Azər Abdulla Haqqinda Melumat - Vikipedia

Azər Abdulla Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Azər Abdulla oğlu Əhmədbəyli (Azər Abdulla) (1 aprel 194020 mart 2021, Bakı) — şair, yazıçı, publisist, 1986-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1977), filologiya elmləri namizədi (1986).

Azər Abdulla
Azər Abdulla oğlu Əhmədbəyli
Doğum adı Azər Əhmədbəyli
Doğum tarixi 1 aprel 1940(1940-04-01)
Doğum yeri Zəngəzur, Qərbi Azərbaycan
Vəfat tarixi 20 mart 2021(2021-03-20) (80 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vəfat səbəbi kəskin pnevmoniya
Dəfn yeri Xırdalan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Uşağı
Təhsili Azərbaycan Dövlət Universiteti
İxtisası filoloq
Fəaliyyəti Şair, yazıçı, publisist
Fəaliyyət illəri 1967—2021
Əsərlərinin dili Azərbaycan, türk, rus, ingilis, fransız, fars dillərində
azerabdulla.blogspot.com

Həyatı redaktə

Azər Abdulla 1940-cı il aprelin 1-də Qərbi Azərbaycanın Zəngəzur mahalının Mığrı bölgəsinin Lök kəndində kolxozçu ailəsində dünyaya göz açıb. Lök kəndi orta yediillik məktəbində, sonra qonşu kənd orta məktəbində təhsil almışdır. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin dil və ədəbiyyat şöbəsini bitirmişdir (1962–1967).

Jurnalistik fəaliyyətinə "Azərbaycan məktəbi" jurnalında korrektor, "Mədəni ticarət" qəzetində ədəbi işçi işlərkən başlamış (1967–1969), ilk qələm təcrübələrini və şerlərini dövri mətbuatda çap etdirmişdir. "Qobustan" toplusunda texniki redaktor vəzifəsində çalışmışdır. "Oğuz Eli" qəzetinin əlavəsi olan "Yazıçı" qəzetinin baş redaktoru idi.

"Nazim Hikmət və Azərbaycan" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

Dövri mətbuatda şeir, hekayə və publisistik yazılarla müntəzəm çıxış edib.

Azər Abdulla 2021-ci il martın 20-də kəskin pnevmoniyadan dünyasını dəyişib.[1] Xırdalan qəbiristanlığında dəfn olunub.

Əsərləri redaktə

  1. Bir durna qatarıyıq. Bakı: Gənclik, 1969, 36 səh.
  2. Gedirəm gündoğana. Bakı: Gənclik, 1979, 32 səh.
  3. Səni gözləyirəm. Bakı: Gənclik, 1984, 25 səh.
  4. Bəyaz çiçəklər. Bakı: Yazıçı, 1986, 136 səh.
  5. Oyun. Bakı: Yazıçı, 1989, 141 səh.
  6. Qəmərlidən keçən qatar. Bakı: Gənclik, 1969, 216 səh.
  7. Pa de şa. Bakı: Gənclik, 2005, 210 səh.
  8. Qapıları bir-bir döydüm. Bakı: Nurlar, 2007, 96 səh.
  9. Onlar qəmli idi. Bakı: 2007, "Vektor" Nəşrlər Evi, 242 səh.
  10. Havalı sular, sevdalı sular. Bakı: 2009, "Vektor" Nəşrlər Evi, 170 səh.
  11. Kəpənək bayramı. Bakı: 2012, "MBM" nəşriyyatı, 184 səh.
  12. Azerbaycandan hikayeler.İstanbul: 2012,"Gökyüzü", Yayınları, 232 səh.
  13. Şəftəli qoxusu. Tehran: 2012, "Xudafərin", 204 səh.

İstinadlar redaktə

  1. ""Yazıçı Azər Abdulla vəfat edib"" (az.). www.apa.az. 2021-03-21. 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-21.

Saytda 75 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023