Azərbaycan Xalq Cümhuriyyətinin Mətbuat haqqında nizamnaməsi Haqqinda Melumat - Vikipedia

Azərbaycan Xalq Cümhuriyyətinin Mətbuat haqqında nizamnaməsi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Azərbaycan Xalq Cümhuriyyətinin Mətbuat haqqında nizamnaməsi

Mətbuat haqqında nizamnamə — Azərbaycan Xalq Cümhuriyyəti dövründə mətbuat məsələlərini təmzimləyən sənəd.

Nizamnamənin hazırlanması redaktə

1919-cu ilin oktyabrın 30-da Parlament tərəfindən qəbul olunmuşdu. Hökumətin 1919-ci il 30 aprel tarixli qərarına əsasən, nizamnamə layihəsini hazırlamaq Ədliyyə Nazirliyinə tapşırılmışdı. Lakin 1919-cu il iyunun 20-də hökumət Daxili İşlər Nazirliyinin təqdim etdiyi qanun layihəsini bəyəndi və onu Parlamentin müzakirəsinə çıxardı. Nizamnamə söz və mətbuat azadlığı prinsiplərinə əsaslanırdı. Sənəddə deyilirdi ki, insan fəaliyyətinin hər bir sahəsi kimi, mətbuat da azadlıqla anarxiya arasında sərhədi müəyyən edən qanunlara tabe olmalıdır.[1]

Mətbuat haqqında müzakirələr redaktə

Mətbuat azadlığına yekdilliklə tərəfdar olan parlament üzvləri bu qanun layihəsini ən ciddi sənədlərdən biri hesab edirdilər. Bununla belə, layihəsinin Parlamentdə hər üç oxunuşu qızğın müzakirələrlə keçdi. "Hümmət" partiyası və sosialist fraksiyası layihəsinin əleyhinə çıxır və bildirirdilər ki, mətbuatı heç bir qanunla məhdudlaşdırmaq olmaz, Nizamnamə demokratiya və müstəqil dövlətçilik prinsiplərinə ziddir. Maddələrin ayrı-ayrılıqda müzakirəsi zamanı mətbuata ümumi nəzarət və rəhbərlik haqqında, redaktorun təbəəliyi, təhsili, yaş senzi, mətbəə yaradılmasına icazə verilməsi barədə maddələr geniş diskussiya doğurdu. İclasların birində bəzi bəndlərin qəbul olunması ilə razılaşmayan sosialistlər salonu nümayişkaranə tərk etmişdilər.[1]

Nizamnamənin qəbul edilməsi redaktə

Mətbuat haqqında Nizamnamə oktyabrın 23-dən 30-dək parlamentin 87-90-cı iclaslarında müzakirə edildi və üçüncü oxunuşda, 1 deputat bitərəf qalmaqla, 21 səsə qarşı 28 səslə qəbul olundu. Nizamnaməyə əsasən, mətbəə açmaq, çap məhsullarını nəşr etmək, buraxmaq və satmaq üçün hökumətin heç bir icazəsi tələb edilmirdi. Yetkinlik yaşına çatmış hər bir vətəndaş mətbu nəşrin məsul redaktoru ola bilərdi. Mətbəə açmaq və ya mətbu nəşr buraxmaq istəyənlər mətbuat işləri üzrə baş müfəttişə bu barədə müəyyən edilmiş formada ərizə verməli idilər. Nizamnamənin bir sıra maddələrini pozmaqda təqsirli bilinən naşir, mətbəə sahibi və redaktor pulla cərimə ödəməli və ya həbs cəzasına məhkum edilməli idi. Nizamnaməyə mətbuat işləri üzrə baş müfəttiş ştatı əlavə olunmuşdu.[1]

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə

Ədəbiyyat redaktə

  • Azərbaycan Xalq Cümhuriyyəti ()1918-1920). Paylament (stenoqrafik hesabatlar), c.2, B., 1998

İstinadlar redaktə

  1. 1 2 3 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, II cild, "Lider nəşriyyat", Bakı-2005, səh. 195

Saytda 75 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024