Azərbaycan Respublikası Prezident seçkiləri, 1991 Haqqinda Melumat - Vikipedia

Azərbaycan Respublikası Prezident seçkiləri, 1991 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Azərbaycanda prezident seçkiləri (1991)

(Azərbaycan Respublikası Prezident seçkiləri, 1991 səhifəsindən istiqamətləndirilmişdir)

Azərbaycanda Prezident seçkiləri — 1991-ci il sentyabrın 8-də Azərbaycan ərazisində baş tutdu. Həmin seçkilər Azərbaycanda baş tutan birinci Prezident seçkiləri oldu. Prezident seçkiləri "Azərbaycanın dövlət müstəqilliyi haqqında" Konstitusiya Bəyannaməsinin qəbul edilməsindən 10 gün sonra baş tutdu. seçkilərdə bir namizəd mübarizə apardı: Kommunist Partiyasının namizədi Ayaz Mütəllibov. O, səslərin 98,50 % topladı və Azərbaycan Prezidenti seçildi.

Azərbaycan  1992 →
Azərbaycanda Prezident seçkiləri, 1991
8 sentyabr 1991
Seçici fəallığı 85.70 %
Namizəd Ayaz Mütəllibov
Partiya Kommunist Partiyası
Səslər 3 275 838
(98.50 %)

Nəticə Namizədliyi Kommunist Partiyası tərəfindən irəli sürülən Ayaz Niyazi oğlu Mütəllibov Azərbaycan Prezidenti seçildi.

Zəmin redaktə

1991-ci il avqustun 30-da Azərbaycan SSR Ali Sovetinin sessiyasında Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Bəyannaməsi qəbul edildi.

Daha sonra Azərbaycan SSR Ali Soveti tərəfindən 1991-ci il sentyabrın 8-də Azərbaycanda prezident seçkilərinin baş tutması barədə qərar qəbul edildi.

Namizədlər redaktə

Qeydə alınan namizədlər redaktə

Sıra
Namizəd
Partiya
Tərcümeyi-halı
1.
Ayaz Mütəllibov
 
KP
1938-ci ildə anadan olub. Milliyyətcə azərbaycanlıdır. 1962-ci ildə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. İxtisasca maşınqayırandır. 1977–1979-cu illərdə Nərimanov Rayon Partiya Komitəsinin II Katibi, 1979–1982-ci illərdə Azərbaycan SSR yerli sənaye naziri, 1982–1989-cu illərdə Dövlət Plan Komitəsinin sədri, 1989–1990-cı illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sədri, 1990–1991-ci illərdə Azərbaycan Kommunist Partiyasının MK Birinci Katibi, 1990–1991-ci illərdə Azərbaycan SSR Prezidenti vəzifələrində çalışıb. 1990-cı ildən Kommunist Partiyası (KP) MK Birinci Katibidir. KP üzvdür. Ailəlidir. 2 övladı var.

Nəticələri redaktə

Seçici fəallığının 85,70 % olduğu seçkidə, Ayaz Mütəllibov səslərin 98,50 % topladı və Azərbaycan Prezidenti seçildi. Azərbaycan Konstitusiyası hələ qəbul olunmadığı üçün o, qeyri müəyyən müddətə Prezident seçildi.

Namizəd
Partiya
Səslərin nəticələri
Səs
%
Ayaz Mütəllibov KP
Kommunist Partiyası
3 275 838
98.50
Bütün namizədlərin əlehinə
48 866
1.50
Etibarsız bülletenlər
460
Cəmi:
3 325 164
100

İstinadlar redaktə


Saytda 152 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023