Azərbaycan Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstələri Haqqinda Melumat - Vikipedia

Azərbaycan Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstələri Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Azərbaycan Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstələri

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının struktur bölmələri

Azərbaycan Daxili Qoşunlarının Xüsusi Təyinatlı DəstələriAzərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi əməliyyatların keçirilməsi və təşkili üçün nəzərdə tutulmuş struktur bölmələri.

Azərbaycan Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstələri
Ölkə
Daxildir Azərbaycan Respublikasının Daxili Qoşunları
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

İkinci Qarabağ müharibəsində redaktə

2020-ci ilin payızında İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstələri digər xüsusi təyinatlılarla birlikdə Azərbaycan Silahlı Qüvvələrinin qarşısında duran ən mürəkkəb tapşırıqları yerinə yetirmişdir. Müharibənin ilk saatlarında "Pələng" və "Şahin" dəstələri Murovdağ istiqamətində, o cümlədən Murov zirvəsi istiqamətində strateji mövqelər tutmaqda fərqlənmişdilər. Murovdağ yaxınlığında gedən döyüşlərdə bu dəstələrin 7 hərbçisi şəhid olmuşdur.[1]

Müharibənin sonrakı günlərində həm Cəbrayıl, həm də Füzuli istiqamətində gedən döyüşlərdə "Bəbir", "Əqrəb" və "Kobra" xüsusi təyinatlıları dəstələri iştirak etmişdir. Həmçinin, "Gürzə" dəstəsi Füzuli, "Pələng" dəstəsi isə Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.[1]

Cəbrayıl şəhəri uğrunda gedən döyüşlərdə Azərbaycan Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstələrindən 13 hərbçi, o cümlədən "Əqrəb" xüsusi təyinatlı dəstəsinin xüsusi təyinatlı dəstəsinin komandiri Türkay Hüseynli şəhid olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Cəbrayıl şəhərinin nəzarətə götürülməsi əməliyyatının rəhbərlərindən biri, "Əqrəb" dəstəsinin[2] komandiri, mayor Ələsgər Muxtarov "Qarabağ" ordeni ilə təltif edilmişdir.[1] .

Daxili Qoşunların Füzuli rayonu istiqamətində "Bəbir", "Əqrəb", "Gürzə" və "Kobra" dəstələri qarşıya qoyulan tapşırıqları tam yerinə yetirmişdilər. Döyüşlərdə 13 hərbçi, o cümlədən "Bəbir" xüsusi təyinatlı dəstəsinin komandiri, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüş mayor Şixamir Qaflanov şəhid olmuşdur.[1] Həmçininç bu ada "Şahin" və "Kobra" dəstələrinin komandirləri Zəfər YusibovFüzuli İmrəliyev layiq görülmüşdür.[3] İlham Əliyevin digər sərəncamı ilə Füzuli şəhəri uğrunda gedən döyüşlərdə fərqlənmiş "Gürzə" xüsusi təyinatlı dəstəsinin komandiri Cavid Tağıyev "Qarabağ" ordeni ilə təltif edilmişdir.[1]

"Yarasa" və "Vaşaq" dəstələri digər mühafizə tapşırıqlarını yerinə yetirmişdilər.[1]

Dəstələr redaktə

 
"Yarasa" dəstəsinin hərbi qulluqçuları 2022-ci ilin dekabrında Şuşa yaxınlığında.[4]
 
"Şahin" dəstəsinin komandiri, polkovnik Zəfər Yusibov.

Xüsusi təyinatlı dəstələrin hər birində peşəkar gizir və zabitlər var. Dəstələr vahid "Komando" adı altında birləşir. Qırmızı beret, fərqlənmə nişanı və şevron, xüsusi çalarlarda kamuflyaj forması Daxili Qoşunların xüsusi təyinatlılarının üzvlərini fərqləndirir.[a][1]

Nişanı Adı Komandir Hərbi hissənin dislokasiyası
  Bəbir mayor
Şixamir Qaflanov
(1986–2020)
[3]
Quba[5]
  Canavar Qəbələ[6]
  Əqrəb mayor
Ələsgər Muxtarov
[2]
Gürzə
  Kobra polkovnik
Füzuli İmrəliyev
[3]
  Komando Ağcabədi[7]
  Pələng mayor
Zaur Rəhimov
  Qartal
  Şahin polkovnik
Zəfər Yusibov
[3]
Biləcəri
  Vaşaq
  Yarasa polkovnik-leytenant
Anar Rizvanov
[b][8]
Hacıqabul[9]

Qeydlər redaktə

  1. 2020-ci ilin oktyabr ayına olan məlumata görə.
  2. 2021-cu ilin aprel ayına olan məlumata görə.

Mənbə redaktə

İstinadlar redaktə

  1. 1 2 3 4 5 6 7 Verdiyev, 2022
  2. 1 2 Əhmədov, 2021
  3. 1 2 3 4 Səfərov, 2022
  4. Репортаж Budrooo News об отряде Yarasa под ШушойYouTube
  5. Репортаж Real TV о воинской части Внутренних войск Азербайджана в ГубеYouTube
  6. Репортаж Xəzər TV о воинской части Внутренних войск Азербайджана в ГабалеYouTube
  7. Репортаж Real TV о воинской части Внутренних войск Азербайджана в АгджабедиYouTube
  8. ""Yarasa" XTD-nin yarımqrup komandiri: "Bizə Pənahəli xan qalası tərəfdən Şuşaya daxil olmaq tapşırığı verilmişdi"". 2023-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-03.
  9. Репортаж Xəzər TV о воинской части Внутренних войск Азербайджана в ГаджикабулеYouTube

Ədəbiyyat redaktə

Xarici keçidlər redaktə


Saytda 199 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024