Azərbaycan Demokrat Partiyası Haqqinda Melumat - Vikipedia

Azərbaycan Demokrat Partiyası Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Azərbaycan Demokrat Partiyası

Azərbaycan Demokrat Partiyası və ya qısaca ADP— Azərbaycanda 26 yanvar 1991-ci il tarixində təsis edilmiş, 17 oktyabr 1991-ci il tarixində Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən, ilk dəfə 14 mart 1993, ikinci dəfə isə 3 fevral 2000-ci il tarixində olmaqla 2 dəfə Ədliyyə Nazirliyi tərəfindən rəsmi dövlət qeydiyyatına alınmış siyasi partiya.

Azərbaycan Demokrat Partiyası
Loqonun şəkli
Qurucu
Quruluş tarixi 26 yanvar 1991
Qeydiyyat tarixi 3 fevral 2000 (2-ci dəfə)
Birləşən Ədalət Partiyası (1996)
Demokratik Azərbaycan Partiyası[a](1998)
Demokratik Yol Partiyası[a] (1998)
Bölünmə Demokratik Azərbaycan Partiyası[a]
Ədalət Partiyası (2001)
Açıq Cəmiyyət Partiyası[a] (2007)
İdeologiya respublikaçılıq, mühafizəkarlıq, Demokratiya, müstəqillik, dövlətçilik
Üzvlüyü Demokratik Konqres (1994-1995)
Azadlıq Bloku (2005-2007)
Beşlər (2007)
Qarabağ Bloku (2010)
Azərbaycan Xalq Hərəkatı (2018)
Üzv sayı 5 mindən çox[1] (2023)
Milli Məclisdə
0 / 125
Ali Məclisdə
0 / 45
Bələdiyyə sədrləri
0 / 1.605
Bələdiyyə üzvləri
0 / 15.156
Saytı adp-muxalifet.blogspot.com

Tarixi redaktə

Yaranması redaktə

Azərbaycan Demokrat Partiyası 26 yanvar 1991-ci il tarixində Naxçıvan Xalq Cəbhəsi İdarə Heyətinin sabiq üzvü Sərdar Cəlaloğlu daxil olmaqla 28 nəfərin iştirakı ilə Naxçıvan şəhərində təsis olunmuşdur. Partiyanın təsisçiləri aşağıdakı şəxslərdir:

  1. Sərdar Cəlaloğlu
  2. Sülhəddin Əkbər
  3. Nurəddin İsmayılov
  4. Meydan Babayev
  5. Ramiz Mirzəoğlu[2]

Azərbaycan Demokrat Partiyası 17 oktyabr 1991-ci il tarixində Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən qeydiyyata alınmışdır. Bundan sonra 25 aprel 1992-ci il tarixində Naxçıvan şəhərində partiyanın I Konfransı keçirilmişdir. Siyasi partiyalar haqqında Azərbaycan Respublikası qanunu qəbul edildikdən sonra isə Ədliyyə Nazirliyinin Kollegiyası tərəfindən Azərbaycan Demokrat Partiyası ilk dəfə 14 mart 1993-cü il tarixində rəsmi dövlət ürydiyyatına alınmışdır. Elə həmin il partiyanın mərkəzi qərərgahı Naxçıvan şəhərindən Bakı şəhərinə köçürülmüşdür.

Bakıya köçən Azərbaycan Demokrat Partiyası 28 iyul və 23 yanvar tarixlərində II və III konfransını keçirmiş və qurultay qərarı almışdır. 7–8 may 1994-cü ildə Azərbaycan Demokrat Partiyasının I Qurultayı keçirilmiş, qurultayda Sərdar Cəlaloğlu partiyanın sədri seçilmişdir.

I Sərdar Cəlaloğlu dövrü (1994–1996) redaktə

İlyas İsmayılov dövrü (1996–1998) redaktə

Həmsədrlər dövrü (1998–2000) redaktə

Rəsul Quliyev dövrü (2000–2007) redaktə

II Sərdar Cəlaloğlu dövrü (2007-) redaktə

2014-cü ildə Vətəndaş və İnkişaf Partiyası Azərbaycan Demokrat Partiyası ilə birləşmək üçün qarşılıqlı təmaslar başlatdı. Təkliflərə əsasən Vətəndaş və İnkişaf Partiyası Azərbaycan Demokrat Partiyasına birləşəcək və partiya sədri Əli Əliyev birləşmiş partiyanın sədr müavini, daha sonra isə növbəti sədri olacaq idi.[3] Lakin yekun nəticədə birləşmə baş tutmamışdır.[4]

Seçkilərdə redaktə

Milli Məclis redaktə

Seçki Sədr Majoritar Proporsional Cəmi
Səs % Mandat Səs % Mandat
1995
1 sentyabr 1995-ci il tarixində Azərbaycan Demokrat Partiyasının rəsmi dövlət qeydiyyatı ləğv edilmişdir.
2000
 
İlyas İsmayılov
 
Rəsul Quliyev
0 / 100
1.1
0 / 25
0 / 125
2005
 
Rəsul Quliyev
0 / 125
0 / 125
2010
 
Sərdar Cəlaloğlu
7,662 0.32
0 / 125
0 / 125
2015 2,746 0.10
0 / 125
0 / 125
2020
0 / 125
0 / 125

Bələdiyyə seçkiləri redaktə

Seçki Sədr Səs Yer
# % ±
1999 Rəsul Quliyev
İlyas İsmayılov
2004 Rəsul Quliyev
2009[5] Sərdar Cəlaloğlu
3 / 15.591
2014
2019

Ara bələdiyyə seçkiləri redaktə

Seçki Sədr Səs Bələdiyyə üzvü
# %
2006[6] Rəsul Quliyev
2 / 1.901

Mərkəzi təşkilat redaktə

Sədr müavinləri redaktə

# Adı Vəzifəsi
1 Həsrət Rüstəmov Partiya sədrinin birinci müavini
2 Taliyət Əliyev Partiya sədrinin müavini (seçki və hüquq məsələləri üzrə)
3 Nurəddin İsmayılov Partiya sədrinin müavini (mətbuat və xalqla əlaqələr üzrə)
4 Nazilə Soltanova Partiya sədrinin müavini (qadınlarla iş üzrə)
5 Daşqın Nuriyev Partiya sədrinin müavini (əlaqələr və insan hüquqları üzrə)
6 Kamran Nəsirli Partiya sədrinin müavini (gənclərlə iş üzrə)
7 Nizami Məmmədzadə Partiya sədrinin müavini (təşkilati işlər üzrə)

Gənclər Təşkilatı redaktə

Qadınlar Təşkilatı redaktə

Qurultaylar redaktə

Ad Tarix Seçilmiş sədr Namizəd
Təsis Konfransı 26 yanvar 1991 - -
I Konfransı 25 aprel 1992 - -
II Konfransı 28 iyul 1993 - -
III Konfransı 23 yanvar 1994 - -
I (Təsis) Qurultay 7–8 may 1994 Sərdar Cəlaloğlu Sərdar Cəlaloğlu
II (Fövqəladə) Qurultay 10 sentyabr 1995
III (Fövqəladə) və IV (Birləşdirici) Qurultay 30 mart 1996 İlyas İsmayılov İlyas İsmayılov
V (Fövqəladə) Qurultay 25 may 1998
VI (Birləşdirici) Qurultay Səlahiyyətli Konfrans 29 noyabr 1998 Rəsul Quliyev Rəsul Quliyev
VII Qurultay Səlahiyyətli Konfrans 22 iyun 2003 - -
VIII Qurultay 23 aprel 2005 Rəsul Quliyev Rəsul Quliyev
IX Qurultay 27 may 2007 Sərdar Cəlaloğlu Sərdar Cəlaloğlu
X (Onlayn) Qurultay 1 sentyabr 2020 Sərdar Cəlaloğlu

Rəşid Mansurov

XI Fövqəladə Qurultay 3 dekabr 2023[7] Nizamnamə qurultayı

Texniki baza redaktə

Azərbaycan Demokrat Partiyası qərargah olaraq "Hürriyət" qəzetinin icarəyə götürdüyü binanın bir hissəsini icarəyə götürmüşdür. "Hürriyət" qəzeti əvvəlcə Azərbaycan Xalq Cəbhəsinin Naxçıvan şöbəsinin mətbuat orqanı olmuş və Naxçıvanda nəşr olunmuş, 1992-ci ildən isə Bakı şəhəri Ələşrəf Əlizadə 13 ünvanındakı qərargahı 25 illiyinə dövlətdən icarəyə alaraq Bakıda nəşr olunmağa başlamışdır. Azərbaycan Demokrat Partiyası "Hürriyət" qəzeti ilə birgə hər kvartal üçün aylıq 600 manat icarə haqqı ödəməkdədir.[8][9]

Beynəlxalq əlaqələri redaktə

İdeologiyası redaktə

Rəmzləri redaktə

Azərbaycan Demokrat Partiyasının embleminin ideya müəllifi Zöhrab Şamxalovdur. Simvolda doğan günəş fonunda açıq dənizdə 8avar çəkən qayıqçılar təsvir olunub. 8 nəfərlik say Azərbaycan xalqının 8 etnosdan ibarət olmasına işarədir. Günəş sübh çağı yenicə çıxmış günəş rəngindədir. Eyni zamanda simvolda təsvir olunan gəmi Qobustan qayaüstü rəsmlərində təsvir olunan rəsmlərdən götürülüb. Bu da Azərbaycanın qədim yaşayış məskəni olmasına işarədir.[10]

Qeydlər redaktə

  1. 1 2 3 4 Rəsmi dövlət qeydiyyatında olmayan siyasi partiya

İstinadlar redaktə

  1. modern.az. "Ədliyyə Nazirliyi daha iki partiyanı qeydə aldı - SİYAHI". modern.az (az.). 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-11.
  2. "İsa Qəmbəri tərk edən tanınmışlar - Araşdırma". 2023-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-10.
  3. "Arxivlənmiş surət". 2020-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-04.
  4. "Arxivlənmiş surət". 2021-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-04.
  5. "Siyahıya YAP liderlik edir". 2021-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-26.
  6. "Bələdiyyə üzvlüyünə 20 siyasi partiyanın təmsilçiləri və 692 nəfər bitərəf seçilib". 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
  7. moderator.az. "ADP XI fövqəladə Qurultayını keçirib - FOTOLAR". moderator.az (az.). 2023-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-08.
  8. "Partiyalarımız hara sığınır?". 2010-02-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-02-04.
  9. "Arxivlənmiş surət". 2022-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-27.
  10. "Partiyaların simvolları – ARAŞDIRMA". 2009-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-12-05.

Saytda 155 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024