Azərbaycan–Kuba münasibətləri Haqqinda Melumat - Vikipedia

Azərbaycan–Kuba münasibətləri Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Azərbaycan–Kuba münasibətləri

Azərbaycan–Kuba münasibətləriAzərbaycan Respublikası ilə Kuba Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.

Azərbaycan-Kuba münasibətləri
Azərbaycan və Kuba
 Azərbaycan  Kuba
Kubadaki Azərbaycanin səfirliyi
Səfir Ruslan Rzayev[1]
Azərbaycandaki Kubanin səfirliyi
Səfir HE. Mr. Alfredo Fidel Nieves Portuondo
Ünvan Bakı, Teymur Elçin küç., 4 Ambassador Suites, 5 mərt.
Digər
Quruluş tarixi 27 mart 1992
Dövriyyə 143,29 min doll. (2021)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

 
Azərbaycan və Kuba Prezidentləri

Kuba Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 26-da tanımış, iki ölkə arasında diplomatik münasibətlər 1992-ci il martın 27-də qurulmuşdur[2][3].

Kuba özünün Rusiyadakı səfirini həm də Azərbaycana səfir təyin etmişdir.[2] 2004-cü il aprelin 9-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kubanın Rusiyada və eyni zamanda, Azərbaycandakı səfiri M.Xorxeni qəbul etmişdir.[2] Qonaq etimadnaməsinin surətini təqdim etmiş, Azərbaycan-Kuba əlaqələri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılmışdır.[2] Elə həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səfirin etimadnaməsini qəbul etmişdir.[2]

Parlamentlərarası əlaqələr redaktə

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Kuba parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[4]. Bu işçi qrupu 13 dekabr 2005-ci il tarixində yaradılmış və ilk rəhbəri Ağacan Abıyev olmuşdur[5]. 4 mart 2016-cı il tarixindən də Ağacan Abıyev işçi qrupunun rəhbəridir[4].

İqtisadi əlaqələr redaktə

Azərbaycanla Kuba arasında iqtisadi əlaqələr çox zəifdir və ticarət dövriyyəsi təxminən 1 milyon ABŞ dolları təşkil edir.[2]

Əmtəə dövriyyəsi (min doll.) redaktə

İl İxrac İdxal Ümumi dövriyyəsi
2013 0.00 7.9 7.9
2014 0.0 44.1 44.1
2015 5.8 68.8 74.6
2016 1.1 69.9 71
2017 0.02 223.27 223.3
2018 0.01 167.52 167.53
2020[6] 0,10 289,03 289,13
2021[7] 19,79 123,50 143,29

İstinadlar redaktə

  1. "R.N.Rzayevin Azərbaycan Respublikasının Kuba Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-06.
  2. 1 2 3 4 5 6 Azərbaycanın Mərkəzi və Cənubi Amerika ölkələri ilə əlaqələri Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. "Səs" qəzeti, 2 fevral 2013, səh.14. anl.az  (az.)
  3. Azərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı Arxivləşdirilib 2017-08-05 at the Wayback Machine. mfa.gov.az  (az.)
  4. 1 2 "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Arxivləşdirilib 2017-11-25 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az  (az.)
  5. "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Arxivləşdirilib 2017-12-01 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 13 dekabr 2005-ci il tarixli, 21-IIIQR nömrəli Qərarı. e-qanun.az  (az.)
  6. "AR Xarici ticarətin gömrük statistikasi 2020" (PDF). AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti (az.). 2021-11-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-06.
  7. "AR Xarici ticarətin gömrük statistikasi 2021" (PDF). AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti (az.). 2022-01-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-06.

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə


Saytda 95 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024