Azərbaycan SSR xalq artisti Haqqinda Melumat - Vikipedia

Azərbaycan SSR xalq artisti Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Azərbaycan SSR xalq artisti

Azərbaycan SSR-də mövcud olmuş fəxri ad

Azərbaycan SSR xalq artisti (azərb-kiril. Азәрбајҹан ССР халг артисти) — 1928-ci il iyulun 28-də təsis edilmiş fəxri ad. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti tərəfindən teatr, musiqi və kino inkişaf etdirilməsi işində xüsusi fərqlənən görkəmli incəsənət xadimlərinə verilirdi.

Azərbaycan SSR xalq artisti
Азәрбајҹан ССР халг артисти

Ölkə Azərbaycan Azərbaycan SSR
Tip fəxri ad
Kimə verilir Azərbaycan SSR-də incəsənətin teatr, kino və musiqi sahələrində böyük yaradıcılıq uğurları qazanmış incəsənət xadimlərinə
Status verilmir
Statistika
Təsis tarixi 28 iyul 1928
Ləğv tarixi 5 fevral 1991
İlk təltif
Son təltif
Təltif sayı təq. 260 nəfər
Ardıcıllıq
Yüksək mükafat SSRİ xalq artisti
Aşağı mükafat Azərbaycan SSR əməkdar incəsənət xadimi,
Azərbaycan SSR əməkdar artisti
Müvafiqdir Azərbaycan Respublikasının xalq artisti
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

Azərbaycan SSR xalq artisti fəxri adına ilk dəfə 1931-ci ildə tarzən Qurban Pirimov layiq görülmüşdür. 1932-ci ildə dram aktyoru Hacıağa Abbasov və aktyor, rejissor, opera solisti Hüseynqulu Sarabski, 1933-cü ildə Mirzağa Əliyev, 1934-cü ildə Şövkət Məmmədova, 1935-ci ildə Cabbar Qaryağdıoğlu və başqaları bu adla təltif olunmuşdur.

Sovet İttifaqının dağılması ilə "Azərbaycan SSR xalq artisti" adı rəsmi olaraq "Azərbaycan Respublikasının xalq artisti" ilə əvəz olundu, bununla belə keçmiş SSRİ və Azərbaycan SSR-in mükafatlar haqda qanunvericiliyi ilə nəzərdə tutulmuş fəxri adın təqdim etdiyi hüquq və vəzifələr qüvvədə qaldılar.

Azərbaycan SSR xalq artisti fəxri adı, adətən, Azərbaycan SSR əməkdar incəsənət xadimi və ya Azərbaycan SSR əməkdar artisti fəxri adına layiq görülmüş sənətçilərə verilirdi. Xan Şuşinski, Kazım Ziya, Yeva Olenskaya isə birbaşa xalq artisti fəxri adı ilə təltif olunmuşdurlar.

Ədəbiyyat redaktə

  • Азәрбајҹан ССР ганунлары вә Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин фәрманлары мәҹмуәси. 1938—1963-ҹү илләр (az.). Б.: Азәрбајҹан ССР Али Советинин нәшри. 1963. 558 сәһ.

Həmçinin bax redaktə


Saytda 64 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023