Azərbaycan Dövlət Mahnı Teatrı Haqqinda Melumat - Vikipedia

Azərbaycan Dövlət Mahnı Teatrı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Azərbaycan Dövlət Mahnı Teatrı

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı TeatrıAzərbaycan teatr tarixində ilk mahnı teatrı.

Azərbaycan Dövlət Mahnı Teatrı
Xəritə
Ümumi məlumatlar
Teatrın tipi mahnı teatrı
Əsası qoyulub 1968
Teatr binası
Açılıb 1968
Yerləşməsi
40°22′28″ şm. e. 49°50′49″ ş. u.
Ölkə
Yerləşir Bakı
Ünvan Bakı
Azərbaycan Azərbaycan
Azərbaycan Dövlət Mahnı Teatrı xəritədə
Azərbaycan Dövlət Mahnı Teatrı
Azərbaycan Dövlət Mahnı Teatrı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı 1968-ci ildə vokal sənətinin görkəmli nümayəndəsi, SSRİ xalq artisti Rəşid Behbudov tərəfindən yaradılmış və hal-hazırda öz yaradıcısının adını daşıyır. Yerləşdiyi bina ilk öncə sinaqoq kimi istifadə olunmuşdur.

Teatrın repertuarı bu gün Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Rauf Hacıyev, Tofiq Quliyev, Polad Bülbüloğlu, Ramiz Mirişli, Faiq Sücəddinov, Azər Dadaşov və başqaları kimi milli bəstəkarların əsərlərindən ibarətdir. Repertuarın əsasını təşkil edən xalq mahnılarının, muğam və təsniflərin ifası bu günə kimi böyük müğənnimiz Rəşid Behbudovun özünəməxsus ənənəvi ifa tərzini qoruyub saxlamışdır.

Teatr fəaliyyət göstərdiyi vaxtdan burada Zaur Rzayev, Natavan Şeyxova, Mübariz Tağıyev, Elxan Əhədzadə, Xədicə Abbasova, Azər Zeynalov, Zöhrə Abdullayeva, Aybəniz Haşımova, GülyazGülyanaq Məmmədovalar, Bilal Əliyev, Vaqif Şıxəliyev və s. kimi populyar sənət ustaları çalışmışdır.[1]

R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı bir çox xarici ölkələrdə, o cümlədən ABŞ, Fransa, İsveç, İsveçrə, Hindistan, Pakistan, Almaniya, Türkiyə, Rusiya Federasiyası və s. tamaşaçı tərəfindən rəğbətlə qarşılanmışdır. Son illərdə yaradıcı kollektiv: 2000-ci ildə Hanoverdə "EKSPO-2000" sərgisinin açılışında konsert proqramında iştirak etmiş, 2001–2002-ci illərdə Türkiyə, Moskva, Strassburq, Avstriya, 2003-cü ildə Almaniyada "Azərbaycan Mədəniyyət Günləri"ndə, 2004-cü ildə Yekaterinburqda "Novruz şənliklərində", 2005-ci ildə yenə də Avstriyanın Vyana şəhərində "Azərbaycan Mədəniyyəti Günləri"ndə, Moldovanın Kişinyov şəhərində "Mersi-Şor" adlı Beynəlxalq Musiqi Festivalında Azərbaycan mədəniyyətini təmsil etmişdir.

İstinadlar redaktə

  1. "Azərbaycan Dövlət Mahnı Teatrı solistləri". 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-15.

Saytda 78 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024