Azərbaycan Xalq Cümhuriyyətinin de-fakto tanınmasının bayram edilməsi Haqqinda Melumat - Vikipedia

Azərbaycan Xalq Cümhuriyyətinin de-fakto tanınmasının bayram edilməsi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Azərbaycan Xalq Cümhuriyyətinin de-fakto tanınmasının bayram edilməsi

Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə tanınması münasibətilə Hökumətin qərarı ilə keçirilmiş bayram tədbirləri.[1]

Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun rəsmi keçidi.

Arxa fon redaktə

Paris Sülh Konfransının Ali şurası tərəfindən 1920-ci il, yanvarın 11-də Azərbaycanın müstəqilliyinin de-fakto tanınması münasibətilə yanvarın 14-də Bakıda və ölkənin digər bölgələrində təntənəli bayram mərasimləri keçirilmişdi.[1]

Bayram tədbirləri redaktə

Nazirlər Şurasının qərarı ilə fabrik-zavod sahiblərinə tapşırılmışdı ki, Azərbaycan istiqlaliyyətinin təsdiq edilməsi münasibətilə xalq bayramında iştirak etmək üçün maaşları saxlanılmaqla bütün fəhlə və qulluqçular həmin gün işdən azad edilsinlər. Hökumət, eyni zamanda, bayram tədbirlərinin proqramını da elan etmişdi: Səhər saat 11-də Təzəpir məscidində dualar oxunmalı, saat 12-də Parlamentin təntənəli iclası açılmalı, saat 13 də Hürriyət meydanında Milli Ordunun rəsmi keçidi olmalı, saat 14-də Xarici İşlər Nazirliyində təbriklər qəbul edilməli idi. Bundan əlavə, şəhərətrafı qatarların səhər saat 7-dən 11-ə kimi və gündüz saat 3-dən axşama qədər camaatı pulsuz daşıması və gecə vaxtı paytaxtın çıraqban edilməsi barədə də sərəncam verilmişdi. Proqrama əsasən, başda Nazirlər Şurasının sədri olmaqla Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin nazirləri, Parlament üzvləri, şəhər üləması Təzəpir məscidində toplandı. Şeyxülislam bayram xütbəsini oxuduqdan sonra təntənəli surətdə elan etdi:

"  Camaat, bu gün şərəfli və böyük gündür. İslamın əziz günüdür. Bayramdır ! " 

Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyli:[1]

"  Bu sizin arzunuzdur. Hürr və müstəqil qalmaq istədiniz, nail oldunuz.... " 

Xarici İşlər Naziri Fətəli xan Xoyski:[1]

"  28 may, 1918-ci ildə Azərbaycan istiqlaliyyətini aləmə bildirdi. Bu gün o istiqlal təsdiq edilir... " 

Məhəmməd Əmin Rəsulzadə:[1]

"  Bir kərə yüksələn bayraq bir daha enməz !- deyirdik. Bu gün kamali-cürət və iftixarla küçə və bazarda deyiriz: bir dəfə yüksələn bayraq, bir daha enməz. " 

Bakı bayram libası geyinmişdi. Hətta, erməni vandallarının yandırdığı İsmailiyyə belə bayraq və şüarlarla bəzədilmişdi. Hər tərəfdən musiqi sədaları ucalırdı. Milli bayraqlarla bəzədilmiş avtomobillər küçələrdə şütüyür, aktyorlar milli və tarixi geyimlərdə keçmişi canlandırırdılar. Dəstənin önündə at üstündə Mirzağa Əliyev gedirdi. Təzəpirdən qayıdan Nəsib bəy Yusifbəylini xalq çiyinləri üstündə parlamentə aparırdı. Parlamentin qarşısında yığılan izdiham isə Məhəmməd Əmin Rəsulzadəni tələb edirdi. Binaya axışan insanlar onu əl üstündə Parlamentin eyvanına çıxardı. Məhəmməd Əmin Rəsulzadə atəşin bir nitq ilə öz istiqlalını dünyaya qəbul etdirmiş Azərbaycan xalqını təbrik etdi.[1]

Həmçinin bax redaktə

Mənbə redaktə

İstinadlar redaktə

  1. 1 2 3 4 5 6 Manaf süleymanov, Müsəlman dünyasında ilk xalq cümhuriyyəti, Bakı, 1999

Saytda 122 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024