqiq olunmuşdur.[13] Yaxın ŞərqQafqaz ərazisində ən zəngin stratiqrafiyaya malik[8] Azıx paleolit düşərgəsində qeydə alınmış arxeoloji təbəqələrin ümumi qalınlığı 14 m-ə bərabərdir.[1]

Mədəni təbəqələr redaktə

I təbəqə redaktə

 
Azıx mağarasının planı (Xankəndi Tarix-Diyarşünaslıq Muzeyi)

Birinci təbəqə qara çöküntülü, bəzən isə sarı qarışıq torpaq təbəqəsindən ibarətdir. Arxeoloji qazıntılar zamanı tək-tək orta əsrlərə aid gil qab qırıqlarına rast gəlinmişdir.[23] 1962–1965-ci illərdə aparılan arxeoloji qazıntılar zamanı təbəqədən Orta əsrlər, Tunc və Eneolit dövrlərinə aid gil qab qırıqları aşkar olunmuşdur, lakin sonrakı illərdə aparılan arxeoloji qazıntılar zamanı Eneolit dövrünə aid maddi mədəniyyət qalıqları qeydə alınmamışdır. Təbəqənin ümumi qalınlığı 77–125 sm-ə bərabər olmuşdur.[23]

II təbəqə redaktə

İkinci təbəqə açıq-sarımtıl gilli torpaqdan ibarətdir. Arxeoloji tədqiqatlar zamanı təbəqənin içərisində tək-tək qaya qırıntıları və gil qab parçaları qeydə alınmışdır. Gil qab qırıqları əsasən Orta əsrlər, Tunc və Eneolit dövrlərinə aid olmuşdur. Təbəqənin ümumi qalınlığı 90–180 sm olmuşdur.[23]

III təbəqə redaktə

 
Çaydaşı və çaxmaqdaşından əmək alətləri, III təbəqə, 150–200 min il əvvəl.

Üçüncü təbəqə boz gillicə torpaq təbəqəsindən ibarətdir. Ayrı-ayrı əlamətlərə görə üçüncü təbəqənin tərkibində 1973–1974-cü illərdə aparılan arxeoloji qazıntılar zamanı üç lay müəyyən edilmişdir[24]:

Birinci lay tünd-boz gillicə torpaqdan ibarətdir. Təbəqənin tərkibində xırda qaya qırıntıları da qeydə alınmışdır. Bu laydan ilk dəfə olaraq Mustye mədəniyyətinə aid daş məmulatı və ovlanmış heyvan sümükləri tapılmışdır.[24]

İkinci lay gillicə torpaqdan ibarətdir. Layın içərisində düşərgənin tavanından düşmüş qaya qırıntıları qeydə alınmışdır. Eyni zamanda layın içərisində bir neçə iri qaya daşı aşkar olunmuşdur.[24]

Üçüncü lay açıq-boz gillicədən ibarət olub, içərisində qaya qırıntılarına təsadüf edilmişdir. Layın aşağı hissəsi isə sarı gillicə torpaq qatından ibarətdir. Maraqlıdır ki, ilk dəfə olaraq 1973-cü ildə aparılmış arxeoloji qazıntılar zamanı üçüncü təbəqənin aşağı layından Mustye mədəniyyətinə aid 20 ədəd əl çapacağı tapılmışdır. Üçüncü təbəqənin ümumi qalınlığı 90–145 sm-ə bərabər olmuşdur.[24]

IV təbəqə redaktə

 
Çaxmaqdaşından əmək aləti, IV təbəqə.

Dördüncü təbəqə tünd-qonur gilli torpaq layından ibarətdir. Təbəqənin içərisində xırda qaya qırıqlarına rast gəlmək olur. Həmin qırıqlar stalaqmit, stalaktit, stalaqnat parçalardan ibarətdir. 1973-cü il arxeoloji qazıntılarınadək dördüncü təbəqədən heç bir maddi mədəniyyət nümunəsi qeydə alınmamışdır, Ancaq 1973-cü ildə aparılan arxeoloji qazıntılar zamanı dördüncü təbəqədən son Aşel mədəniyyətinə aid bir neçə daş məmulatı və ovlanmış heyvan sümükləri tapılmışdır. Təbəqənin ümumi qalınlığı 1–1,2 m-ə çatır.[24]

V təbəqə redaktə

Beşinci təbəqə sarı gillicə torpaq təbəqəsindən ibarətdir. Azıx düşərgəsinin stratiqrafiyasında ən zəngin və möhtəşəm qalınlığa malik olan çöküntü beşinci təbəqədən ibarətdir. 1963–1969, 1971–1986-cı illərdə beşinci təbəqədə aparılan arxeoloji qazıntılar zamanı çoxlu ovlanmış heyvan sümükləri və 300 ədəd daş məmulatı tapılmışdır. Böyük Qafqaz paleolit düşərgələri içərisində ən zəngin stratiqrafiyaya malik Azıx düşərgəsinin beşinci təbəqəsində yuxarıda qeyd olunanlarla yanaşı ocaq yerləri, ibtidai tikili qurğuları, xüsusi küncdə saxlanılan ayı kəllələri tapılmışdır.[25]

VI təbəqə redaktə

 
Çaydaşı və Çaxmaqdaşından əmək aləti, VI–IV təbəqələr, 700.000–200.000 il əvvəl

Altıncı təbəqə boz gillicə torpaq təbəqəsindən ibarətdir. Digər təbəqələrdən fərqli olaraq altıncı təbəqə olduqca çoxlu çay və qaya daşları ilə zəngindir. Burada aparılan qazıntılar zamanı 3 mindən artıq daş məmulatı tapılmışdır. Təbəqənin qalınlığı 55–87 sm-ə bərabər olmuşdur.[26]

VII təbəqə redaktə

Yeddinci təbəqə açıq-göyümsov gillicə torpaq təbəqəsindən ibarətdir. 1974-cü ildə arxeoloji qazıntı işlərinə qədər çap olunmuş Azıx düşərgəsinə aid elmi məqalələrdə düşərgənin VI təbəqəsindən aşağıda olan təbəqələrdə arxeoloji materialların olmadığı qeyd olunurdu, lakin 1974-cü ildə VI təbəqədən altda olan düşərgənin çöküntülərində aparılan arxeoloji qazıntılar zamanı dörd arxeoloji təbəqə (VII–X) qeydə alınmış və həmin təbəqələrdən maddi mədəniyyət qalıqları aşkar olunmuşdur. Təbəqənin qalınlığı 82–98 sm-ə bərabər olmuşdur.[27]

Azıx düşərgəsinin VII təbəqəsində aparılan arxeoloji qazıntılar zamanı 45 ədəd daş məmulatı tapılmışdır.[27] Onları aşağıdakı qruplara ayırmaq olar:

  • 1. Kobud çapma alətləri – 2 ədəd[27]
  • 2. Çoppinq — iki tərəfdən işlənmiş kobud çapma alətləri – 4 ədəd[27]
  • 3. Kubşəkilli alətlər – 2 ədəd[27]
  • 4. Nüvəşəkilli alətlər – 8 ədəd[27]
  • 5. Qaşov tipli alətlər – 4 ədəd[27]
  • 6. Qəlpələr – 8 ədəd[27]
  • 7. İstehsal tullantıları – 9 ədəd[27]
  • 8. Təbii çaydaşı – 8 ədəd[27]

VII təbəqənin daş məmulatı düşərgənin Quruçay mədəniyyətinə aid ən sonuncu təbəqəsinin arxeoloji materiallarıdır.[27]

Azıx mağarasının VII təbəqəsindən aşkar olunmuş kobud çapma alətləri, istər çopper, istərsə də çoppinq tipli alətlər olduqca klassik üsulda hazırlanmışdır. Bir neçəsinin düz işlək ağzı vardır. Eyni zamanda tutacaq hissəsi olduqca əlverişli formaya salınmış və əldə yaxşı tutub istifadə etmək üçün yararlıdır.[27]

VIII təbəqə redaktə

Səkkizinci təbəqə nisbətən tünd-göyümsov gillicə torpaq təbəqəsindən ibarətdir. Arxeoloji qazıntılar zamanı təbəqədən maddi mədəniyyət qalıqları aşkar olunmuşdur. Eyni zamanda təbəqənin tərkibində mağaranın tavanından düşmüş tək-tək qaya parçaları qeydə alınmışdır. Təbəqənin qalınlığı 90–115 sm-ə bərabər olmuşdur.[28]

Düşərgənin VIII təbəqəsində aparılan arxeoloji qazıntılar zamanı 60 ədəd daş məmulatı aşkar olunmuşdur.[28] Həmin daş məmulatını aşağıdakı qruplara ayırmaq olar:

  • 1. Kobud çapma alətləri – 8 ədəd[28]
  • 2. Çoppinq-qiqantollit – 3 ədəd[28]
  • 3. Nüvəşəkilli alətlər – 5 ədəd[28]
  • 4. Qaşov tipli alətlər – 3 ədəd[28]
  • 5. Qəlpələr- 9 ədəd[28]
  • 6. İstehsal tullantıları – 11 ədəd[28]
  • 7. Təbii çaydaşıları – 15 ədəd[28]
  • 8. Kubşəkilli alətlər – 6 ədəd[28]

Tipoloji cəhətcə VIII təbəqədən aşkar olunmuş kobud çapma alətlərini üç qrupa ayırmaq olur. Ən maraqlı cəhətlərdən biri təbəqədə bir neçə ədəd iki əllə yaxşı tutub istifadə etmək üçün çoppinq tipli alətlərin qeydə alınmasıdır. Həmin alətlərə 1976-cı ildə Leninqrad şəhərində yerləşən Arxeologiya İstitutunun arxeoloji-texnoloji laboratoriyasında professor S. A. Semyonov xüsusi diqqət yetirmiş və Paleolit dövrü üçün ən nadir və maraqlı əmək alətləri olmasını qeyd etmişdir.[28]

VIII təbəqənin daş məmulatı içərisində 5 ədəd nüvəşəkilli alətlər qeydə alınmışdır. Onların əksəriyyəti çaydaşı üzərində hazırlanmışdır.[28]

VIII təbəqənin qaşov tipli alətləri kvarsit daşından hazırlanmışdır. Tipoloji cəhətcə onların içərisində bir işlək ağızlı və iki işlək ağızlı alətlər müəyyən olunmuşdur.[28]

IX təbəqə redaktə

Doqquzuncu təbəqə açıq-göyümsov gillicə torpaq təbəqəsindən ibarətdir. Arxeoloji qazıntılar zamanı təbəqədən maddi mədəniyyət nümunələri tapılmışdır. Təbəqənin tərkibində tək-tək qaya qırıntılarına rast gəlmək olur. Təsvir olunan sahədə təbəqənin qalınlığı 78–84 sm-ə bərabər olmuşdur.[28]

Azıx paleolit düşərgəsinin IX təbəqəsində aparılmış arxeoloji qazıntılar zamanı 90 ədəd daş məmulatı tapılmışdır.[28] Onları aşağıdakı qruplara ayırmaq olar:

  • 1. Kobud çapma alətləri – 8 ədəd[28]
  • 2. Kubşəkilli alətlər – 5 ədəd[28]
  • 3. Nüvəşəkilli alətlər- 5 ədəd[28]
  • 4. Limasşəkilli alətlər- 1 ədəd[28]
  • 5. Qaşov tipli alətlər- 18 ədəd[28]
  • 6. Qəlpələr – 11 ədəd[28]
  • 7. İstehsal tullantıları – 8 ədəd[28]
  • 8. Çaydaşıları – 31 ədəd[28]
  • 9. Gəzli alətlər – 3 ədəd[28]

IX təbəqədən aşkar olunmuş kobud çapma alətləri çaydaşılarından hazırlanmışdır. Təbəqənin daş məmulatı içərisində kobud çapma alətləri nisbətən çoxluq təşkil edir. X təbəqənin kobud çapma alətlərindən fərqli olaraq IX təbəqənin kobud çapma alətləri daha mükəmməl hazırlanmışdır.[28]

IX təbəqənin daş məmulatı arasında qaşov tipli alətlər daha çox diqqəti cəlb edir. Tipoloji cəhətcə qaşov tipli alətləri bir neçə qrupa ayırmaq olur. Onların içərisində bir və iki işlək ağıza malik olanlar çoxluq təşkil edir. X təbəqədən tapılmış qəlpələrin üzərində zərbə düyünü və zərbə səthi olduqca yaxşı saxlanmışdır.[29]

IX təbəqənin daş məmulatı içərisində ən çox təbii çay daşları qeydə alınmışdır (31 ədəd). Onların bəzilərində iş zamanı meydana gəlmiş əzilmələr aydın görünür. Düşərgənin IX təbəqəsindən tapılmış çaydaşılarının hamısı Quruçaydan toplanmış və düşərgəyə gətirilmişdir. IX təbəqənin daş məmulatının bəzi özünəməxsus xüsusiyyətləri də müəyyən edilmişdir.[29]

X təbəqə redaktə

Onuncu təbəqə sarı gillicə, nisbətən daşlı təbəqədən ibarətdir. Arxeoloji qazıntılar zamanı təbəqənin tərkibindən hazır daş alətlər tapılmışdır. Təbəqə qaya döşəməsi üzərində yerləşdiyindən olduqca bərkdir. Təbəqənin qalınlığı təsvir olunan sahədə 78–83 sm-ə bərabər olmuşdur.[29]

Azıx paleolit düşərgəsinin X təbəqəsində aparılan arxeoloji qazıntılar zamanı tapılmış 17[29] daş məmulatını aşağıdakı tiplərə ayırmaq olar:

  • 1. Kobud çapma alətləri – 3 ədəd[29]
  • 2. Limaca bənzər alət – 1 ədəd[29]
  • 3. Qaşov tipli alət – 3 ədəd[29]
  • 4. Üzərində ikinci işlənmə izi olmayan qəlpələr – 3 ədəd[29]
  • 5. İstehsal tullantıları – 4 ədəd[29]
  • 6. Çaydaşıları – 3 ədəd[29]

Azıx mağarasının X təbəqəsindən aşkar olunmuş arxeoloji maddi mədəniyyət nümunələri düşərgənin ilk sakinlərinin əmək alətləridir. Geoloji tarix nöqteyi-nəzərindən X təbəqə düşərgənin ən qədim təbəqəsi olub, düşərgənin ilk məskunlaşma tarixini tədqiq etməkdə mühüm elmi əhəmiyyətə malikdir.[29]

Eyni zamanda, Azıx düşərgəsinin X təbəqəsindən aşkar olunmuş daş məmulatı qədim sakinlərin əmək alətlərinin bir hissəsini abidədə, digər hissəsini isə düşərgədən kənarda hazırladıqlarını göstərir.[30] X təbəqənin daş məmulatı həmçinin düşərgədə və Quruçay sahillərində qədim insanların məskunlaşma tarixini müəyyən etməyə imkan verir.[30] Lakin, hələlik Azıx düşərgəsinin X təbəqəsindən ancaq daş məmulatı əldə olunmuş və onların əsasında burada ibtidai insanların məskunlaşma tarixi müəyyən edilmişdir. Daş məmulatı texniki və tipoloji cəhətcə çaydaşı alətləri mədəniyyətinə aid olunur. Maraqlıdır ki, X təbəqənin kobud çapma alətləri çaydaşıları üzərində hazırlanmışdır. Təbəqədən kobud çapma alətləri ilə yanaşı, kobud qəlpələr üzərində hazırlanmış qaşov tipli alətlər də tapılmışdır.[30] Məhz bu cəhət X təbəqənin daş məmulatını çaydaşı mədəniyyətindən fərqləndirir. Bu fərqləndirici cəhət X təbəqənin daş məmulatının yeni arxeoloji mədəniyyətə aid olması fikrini söyləməyə əsas vermiş və nəticədə X təbəqənin daş məmulatının Quruçay mədəniyyətinə aid olması müəyyən olunmuşdur.[30]

Artefaktlar redaktə

Fauna qalıqları redaktə

 
Azıx mağarasından aşkarlanmış çapılmış maral sümükləri (Azərbaycan Tarix Muzeyi)

Yaxın Şərq, Qafqaz və Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar zamanı Paleolit dövrünə aid ən zəngin fauna qalıqları çoxtəbəqəli Azıx paleolit düşərgəsinin III, V və VI təbəqələrində tapılmışdır. Azıx paleolit düşərgəsinin VII–X təbəqələrində aparılan arxeoloji qazıntılar zamanı isə tək-tək (cəmi 7 ədəd) daşlaşmış heyvan sümükləri və xırda gəmirici sümükləri aşkar edilmişdir.[31] Aşağı təbəqələrdən (VII–X) tapılmış heyvan sümükləri ibtidai öküz və etrus kərgədanına aid sümüklərdən ibarətdir. Arxeoloji cəhətdən Quruçay mədəniyyətinə aid olan fauna qalıqları düşərgədə məskunlaşmış ibtidai insanların ovçuluqla məşğul olduqlarını göstərir.[1]

Çoxtəbəqəli Azıx paleolit düşərgəsinin qədim Aşel mədəniyyətinə aid VI təbəqəsində aparılan arxeoloji qazıntılar zamanı 200 mindən artıq ovlanmış heyvan sümüklərinin qalıqları tapılmışdır. Azıx paleolit düşərgəsinin VI təbəqəsindən tapılmış fauna qalıqları içərisində yüzlərlə çənə, kəllə qapaqları, çənə qırıqları, diş, quş və gəmirici çənələri qeydə alınmış və məhz onların əsasında sümük qırıqlarının hansı heyvan və quşlara aid olmasını professor D. Hacıyev təyin etmişdir. Professor D. Hacıyev nəinki AzərbaycanQafqaz, eyni zamanda Yaxın Şərqin paleolit düşərgələrində tapılmış fauna qalıqlarının elmi tədqiqi ilə məşğul olaraq, Azərbaycan Dövlət Tibb Universitetinin Tibbi Biologiya Kafedrasında "Paleontologiya muzeyi" təşkil etmişdir.[32]

Çoxtəbəqəli Azıx düşərgəsindən tapılmış ovlanmış heyvan sümüklərinin elmi tədqiqi ilə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor D. Hacıyevin rəhbərliyi altında Tibb Universitetinin tibbi biologiya kafedrasında məşğul olmuşlar. Burada D. Hacıyevin rəhbərliyi altında N. Ələkbərova, S. Zahidova, E. Nərimanov və başqaları nəinki Azərbaycan, eyni zamanda Qafqazın əsas paleolit düşərgələrindən tapılmış fauna qalıqlarının elmi tədqiqi ilə məşğul olmuşlar.[33]

Mağaranın Orta Aşel təbəqəsindən də 101 ədəd quş və heyvan sümükləri tapılmışdır. Həmin quş sümüklərinin təyini zamanı onların 21 quş növünə aid olması müəyyən edilmişdir.[8]

Professor D. V. Hacıyevin rəhbərliyi altında aparılan elmi tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, orta Paleolit dövründə yaşayan neandertal tipli insanlar Azıx paleolit düşərgəsində 10 növ heyvan ovlamışdır.[32] Aparılan paleontoloji tədqiqatlar zamanı Azıx paleolit düşərgəsinin orta Paleolit dövrünə aid təbəqəsindən mağara ayısı, qonur ayı, qaban, cüyür, Mesopotamiya maralı, nəhəng maral, Qafqaz maralı, dağ keçisi və müxtəlif quşlara aid sümük qalıqları qeydə alınmışdır.[5]

Aparılmış paleontoloji tədqiqatlar zamanı aydın olmuşdur ki, Azıx və Tağlar paleolit düşərgələrində orta Paleolit dövründə qədim insanların ovladıqları heyvanlar içərisində əsas yeri mağara ayısı, maral, keçi, qaban və Qafqaz maralı tutmuşdur. Təyin olunmuş sümük məmulatı içərisində məhz yuxarıda qeyd etdiyimiz heyvanlara məxsus sümük qalıqları çoxluq təşkil edir.[5]

Daş məmulatı redaktə

 
Çaxmaqdaşından əmək aləti, IV təbəqə.

Çoxtəbəqəli Azıx paleolit düşərgəsinin ən aşağı təbəqələrinin daş alətləri əsasən çaydaşılarının kənar hissələrindən mərkəzə doğru vurub qoparma üsulu ilə çox kobud formada hazırlanmışdır. Xüsusilə, düşərgənin IX–X təbəqələrindən tapılmış daş alətləri olduqca kobud və bəsit formada hazırlanmışdır. Belə texniki üsulla hazırlanmış daş alətlər daş məmulatı içərisində çoxluq təşkil edir. Təsvir olunan əmək alətləri əsasən uzunsov çaydaşılarının bir ucu və ya onun uzununa bir kənar hissəsini qəlpələr qoparmaq yolu ilə hazırlamışlar.[34] Qeyd olunan əmək alətlərinin meydana gəlməsi bir daha sübut edir ki, bu tip əmək alətləri iki yuxarı üzü işlənmiş protoçoppinqlərin ilk istehsal pilləsini təşkil edir. Azıx paleolit düşərgəsinin VII–X təbəqələrinin daş məmulatı arasında qəlpələrdən hazırlanmış əmək alətləri də qeydə alınmışdır. Belə alətlər içərisində əsas yeri qaşov tipli alətlər tutur. Çoxtəbəqəli Azıx paleolit düşərgəsinin VII–X təbəqələrindən tapılmış daş məmulatı arasında 3–4 kq ağırlığında olan nəhəng kobud çapma alətləri də aşkarlanmışdır ki, bunlar da nəhəng çopper tipli alətlərdir.[1]

Quruçay arxeoloji mədəniyyətinə aid daş məmulatının elmi tədqiqi zamanı məlum olmuşdur ki, əmək alətlərinin əksəriyyəti mağara düşərgəsindən kənarda hazırlanmış və sonradan Azıx paleolit düşərgəsinə gətirilmişdir. Çünki düşərgənin VII–X təbəqələrindən əsasən ancaq hazır əmək alətləri tapılmışdır. Aşağı təbəqələrin daş məmulatı arasında istehsal tullantıları olduqca az sayda qeydə alınmışdır.[14]

Azıx paleolit düşərgəsinin IX təbəqəsində aparılmış arxeoloji qazıntılar zamanı 90 ədəd daş məmulatı tapılmışdır. IX təbəqədən aşkar olunmuş kobud çapma alətləri çaydaşılarından hazırlanmışdır. Təbəqənin daş məmulatı içərisində kobud çapma alətləri nisbətən çoxluq təşkil edir. X təbəqənin kobud çapma alətlərindən fərqli olaraq IX təbəqənin kobud çapma alətləri daha mükəmməl hazırlanmışdır. IX təbəqənin daş məmulatı arasında qaşov tipli alətlər daha çox diqqəti cəlb edir. Tipoloji cəhətcə qaşov tipli alətləri bir neçə qrupa ayrılır ki, onların içərisində də bir və iki işlək ağıza malik olanlar çoxluq təşkil edir.[35]

Düşərgənin VIII təbəqəsində aparılan arxeoloji qazıntılar zamanı 60 ədəd daş məmulatı aşkar olunmuşdur. IX–X təbəqələrdən aşkar olunmuş kobud çapma alətlərinə nisbətən VIII təbəqənin həmin qrupuna aid olan alətləri daha mükəmməl hazırlanmışdır. Ən maraqlı cəhətlərdən biri təbəqədə bir neçə ədəd iki əllə yaxşı tutub istifadə etmək üçün çoppinq tipli alətlərin qeydə alınmasıdır. Həmin alətlərə 1976-cı ildə Leninqrad şəhərində yerləşən Arxeologiya İstitutunun arxeoloji-texnoloji laboratoriyasında professor S. A. Semyonov xüsusi diqqət yetirmiş və Paleolit dövrü üçün ən nadir və maraqlı əmək alətləri olmasını qeyd etmişdir.[8]

Azıx mağarasının VII təbəqəsindən aşkar olunmuş kobud çapma alətləri, istər çopper, istərsə də çoppinq tipli alətlər olduqca klassik üsulda hazırlanmışdır. Bir neçəsinin düz işlək ağzı vardır. Eyni zamanda tutacaq hissəsi olduqca əlverişli formaya salınmış və əldə yaxşı tutub istifadə etmək üçün yararlıdır. VII təbəqədən aşkar olunmuş kub və nüvəşəkilli alətlər əsasən kvars və kvarsit daşlarından hazırlanmışdır.[13]

Qədim Aşel mədəniyyətinə aid olan təbəqənin əmək alətləri içərisində 8 ədəd əl çapacaqları qeydə alınmışdır. Düşərgənin VI təbəqəsindən tapılmış əl çapacaqları felzit daşından hazırlanmışdır. Aşkar olunmuş əl çapacaqlarının əksəriyyəti oval formaya malikdir. Onların hamısı təbii qabıqdan təmizlənmişdir. VI təbəqənin əmək alətləri içərisində 2 ədəd kobud çapma alət – qaşov tipli alət qeydə alınmışdır. Onların hər ikisi çaydaşılarından hazırlanmışdır. Azıx düşərgəsinin VI təbəqəsindən 7 ədəd itituclu tapılmışdır. Onlar əsasən çaxmaq (4 ədəd) və slanes (3 ədəd) daşlarından hazırlanmışdır.[13]

Azıx paleolit düşərgəsinin orta Aşel mədəniyyətinə aid V təbəqəsində aparılan arxeoloji qazıntılar zamanı ancaq ovçuluq təsərrüfatı üçün yararlı olan əmək alətləri tapılmışdır. Azıx paleolit düşərgəsinin V təbəqəsindən 300-dən artıq daş məmulatı qeydə alınmışdır. Düşərgənin V təbəqəsindən aşkar olunmuş daş məmulatının əksəriyyəti çaxmaq (143 ədəd) və slanes (124 ədəd) daşlarından hazırlanmışdır. Daş məmulatı içərisində bazalt (2 ədəd), pesçanik (3 ədəd) və 3 ədəd dəvəgözü daşından hazırlanmış alətlər qeydə alınmışdır. Orta Aşel mədəniyyətinə aid təbəqənin daş məmulatı içərisində 2 ədəd mustye itiuclusu qeydə alınmışdır. Buradan tapılmış mustye itiucluları üçbucaqlı qəlpə üzərində hazırlanmışdır.[1]

 
 
 
 
Azıx mağarasının X təbəqəsindən aşkarlanmış Quruçay mədəniyyəti dövrünə aid daş əmək alətləri Azıx mağarasının V təbəqəsindən aşkarlanmış Qədim (erkən) Aşel dövrünə aid daş əmək alətləri Azıx mağarasının V təbəqəsindən aşkarlanmış Orta Aşel dövrünə aid daş əmək alətləri Azıx mağarasının III təbəqəsindən aşkarlanmış Son Aşel - Mustye mədəniyyəti dövrün aid daş əmək alətləri

Dini artefaktlar redaktə

 
Azıx mağarasından tapılmış dini təsvirli ayı kəlləsi[21] (Azərbaycan Tarix Muzeyi)

Azıx qədim insan düşərgəsindən aşkar olunmuş elmi materialların təhlili ibtidai insanların dini təsəvvürləri haqqında yeni-yeni elmi fikirlər söyləməyə şərait yaratmışdır. 1972-ci ilin arxeoloji tədqiqatları zamanı Azıx düşərgəsinin V təbəqəsinin yerləşdiyi sağ divarında qaranlıq bir yerdə 3 ədəd mağara ayısının kəlləsi aşkar olunmuşdur.[36] Bu sahə mağaranın içərisində olduqca möcüzəli bir guşədə qabarıq formada irəliyə uzanaraq, orta hissəyə işıq düşməsinə mane olur və nəticədə bura zülmətə qərq olur. Bu hissədə qaya rəfi təbii surətdə əmələ gəlmişdir. Məhz bu rəfdə yuxarıda qeyd olunan mağara ayılarının kəlləsi və çənəsi qoyulmuşdur. Tədqiqatlar zamanı müəyyən olundu ki, mağara ayılarının kəllə və çənələri buraya ibtidai insanlar tərəfindən qoyulmuşdur. Bu proses qədim insanların ilk dini görüşləri barədə məlumat verir, həm də qədim Azıx sakinlərinin mağara ayılarının kəllələrinə bir növ sitayiş etdiklərini göstərir.[37]

Tədqiqatlar zamanı müəyyən olundu ki, düşərgənin məhz bu sahəsi müqəddəs yer sayılmışdır. Qeyd olunan proses ibtidai insanlarda ilk dini təsəvvürlərin meydana çıxdığını göstərir. Məhz, Azıx mağarasının materialları əsasında ibtidai insanlarda ilk dini görüşlərin meydana çıxmasını orta Aşel mədəniyyəti dövründən, yəni 400 min il bundan əvvəl başlandığını söyləmək mümkün olmuşdur.[8]

Son illərdə aparılan arxeoloji kəşfiyyat və tədqiqat işləri nəticəsində dünyanın bir sıra qədim insan düşərgələrindən də ilk dini etiqadların və görüşlərin meydana çıxmasına aid zəngin maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. Həmin maddi mədəniyyət nümunələri ilk dini təsəvvürlərin orta Aşel mədəniyyəti zamanı meydana çıxmasını bir daha təsdiq edir.[1]

Ocaq qalıqları redaktə

Azıx düşərgəsinin mədəni təbəqələrindən ocaq yerlərinin aşkar olunmasının xüsusi elmi əhəmiyyəti vardır. Bu odun yaranma tarixi və ondan insanların istifadə etmələri barədə xüsusi fikirlər söyləməyə şərait yaratmışdır. Azıx düşərgəsində aparılan tədqiqatlar nəticəsində ilk dəfə insanların oddan istifadə etməyə başlamaları qədim Aşel mədəniyyətində olması qənaətinə gəlinmişdir.[13]

Azıx düşərgəsinin qədim və orta aşel təbəqələrində aparılan arxeoloji qazıntılar zamanı ocaq yerlərinin aşkar olunması düşərgə sakinlərinin hələ qədim Aşel mədəniyyəti zamanı odla tanış olub, ondan istifadə etmələrini əyani surətdə sübut edir.[8]

Aparılan arxeoloji tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, qədim Azıx düşərgəsinin sakinləri torpaqda qazma üsulu ilə ocaqlar qurmuşlar. Azıx düşərgəsinin orta aşel təbəqəsindən 3 ocaq yeri qeydə alınmışdır. Ocaqlardan biri 4 m² sahəni əhatə edir. Ocağın hər tərəfinə yandırılmış ağac külündən qalın sədd çəkilmişdir. Ən maraqlı cəhət ocağın yanında əhəngdaşılarından qurulmuş divar qalığının qeydə alınmasıdır. Divar qalığının hündürlüyü 40 sm-ə bərabərdir. Qeyd olunan divarın yanında daha bir kiçik ocaq yeri aşkar olunmuşdur. Ocağın hər iki tərəfi yastı əhəngdaşıları ilə əhatə olunmuşdur.[5]

Azıxantrop redaktə

 
Azıxantropun Azıx mağarasından tapılmış çənə sümüyü. Azərbaycan Tarix Muzeyində saxlanılır.
border=none  Əsas məqalə: Azıxantrop

1968-ci ilin iyununda Məmmədəli Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsinin IV horizontunda apardığı arxeoloji qazıntılar zamanı bir neçə daş məmulatı ilə birlikdə ibtidai insana məxsus çənə aşkar olunmuşdur. Çoxtəbəqəli Azıx paleolit düşərgəsinin orta Aşel mədəniyyətinə aid təbəqəsindən tapılmış ibtidai insana məxsus olan çənə üzərində professor Dəmir Hacıyev uzun müddət elmi tədqiqat işləri aparmışdır. M. Hüseynov tərəfindən tapılmış çənə Azıx paleolit düşərgəsinin elmi əhəmiyyətini və şöhrətini daha da artırmış və dünyanın müxtəlif ölkələrin arxeoloq, paleontoloq, paleoantropoloq və digər mütəxəssislər Bakıya gələrək, Azıx düşərgəsindən tapılmış maddi mədəniyyət qalıqları ilə yaxından tanış olmağa başlamışlar.[38][39]

Professor Dəmir Hacıyevin Azıxdan tapılmış çənə üzərində apardığı elmi araşdırmalar zamanı məlum olmuşdur ki, çənə quruluşundakı spesifik cəhətlərə əsasən, bir tərəfdən pitikantroplara, xüsusilə Mauer adamının çənəsinə, digər tərəfdən bir çox cəhətlərinə görə Fransanın cənubunda olan Kondel-Araqo düşərgəsinin qədim Aşel mədəniyyətinə aid təbəqəsindən tapılmış pre-neandertal tipli insanlara daha yaxındır.[40]

Çoxtəbəqəli Azıx paleolit düşərgəsinin V təbəqəsindən tapılmış ibtidai insana məxsus çənənin iri olması açıq nəzərə çarpır və onun gövdəsi nisbətən qalındır. Bu baxımdan Azıx mağara düşərgəsindən tapılmış çənə avstralopitek tipli adamlardan fərqlənir və müəyyən cəhətlərinə görə arxantropların arasında xüsusi yer tutur. Fiziki tipinə görə Azıx düşərgəsindən aşkar edilmiş çənə sinantrop tipli insanla neandertal adamı arasında keçid mərhələsindədir.[41] Azıx mağara düşərgəsinin Aşel mədəniyyətinə aid təbəqəsindən tapılmış ibtidai insan qalığına şərti olaraq azıxantrop, yəni Azıx adamı adı verilmişdir.[5]

Professor D. V. Hacıyev apardığı elmi tədqiqat zamanı müəyyən etmişdir ki, çoxtəbəqəli Azıx paleolit düşərgəsinin V təbəqəsindən tapılmış ibtidai insan çənəsi Azərbaycan ərazisində ən qədim insana məxsus olub, 350–400 min il bundan əvvəl bu ərazidə yaşamış 18–22 yaşlı qadının çənəsidir.[1]

Arxeoloji mədəniyyətlər redaktə

Quruçay mədəniyyəti redaktə

 
Azıx mağarasından aşkarlanmış Quruçay mədəniyyətinə aid daş əmək alətləri. Azərbaycan Tarix Muzeyi

Azıx paleolit düşərgəsinin tarixi dövrlə bağlı ən qədim arxeoloji və paleontoloji tapıntıları abidənin VII–X təbəqələrindən aşkar olunmuşdur. Çoxtəbəqəli Azıx paleolit düşərgəsinin ən aşağı VII–X təbəqələrində M. Hüseynovun rəhbərliyi altında arxeoloji qazıntılar 1974–1976, 1980–1982 və 1986-cı illərdə aparılmışdır. Arxeoloji qazıntılar zamanı Azıx düşərgəsində VII–X təbəqələrinin 32 m² sahəsində tədqiqatlar aparılmış və 212 ədəd daş məmulatı, 7 ədəd heyvan sümükləri və minlərlə xırda gəmirici sümükləri tapılmışdır.[42]

Çoxtəbəqəli Azıx paleolit düşərgəsinin VII–X təbəqələrindən tapılmış daş məmulatı içərisində əsas yeri əmək alətləri tutur. Düşərgənin əmək alətləri arasında çaydaşılarından hazırlanmış kobud çapma alətləri çoxluq təşkil edir. VII–X təbəqələrin daş məmulatı içərisində eyni zamanda çapacaq alətləri, kubvari alətlər, kobud qaşovlar, vurma səthi yaxşı saxlanmış qəlpələr qeydə alınmışdır. Elmi araşdırmalar zamanı məlum olmuşdur ki, Azıx paleolit düşərgəsində stratiqrafik səviyyədən asılı olmayaraq düşərgənin VII–X təbəqələrinin daş məmulatı texniki və tipoloji xüsusiyyətlərinə görə eyni texniki üsulla hazırlanmışdır. Bu texniki-tipoloji xüsusiyyətlər əmək alətlərinin tipologiyasında, ümumi görünüşlərdə, çənglə örtülməsindən asılı olmayaraq saxlanılma dərəcəsində, texniki hazırlanmalarında və digər cəhətlərdə özünü göstərir.[34]

Azıx paleolit düşərgəsinin VII–X təbəqələrindən tapılmış arxeoloji tapıntıların mühüm elmi əhəmiyyəti vardır. Bu elmi materiallar Azıx paleolit düşərgəsində ibtidai insanların ilk məskunlaşdığını söyləməyə imkan verir. Aparılan kompleks elmi tədqiqatlar zamanı müəyyən edilmişdir ki, ibtidai insanların həyatında Azıx paleolit düşərgəsinin yaxınlığından axan Quruçayın mühüm rolu olmuşdur.[34] Çünki, Qarabağın Quruçay vadisi ibtidai insanların əmək alətləri hazırlamaq, ovçuluq və yığıcılıqla məşğul olmaları üçün xammal mənbəyi olmuşdur. Quruçay dərəsində əmək alətləri hazırlamaq üçün kvars, kvarsit, bazalt, çaxmaq, felzit, yaşma və digər çaydaşıları mövcud olmuşdur. Ona görə də ən qədim Azıx düşərgəsinin ibtidai sakinləri daşdan əmək alətləri hazırlamaq üçün təbii çaydaşılarını Quruçay vadisindən toplayıb əmək alətləri hazırlamış və müəyyən vaxt keçdikdən sonra düşərgəyə gətirmişlər.

Çoxtəbəqəli Azıx paleolit düşərgəsinin VII–X təbəqələrindən tapılmış daş məmulatlarının texniki-tipoloji xüsusiyyətləri, kobud çapma alətlərinin hazırlanma cəhətləri və dünyanın heç bir paleolit abidələrindən belə alətlər qeydə alınmadığı üçün düşərgənin ən aşağı təbəqələrindən tapılmış maddi mədəniyyət qalıqlarına Quruçay arxeoloji mədəniyyəti adı verilmişdir.

Azıx paleolit düşərgəsinin VII–X təbəqələrindən tapılmış daş məmulatının elmi tədqiqi ilə M. HüseynovƏ. Q. Cəfərov məşğul olmuşlar. Onların apardıqları elmi araşdırmalar zamanı Quruçay mədəniyyətinin bir neçə inkişaf mərhələsi müəyyən edilmişdir.

Çoxtəbəqəli qədim insan düşərgəsinin VII–X təbəqələrindən aşkar olunmuş Quruçay mədəniyyətinin əmək alətləri Şərqi Afrikanın Olduvay mədəniyyəti kompleksi ilə yaxınlıq təşkil edir.[43] Lakin Azıx düşərgəsinin ən aşağı təbəqələrinin əmək alətlərinin texniki hazırlanmasında və tipologiyasında fərqli cəhətlər vardır ki, bu da VII–X təbəqələrin elmi materialları əsasında yeni arxeoloji mədəniyyətin müəyyən edilməsinə səbəb olmuşdur. Azıx düşərgəsində aparılan kompleks elmi tədqiqatlar nəticəsində Quruçay mədəniyyətinin 2–2,5 milyon il bundan qabaqlar başlayıb və 700 min il əvvəllər sona çatması müəyyən olunmuşdur.[1]

Ə. Q. Cəfərovun 2001–2005-ci illərdə Avropa alimləri ilə birgə apardığı elmi tədqiqatlar nəticəsində Quruçay arxeoloji mədəniyyətinin 2,5 milyon il bundan əvvəl başlanması və ibtidai insanların Azıx düşərgəsində həmin tarixdən məskunlaşması müəyyən edilmişdir.[44] Eyni zamanda Azərbaycan ərazisində ibtidai icma quruluşunun ilk mərhələsinin Quruçay arxeoloji mədəniyyəti dövründən başlaması arxeoloji mənbələr əsasında sübuta yetirilmişdir.[45]

Aşel mədəniyyəti redaktə

 
Azıx mağarasındanaşkarlanmış Aşel mədəniyyətinə aid daş əmək alətləri (Azərbaycan Tarix Muzeyi)

Çoxtəbəqəli Azıx paleolit düşərgəsində qədim Aşel dövrünə aid maddi mədəniyyət qalıqları V və VI təbəqədə aparılan arxeoloji qazıntılar zamanı aşkar olunmuşdur. Azıx mağara düşərgəsinin VI təbəqəsində aparılan arxeoloji qazıntılar zamanı ilk dəfə olaraq mükəmməl işlənmiş əl çapacaqları tapılmışdır.[34]

Çoxtəbəqəli Azıx paleolit düşərgəsinin VI təbəqəsində aparılan arxeoloji qazıntılar zamanı 2 mindən artıq daş məmulatı tapılmışdır. Düşərgənin VI təbəqəsindən aşkar olunan daş məmulatı içərisində 593 əmək aləti qeydə alınmışdır. Daş məmulatının yerdə qalan hissəsini isə istehsal tullantıları, nukleuslar və təbii çaydaşıları təşkil edir. Düşərgənin VI təbəqəsindən əmək alətləri ilə birlikdə istehsal tullantılarının və nukleusların aşkar olunması qədim Aşel mədəniyyəti dövründə Azıx düşərgəsində qədim insanların əmək alətləri hazırladıqlarını göstərir.

Düşərgənin qədim Aşel dövrünə aid təbəqəsindən aşkar olunmuş kobud çapma alətləri çaydaşılarından hazırlanmışlar. Onlar texniki və tipoloji cəhətdən aşağıdakı təbəqələrdən tapılmış kobud çapma alətlərindən fərqlənir.[13] Aşağı təbəqələrdən müəyyən olunmuş həmin alətlər kobud və bəsit olduğu halda, VI təbəqənin kobud çapma alətləri isə daha universal və təkmilləşmiş formada hazırlanmışdır. VI təbəqənin daş məmulatı içərisindən 14 ədəd kobud çapma aləti qeydə alınmışdır. Onların hamısı çaydaşılarından hazırlanmışdır.

Qədim Aşel mədəniyyətinə aid olan təbəqənin əmək alətləri içərisində 8 ədəd əl çapacaqları qeydə alınmışdır. Düşərgənin VI təbəqəsindən tapılmış əl çapacaqları felzit daşından hazırlanmışdır. Aşkar olunmuş əl çapacaqlarının əksəriyyəti oval formaya malikdir. Onların hamısı təbii qabıqdan təmizlənmişdir. VI təbəqənin əmək alətləri içərisində 2 ədəd kobud çapma alət – qaşov tipli alət qeydə alınmışdır. Onların hər ikisi çaydaşılarından hazırlanmışdır. Azıx düşərgəsinin VI təbəqəsindən 7 ədəd itituclu tapılmışdır. Onlar əsasən çaxmaq (4 ədəd) və slanes (3 ədəd) daşlarından hazırlanmışdır.

Azıx düşərgəsinin VI təbəqəsinin daş məmulatı içərisində 31 ədəd kəsici alət də qeydə alınmışdır. Həmin alətlərin işlək hissələri dişli-gəzli formaya malikdir. VI təbəqənin daş məmulatı içərisində 82 ədəd fraqment formasında alətlər qeydə alınmışdır. SSRİ ərazisində Aşel mədəniyyətinə aid fraqment alətlər ilk dəfə olaraq Azıx mağarasının VI təbəqəsində qeydə alınmışdır. Fraqment şəkilli alətlər içərisində qaşov tipli alətlərin qırıqları, itiuclular və dişəklənmiş qəlpələr də qeydə alınmışdır.[1]

Azıx qədim insan düşərgəsində aparılan kompleks elmi tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, burada qədim Aşel mədəniyyəti 750–450 min illər arasında mövcud olmuş və 300 min il davam etmişdir. Bu dövrdə əmək alətlərinin təkmilləşməsi və yeni-yeni əmək alətlərinin meydana çıxması başlanır.[34]

Azıx düşərgəsinin V təbəqəsinin daş məmulatının texniki-tipoloji xüsusiyyətlərinə görə özündən aşağıda yerləşən VI təbəqənin daş məmulatı ilə yaxınlıq təşkil edir. Eyni zamanda V təbəqənin əmək alətləri qədim Aşel dövrü daş məmulatlarının bəzi oxşar xüsusiyyətlərini özündə birləşdirir. Uzun illər ərzində Azıx mağarasının V təbəqəsində aparılan kompleks arxeoloji tədqiqatlar nəticəsində daş məmulatı ilə yanaşı, 10 minlərlə ovlanmış heyvan sümükləri aşkar olunmuşdur. Fauna qalıqları sübut edir ki, orta Aşel mədəniyyəti dövründə Azıx paleolit düşərgəsində yaşayan sakinlərin məşğuliyyətində əsas yeri ovçuluq tutmuşdur. Azıx paleolit düşərgəsindən tapılmış fauna qalıqlarının elmi tədqiqi ilə professor Dəmir Hacıyev məşğul olmuşdur.[34]

Mustye mədəniyyəti redaktə

QafqazYaxın Şərq ölkələri ərazisində Mustye mədəniyyətinə aid ən zəngin maddi mədəniyyət nümunələri Tağlar və Azıx düşərgəsinin III təbəqəsindən aşkar olunmuşdur.[1] Çoxtəbəqəli Azıx düşərgəsinin III təbəqəsindən tapılmış daş məmulatının 1786 ədədi slanes, 1293 ədədi çaxmaq və 14 ədədi isə dəvəgözü daşından hazırlanmışdır. Düşərgənin III təbəqəsinin daş məmulatı içərisində 18 ədəd çaydaşı qeydə alınmışdır. Azıx düşərgəsinin Mustye mədəniyyətinə aid təbəqəsindən daş məmulatı içərisində 63 ədəd nüvə və 33 nüvə qırıqları qeydə alınmışdır. Azıx düşərgəsinin Mustye mədəniyyətinə aid təbəqəsindən tapılmış daş məmulatının zənginliyi burada qədim insanların daimi və uzun müddət yaşadıqlarını göstərmişdir. Eyni zamanda mağara sakinləri əmək alətlərinin bir hissəsini mağaranın özündə, digər hissəsini isə düşərgədən kənarda hazırlamışdır.[13]

Azıx düşərgəsinin qədim, orta və son Aşel dövrlərinə aid olan təbəqələrdən bir ədəd də olsun dəvəgözü daşından hazırlanmış əmək aləti qeydə alınmamışdır. Qədim Azıx sakinləri dəvəgözü daşı ilə ilk dəfə 120–100 min il bundan əvvəl – Mustye mədəniyyətinin başlanğıcında tanış olmuş və ondan özləri üçün əmək alətləri hazırlamağa başlamışlar.[8] Mustye mədəniyyəti dövründə neandertal tipli insanlar Azıx düşərgəsində daimi yaşamışlar. Mustye mədəniyyəti dövründə qədim Azıx sakinlərinin əsas məşğuliyyəti ovçuluq və yığıcılıqdan ibarət olmuşdur.[34]

Azıx paleolit düşərgəsinin Mustye mədəniyyətinə aid olan III təbəqəsinin daş məmulatı içərisində zəngin əmək alətləri qeydə alınmışdır. III təbəqənin əmək alətləri içərisində 68 ədəd levallua itiucluları müəyyən edilmişdir. Maraqlıdır ki, onların əksəriyyəti çaxmaqlaşmış slanes daşından (36 ədəd), 32 ədədi isə çaxmaqdaşından hazırlanmışdır.

İstinadlar redaktə

  1. 1,00 1,01 1,02 1,03 1,04 1,05 1,06 1,07 1,08 1,09 1,10 1,11 1,12 1,13 М. М. Гусейнов – Древний палеолит Азербайджана, Баку, 1985
  2. Археология Aзербарджана (каменныи век), АГУ, 1975
  3. М. М. Гусейнов – Азыхская пещера – крупный карст и древнейшая стойанка в Азербайджане, ДАН АзССР, 1965, № 11
  4. Замятнин Сергей Николаевич — Разведка по каменному веку в Азербайджане осенью 1953 г. // Труды Института истории АзССР. Баку, 1958. С. 5–19
  5. 5,0 5,1 5,2 5,3 5,4 5,5 5,6 5,7 М. М. Гусейнов – Археология Aзербарджана (каменныи век), АГУ, 1975
  6. Любин Василий Прокофьевич — Нижнепалеолитические памятники Юго-Осетии // МИА. 79. 1960
  7. М. М. Гусейнов — Новые археологические данные о Гуручайскойкультуре пещеры Азых а АзССР//ИАН АзССР, серия истории, философии, права, 1980, № 3
  8. 8,00 8,01 8,02 8,03 8,04 8,05 8,06 8,07 8,08 8,09 "Azərbaycan arxeologiyası, altı cilddə, I cild, Bakı, 208" (PDF). 2012-10-28 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-11-28.
  9. М. М. Гусейнов, А. К. Джафаров — Палеолит Азербайджана, Элм, 1986
  10. М. М. Гусейнов – Азыхская пещера – многослойный памятник ашельского периода в СССР, АО 1971, М., 1972
  11. Г. И. Лазуков — Природа и древний человек: основные этапы развития природы палеолитического человека и его культуры на территории СССР в плейстоцене, Мысль, 1981, С. 71–72

    Азыхская стоянка (Нагорно-Карабахская авт. обл., долина р. Кур укай), открытая М.М.Гусейновым, расположена на высоте 1400 м над уровнем моря. Обнаружено два мустьерских и два ашельских культурных слоя. Верхний ашельский слой содержит рубила, грубые скребла, остроконечники, нижний слой более архаичен. В нем найдены грубые рубила, чопперы и галечные орудия. В верхнем (?) слое найден фрагмент нижней челюсти архантропа…

  12. Д. В. Гаджиев, М. М. Гусейнов – Первая для СССР находка ашельского человека (Азербайджан, Азыхская пещера)//Учен. зап. Азгосмединститута, 1970, т. 31
  13. 13,0 13,1 13,2 13,3 13,4 13,5 13,6 13,7 13,8 М. М. Гусейнов – Исследования в Азыхской пещере, АО 1979, М., 1980
  14. 14,0 14,1 М. М. Гусейнов — Новые археологические данные о Гуручайской культуре пещеры Азых а АзССР//ИАН АзССР, серия истории, философии, права, 1980, № 3
  15. М. М. Гусейнов — Древний палеолит Азербайджана: культура Куручай и этапы ее развития : 1,500,000–70 тысяч лет назад, Элм, 1985
  16. "Paleolitic camps of Azerbaijan". 2012-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-06.
  17. "Fernández Jalvo, Y., et al. — Azokh caves excavations 2002–2006 : middle upper Palaeolithic transition in Nagorno-Karabagh (2009), ScientificCommons, 2009". 2012-02-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-12.
  18. 18,0 18,1 Новые находки на раскопках в Арцахе Arxivləşdirilib 2012-10-08 at the Wayback Machine//Ermənistanın Səsi, 11 may 2010]
  19. "Հետք Online " Ազոխի քարանձավը եւ Անդրկովկասյան միջանցքը". 2009-07-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-12.
  20. "FERNANDEZ-JALVO, Yolanda et al. — QUATERNARY DEPOSITS AT THE LESSER CAUCASUS, THE ARMENIAN CORRIDOR, Geological Society of America, July 24, 2003". February 17, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: November 12, 2012.
  21. 21,0 21,1 Azərbaycan tarixi (yeddi cilddə), I cild, Bakı, 2006
  22. Ə. Cəfərov – İnsanlığın səhəri, Bakı, 1994
  23. 23,0 23,1 23,2 Azərbaycan Arxeologiyası: Daş dövrü ((6 cilddə), I cild). Bakı: Şərq-Qərb, AMEA. 2008. 83. ISBN 979-9952-448-38-2.
  24. 24,0 24,1 24,2 24,3 24,4 Azərbaycan Arxeologiyası: Daş dövrü ((6 cilddə), I cild). Bakı: Şərq-Qərb, AMEA. 2008. 84. ISBN 979-9952-448-38-2.
  25. Azərbaycan Arxeologiyası: Daş dövrü ((6 cilddə), I cild). Bakı: Şərq-Qərb, AMEA. 2008. 85. ISBN 979-9952-448-38-2.
  26. Azərbaycan Arxeologiyası: Daş dövrü ((6 cilddə), I cild). Bakı: Şərq-Qərb, AMEA. 2008. 86. ISBN 979-9952-448-38-2.
  27. 27,00 27,01 27,02 27,03 27,04 27,05 27,06 27,07 27,08 27,09 27,10 27,11 Azərbaycan Arxeologiyası: Daş dövrü ((6 cilddə), I cild). Bakı: Şərq-Qərb, AMEA. 2008. 87. ISBN 979-9952-448-38-2.
  28. 28,00 28,01 28,02 28,03 28,04 28,05 28,06 28,07 28,08 28,09 28,10 28,11 28,12 28,13 28,14 28,15 28,16 28,17 28,18 28,19 28,20 28,21 28,22 28,23 28,24 Azərbaycan Arxeologiyası: Daş dövrü ((6 cilddə), I cild). Bakı: Şərq-Qərb, AMEA. 2008. 88. ISBN 979-9952-448-38-2.
  29. 29,00 29,01 29,02 29,03 29,04 29,05 29,06 29,07 29,08 29,09 29,10 Azərbaycan Arxeologiyası: Daş dövrü ((6 cilddə), I cild). Bakı: Şərq-Qərb, AMEA. 2008. 89. ISBN 979-9952-448-38-2.
  30. 30,0 30,1 30,2 30,3 Azərbaycan Arxeologiyası: Daş dövrü ((6 cilddə), I cild). Bakı: Şərq-Qərb, AMEA. 2008. 80. ISBN 979-9952-448-38-2.
  31. М. Б. Сулейманов – Современное состояние комплексных исследований в палеолитических пещерах Таглар и Азых (АзССР) // ИАН АзССР (серия наук о Земля), 1979, № 6
  32. 32,0 32,1 Д. В. Гаджиев, М. М. Гусейнов, А. В. Мамедов, Н. Ш. Ширинов – Результаты комплексных исследований пещеры Азых// Изв. АН АзССР, серия наук о Земле, 1979, № 3
  33. Д. В. Гаджиев, М. М. Гусейнов, А. В. Мамедов, Н. Ш. Ширинов – Краткие резултаты комплексных исследований Азыхской древнепалеолитической СТОЙАНКИ//ИАН АзССР (серия наук о Земле), 3, 1979.
  34. 34,0 34,1 34,2 34,3 34,4 34,5 34,6 M. M. Гусейнов, А. К. Джафаров — Палеолит Азербайджана, Элм, 1986
  35. М. М. Гусейнов – Исследования в Азыхской пещере, АО 1972, М., 1973
  36. М. М. Гусейнов – О тайнике азыхантроп в ашеле // Учен. зап. АГУ им. С.М.Кирова, серия истории и философии, 1974, № 8
  37. М. М. Гусейнов – О резултатах археологических раскопок в Азыхской пещере//Сб. Археологические исследования в Азербайджане, Баку, 1965
  38. Любин Василий Прокофьевич — Ашельская эпоха на Кавказе. СПб. 1998
  39. Ə. Cəfərov – Azərbaycanın ilk sakinləri, Bakı, Elm, 2004
  40. Henry de Lumley — L'Homme premier", Odile Jacob, 1998
  41. Д. В. Гаджиев, М. М. Гусейнов – Первая для СССР находка ашельского человека (Азербайджан, Азыхская пещера)//Учен. зап. Азгосмединститута, 1970, т. 311
  42. Q. İsmayılov — Quruçay və Köndələnçay vadisində qədim mədəniyyət izləri, Bakı, 1981
  43. Ə. Cəfərov — Azıx dünya arxeologiyasında, Xalq qəzeti, 2010, 6 iyun, N 121.
  44. Ə. Cəfərov — Qarabağın arxeloji abidələri və onların tarixini saxtalaşdırmaq cəhdləri, Xalq qəzeti, 2005, 24 aprel № 92
  45. Ə. Cəfərov — Beynəlxalq arxeoloji tədqiqatların nəticələri, Xalq qəzeti, 2009, 21 aprel, N 84

Xarici keçidlər redaktə


Saytda 55 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023