Azərbaycan Dəniz Piyadaları Haqqinda Melumat - Vikipedia

Azərbaycan Dəniz Piyadaları Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Azərbaycan Dəniz Piyadaları

Azərbaycan Dəniz Piyadaları və ya Dəniz Piyada Taburu — Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsidir[1]. Azərbaycan Hərbi Dəniz Qüvvələrinin desant hücumu eskadronunun döyüş əməliyyatlarında xidmət edir[2][3][4]. Əsas təlim bazası Bakı buxtasında yerləşən Böyük Zirə adasındadır[5].

Azərbaycan Dəniz Piyadaları
Növü Atıcı
Yaranma tarixi 1994
Ölkə Azərbaycan
Tabedir Azərbaycan Silahlı Qüvvələri
Daxildir Azərbaycan Hərbi Dəniz Qüvvələri
Qərargah Bakı

Tarix redaktə

Birinci Qarabağ müharibəsində cəbhə xəttində əlavə qoşunlara ehtiyac olduğuna görə Hərbi Dəniz Qüvvələrinin dəniz və quru hissələrinin heyətindən dəniz alayı qurulur. Alay düşmənin Ağdamdakı hücumunun qarşısını almaq üçün 19 aprel 1994-cü ildə cəbhəyə göndərilir[6] və döyüş tapşırığını uğurla başa vuraraq 25 iyulda geri dönür[7]. ABŞ Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti bölüyün döyüş fəaliyyəti ilə tanış olmaq üçün 2009-cu il sentyabrın 15-dən 18-dək Bakıda olmuşdur[8]. Bir sıra xarici ölkələrlə də təcrübə mübadiləsi aparılır[7].

İkinci Qarabağ müharibəsi redaktə

Hərbi Dəniz Qüvvələri üzvləri 2020-ci ildə İkinci Qarabağ müharibəsi dövründə döyüşlərdə iştirak etmişdir. Dəniz piyadaları Qubadlı rayonunun azad edilməsində iştirak edir[9]. 2020-ci ilin dekabrın 10-da Azadlıq meydanında keçirilən Qələbə Paradında digər hərbçilərlə birlikdə fəxri keçid edir. Dəniz birləşməsinə Birinci dәrәcәli kapitan Zaur Quliyev rəhbərlik etmişdir[10]. Kapitan Quliyev Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüşdür[11]. Dəniz Qoşunlarının şəxsi heyəti tapşırığını yerinə yetirib dekabrın 1-də bazaya qayıdır. Bu səbəbdən Dəniz Qüvvələrinin Komandiri Vitse-Admiral Sübhan Bəkirov şəxsi heyətə təşəkkür edir[12].

İstinadlar redaktə

  1. N.Novruz. "В фарватере НАТО". goal.az. 5 August 2017. 9 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 November 2020.
  2. "Azerbaijan Navy". www.globalsecurity.org. 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-21.
  3. "Arxivlənmiş surət". www.anl.az. 2021-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-21.
  4. info@modern.az, modern az. "Azərbaycanın keçmış müdafiə naziri məqalə yazdı". modern.az. 2021-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-21.
  5. "Specnazopedia - всё о спецназе России". web.archive.org. 2012-04-25. Archived from the original on 2012-04-25. İstifadə tarixi: 2020-11-28.
  6. "Arxivlənmiş surət". 2021-01-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-02-05.
  7. 7,0 7,1 "МИНИСТЕРСТВО ОБОРОНЫ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ". МИНИСТЕРСТВО ОБОРОНЫ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ (rus). 2020-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-28.
  8. APA.az. "Военнослужащие США ознакомятся с батальоном морской пехоты Военно-морских сил Азербайджана". apa.az (az.). 2020-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-28.
  9. MENAFN. "President Aliyev congratulates commanders for liberation of Gubadli city, villages of Gubadli district". menafn.com. 2021-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-21.
  10. "Hərbi Dəniz Qüvvələrinin Zəfər yürüşü - VİDEO". Oxu.az (az.). 10 December 2020. 24 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 December 2020.
  11. "Распоряжение Президента Азербайджанской Республики О присвоении звания «Герой Отечественной войны» военнослужащим Вооруженных сил Азербайджанской Республики". МИНИСТЕРСТВО ОБОРОНЫ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ (rus). 2021-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-21.
  12. MENAFN. "Azerbaijani marine infantry personnel return to place of permanent deployment [PHOTO]". menafn.com. 2021-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-21.

Saytda 105 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023