Azərbaycan SSR (film, 1971) Haqqinda Melumat - Vikipedia

Azərbaycan SSR (film, 1971) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Azərbaycan SSR (film, 1971)

Azərbaycan SSR qısametrajlı sənədli filmi rejissor Zeynəb Kazımova tərəfindən 1971-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Təbliğat filmi Sovet Azərbaycanının yarım əsrlik yubileyinə həsr olunmuşdur.

Azərbaycan SSR
Fayl:Azərbaycan SSR (1971).jpg
Janr sənədli
qısametrajlı
Rejissor Zeynəb Kazımova
Ssenari müəllifi Yusif Səmədoğlu
Operator Vladimir Konyagin
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1971
Filmin növü qısametrajlı sənədli film
Ölkələr Azərbaycan Azərbaycan SSR
İl 1971
Texniki məlumatlar 2 hissə
550 metr
Rəng rəngli
Çəkiliş yeri Bakı

Məzmun redaktə

Təbliğat filmi Sovet Azərbaycanının yarım əsrlik yubileyinə həsr olunmuşdur. Filmdə respublikamızın sənaye, kənd təsərrüfatı, elm və incəsənət sahəsində əldə etdiyi nailiyyətlər öz əksini tapmışdır. Kadrlar Bakıda, Sumqayıtda, Daşkəsəndə, Neft Daşlarında və bir sıra başqa yerlərdə çəkilmişdir.[1]

Filmin üzərində işləyənlər redaktə

Ssenari müəllifi: Yusif Səmədoğlu
Rejissor: Zeynəb Kazımova
Operator: Vladimir Konyagin

İstinadlar redaktə

  1. Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 136

Mənbə redaktə

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.

Həmçinin bax redaktə

Azərbaycan filmlərinin siyahısı
1971-ci ilin Azərbaycan filmləri
1970-ci illər Azərbaycan filmlərinin siyahısı


Saytda 68 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024