Azərbaycan baleti Haqqinda Melumat - Vikipedia

Azərbaycan baleti Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Azərbaycan baleti

Azərbaycan baletibaletin qollarından biri. Azərbaycan baletinin yaranma tarixi 1940-cı ildən – Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletinin səhnələşdirildiyi tarixdən hesablansa da, əslində onun rüşeymləri 1920-ci illərin əvvəllərində qoyulub.

Azərbaycan musiqisi
Ümumi mövzular
Janrlar
Xüsusi formalar
Milli musiqi
Alt janrlar
Media və təqdim etmə
Musiqi festivalları
Musiqi mediasıMədəniyyət TV
Millətçilik və vətənpərvərlik mövzusunda mahnılar
Milli himnAzərbaycan himni

Tarixi redaktə

XX əsrin erkən illəri redaktə

Azərbaycanda baletin yaranma tarixi 1940-cı ildən – Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletinin səhnələşdirildiyi tarixdən hesablansa da, əslində onun rüşeymləri 1920-ci illərin əvvəllərində qoyulub.[1] Belə ki, 1923-cü ildə Bakıda özəl balet studiyası fəaliyyət göstərib.[1] Qeyd etmək olar ki, Azərbaycanın ilk balerinası Qəmər Almaszadə balet sənətinin sirlərini bu məktəbdə öyrənib.[1] Məktəbin məzunlarının ilk çıxışları klassik rus və Avropa baletlərinin Azərbaycanda tamaşaya qoyulması ilə bağlı olurdu.[2]

Azərbaycanın XKS-nın 1 iyul 1920-ci il tarixli qərarı ilə birləşmiş dövlət teatrı yaradıldı.[3] 1924-cü ildə opera və balet truppası bu teatrdan ayrılaraq müstəqil opera və balet teatrına (Azərbaycan və rus bölmələri ilə) çevrildi.[3]

1930-cu illərin sonlarında Azərbaycanda artıq milli baletin yaradılması üçün möhkəm zəmin var idi. 1939-cu ildə ildə Əfrasiyab Bədəlbəyli Bakı Xoreoqrafiya məktəbinin ilk buraxılışı münasibətilə uşaqlar üçün birpərdəli "Tərlan" baletini, bir ildən sonra isə məxsusi olaraq Qəmər Almaszadə üçün "Qız qalası" baletini yazmışdır.[1] "Qız qalası"nın yaranması bir sıra balet tamaşalarının yaranmasına səbəb oldu.[4] Bu dövrdə teatrda "Sonalar gölü", "Don Kixot", "Baxçasaray fontanı", "Esmeralda", "Qırmızı lalə" və s. baletlər tamaşaya qoyulmuşdur.[3] Balet truppasında V. Nejdanov, R. Potapova, O. Pokrovskaya, V. İ. Vronski və başqaları işləyirdilər.[3]

1940-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet truppası Qəmər Almaszadə, İrina Mixayliçenko, Leyla Vəkilova, Konstantin Bataşov, Adilə Almaszadə, S. Mirəliyeva kimi istedadlı balerina və rəqqaslarla təmsil olunurdu.[3]

1950-ci illər redaktə

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində 1950-ci ildə tamaşaya qoyulan ikinci balet — Soltan Hacıbəyovun "Gülşən" baleti oldu.[5] Bu balet də Azərbaycanda balet incəsənətinin formalaşmasında mühüm rol oynamışdır.[5]

1952-ci ildə isə Qara Qarayevin "Yeddi gözəl" baletinin səhnəyə qoyulması Azərbaycan balet sənətində yeni musiqi dramaturgiyasının əsası qoyulmuşdur.[1] Qara Qarayevin bu əsəri, və onun 1958-ci ildə "İldırımlı yollarla" baleti Azərbaycanın teatr sənətinin dünyada şöhrət tapması işinə xidmət etdi.[1] Bəstəkar baş qəhrəmanların faciəli sevgisini kəskin münaqişəyə qədər yüksəldərək, mövzu etibarilə çağdaş, musiqi həllinə görə özgün tamaşa yaratmışdır.[3] Əsər aydın musiqi konsepsiyası, parlaq xarakterləri, Cənubi Afrika musiqi folklorundan böyük sənətkarlıqla istifadə edilməsi ilə diqqəti cəlb edir.[3] Həmin ildə Soltan Hacıbəyov müasir insanların həyatından bəhs edən "Gülşən" baletini yazdı.[3]

Bu dövrdə sonralar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrın həyatında mühüm rol oynamış Rəfiqə Axundova, Y. N. Kuznetsov, A. S. Urvantsev, Maqsud Məmmədov və başqa balet solistləri səhnəyə gəldilər.[3]

1960-cı illər redaktə

Arif Məlikovun 1961-ci ildə yazdığı "Məhəbbət əfsanəsi" baleti nəinki Azərbaycanın, eləcə də dünyanın bir çox ölkələrinin opera teatrlarının repertuarında möhkəm yer tutmuşdur.[1] 1968-ci ildə Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında yazılmış "Qaraca qız" baleti Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulmuşdur.[6] Bu balet həm də uşaqlar üçün yazılmış ilk böyük səhnə əsəridir.[6] 1969-cu ildə Parisdə "Şan Elize" teatrının səhnəsində keçirilən Beynəlxalq rəqs festivalında teatrın fəaliyyəti xüsusi qeyd edilmişdir.[5] Bu festivalda Azərbaycan balet artistləri Paris Rəqs Akademiyasının diplomuna layiq görülmüşlər.

1970-ci illər redaktə

1970-ci illərin ən uğurlu səhnə əsəri isə Fikrət Əmirovun yaratdığı "Min bir gecə" baleti oldu.[1]

1980-ci illər redaktə

 
"Leyli və Məcnun" baleti. Məcnun rolunda Gülağası Mirzəyev

1990-cı illər redaktə

2000-ci illər redaktə

2000-ci illərdə balet janrı Xəyyam Mirzəzadənin "Ağlar və qaralar", Aqşin Əlizadənin "Qafqaza səyahət" və Polad Bülbüloğlunun "Eşq və ölüm" və bir sıra yeni əsərlərlə zənginləşir.[3]

2010-cu illər redaktə

Azərbaycan baletlərinin xronologiyası redaktə

Baletin adı Premyera Bəstəkar Xoreoqraf Mövzu və özəllikləri
Azərbaycan 1920 Üzeyir Hacıbəyov xoreoqrafik miniatür[7]
Dağıstan 1920 Üzeyir Hacıbəyov xoreoqrafik miniatür[7]
Dəli Muxtar 19?? Müslüm Maqomayev yarımçıq qalıb
Tərlan 1939 Əfrasiyab Bədəlbəyli Qəmər Almaszadə Xeyir və Şər qüvvələrinin savaşı haqqında uşaq baleti
Qız qalası[8] 1940 Əfrasiyab Bədəlbəyli Sergey Kevorkov, Vaxtanq Vronskiy
Qəmər Almaszadə (II red.)
Qız Qalası əfsanəsi əsasında
Gülşən 1950 Soltan Hacıbəyov Qəmər Almaszadə (I, II red.)
Pyotr Abolimov (II red.)
insan əxlaqı və estetik mövzu haqqda
Yeddi gözəl 1952 Qara Qarayev P. Qusev Nizami Gəncəvinin eyniadlı poeması əsasında
İldırımlı yollarla 1958 Qara Qarayev M. Sergeyev (I red)
Rəfiqə Axundova, Maqsud Məmmədov (II red.)
Piter Abrahamsın eyniadlı romanının motivləri əsasında
Məhəbbət əfsanəsi 1962 Arif Məlikov Yuri Qriqoroviç Nazim Hikmətin eyniadlı pyesi əsasında
Tülkü və Alabaş[9] 1964 İbrahim Məmmədov uşaq opera-baleti
Qaraca qız 1965 Əşrəf Abbasov Qəmər Almaszadə Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında uşaq baleti
Ölümdən güclü 1966 Arif Məlikov
Xəzər balladası 1967 Tofiq Bakıxanov Rəfiqə Axundova, Maqsud Məmmədov (I red.)
Tamilla Şirəliyeva (II red.)
Xəzər neftçilərinin əməyinə həsr olunub
Şur 1968 Fikrət Əmirov Qəmər Almaszadə sevgi mövzusunda birpərdəli xoreoqrafik novella
Leyli və Məcnun 1969 Qara Qarayev Nelya Nəzirova Nizami Gəncəvinin eyniadlı poeması əsasında birpərdəli xoreoqrafik poema
Yallı 1969 Rauf Hacıyev Rəfiqə Axundova
Maqsud Məmmədov
xoreoqrafik miniatür
Ləzgihəngi 1969 Rauf Hacıyev R. Axundova
Maqsud Məmmədov
xoreoqrafik miniatür
Yer üzündə iki nəfər 1969 Arif Məlikov Vinoqradov O. M.[10] sevgi
Qobustan kölgələri 1969 Fərəc Qarayev Rəfiqə Axundova
Maqsud Məmmədov
Kaleydoskop 1971 Fərəc Qarayev Rəfiqə Axundova
Maqsud Məmmədov
süjetsiz
Muğam 1972 Nazim Əliverdibəyov Rəfiqə Axundova
Maqsud Məmmədov
Mirzə Şəfi Vazehin şeir və qəzəlləri əsasında
Azərbaycan süitası 1972 Rauf Hacıyev R. Axundova
M. Məmmədov
birpərdəli xoreoqrafik miniatür
Çitra 1972 Niyazi Nataliya Danilova Rabindranat Taqorun eyniadlı poeması əsasında
Əlibaba və qırx quldur 1973 Arif Məlikov nağıl
Nəsimi dastanı 1973 Fikrət Əmirov Nelya Nəzirova tarixi
Xəzəri fəth edənlər 1975 Fikrət Əmirov Nelya Nəzirova Xəzər neftçilərinin əməyinə həsr olunmuş xoreoqrafik poema[11]
Kosa-kosa 1975 Rəhilə Həsənova balet-pantomima[12]
İlham 1977 Leonid Vaynşteyn
Min bir gecə 1979 Fikrət Əmirov Nelya Nəzirova eyniadlı ərəb nağılları əsasında
İki ürək dastanı 1981 Arif Məlikov İqor Çernışov Mirzə Əbdülqadir Bedilin "Komde və Modan" adlı poeması əsasında
Humay 1981 Nəriman Məmmədov A. Asatryan Səməd Vurğunun "Komsomol poeması" əsasında
Nizami 1984 Fikrət Əmirov Nelya Nəzirova tarixi
Babək 1986 Aqşin Əlizadə Rəfiqə Axundova
Maqsud Məmmədov
tarixi
Şərq poeması 1989 Tofiq Bakıxanov Rəşid Əhmədov Sergey Yeseninnin eyniadlı əsəri əsasında
Əlibaba və qırx quldur 1990 Oqtay Zülfüqarov eyniadlı ərəb nağılı əsasında
Xeyir və Şər 1992 Tofiq Bakıxanov Tamilla Şirəliyeva Nizami Gəncəvinin "Xəmsə"si əsasında uşaq baleti
Boş beşik 1993 Firəngiz Əlizadə Nicat Cüməlinin poeması əsasında
Don Kixot[13] 1993 Qara Qarayev Rəşid Əhmədov (1993)
Georgi Kovtun (2000), Pulumb Agilliu
Servantesin eyniadlı romanı və rejissor Q. Kozintsevin eyniadlı film musiqisi əsasında birpərdəli balet-fantaziya
Yusif və Züleyxa 1999 Arif Məlikov
Ağlar və qaralar 2000 Xəyyam Mirzəzadə Pulumb Agilliu
Qafqaza səyahət 2002 A. Əlizadə T. Şirəliyeva tarixi
Rast 2004 Niyazi Tamilla Şirəliyeva Niyazinin eyniadlı simfonik muğamı əsasında ilk muğam-balet
Eşq və ölüm 2005 Polad Bülbüloğlu Vakil Usmanov "Dədə Qorqud" dastanının motivləri əsasında
Oğuznamə 2007 Cavanşir Quliyev eyniadlı türk dastanı əsasında
Qarabağ harayı[14] 2008 Tofiq Bakıxanov
Ümid valsı 2008 Aqşin Əlizadə Pulumb Agilliu tarixi
Sayalı 2012 Elnarə Dadaşova Pulumb Agilliu Novruz bayramında təbiətin oyanması, eşq, gənclik və rəqabət
Sehrli alma 2012 Oqtay Zülfüqarov "Məlikməmməd" xalq nağılı əsasında uşaq baleti
Şeyx Sənan 2012 Nəriman Məmmədov
Cavad xan 2018 Sərdar Fərəcov
tarixi
Dədə Qorqud[15] 2019 İlahə İsrafilova
tarixi
Tac Mahal 2020 Ceyhun Allahverdiyev tarixi

Görkəmli sənətçilər redaktə

Şəxslər redaktə

Kişi redaktə

Qadın redaktə

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. 1 2 3 4 5 6 7 8 "Balet haqqında". www.azerbaijans.com. www.azerbaijans.com. 10 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 January 2016.
  2. "Azərbaycanda dünyəvi peşəkar teatrın yaradılmasının 125 illiyi haqqında". www.e-qanun.az. www.e-qanun.az. 25 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 January 2016.
  3. 1 2 3 4 5 6 7 8 9 10 "Mədəniyyət və turizm" (PDF). 31 August 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 14 January 2016.
  4. Sarıyeva, İradə. "Azərbaycanda balet sənətinin tarixi inkişafı..." www.baki-xeber.com. www.baki-xeber.com. İstifadə tarixi: 14 January 2016.[ölü keçid]
  5. 1 2 3 Fərəcova, Leyla. "AZƏRBAYCANDA OPERA TEATRI-DÜNƏN, BU GÜN, SABAH?". www.musigi-dunya.az. www.musigi-dunya.az. 25 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may 2016.
  6. 1 2 "Azərbaycanda ilk uşaq baletinin müəllifi". www.azadliq.info. www.azadliq.info. 21 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 January 2016.
  7. 1 2 "Балетная энциклопедия - Азербайджанский балет". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-10.
  8. "Azərbaycan balet tamaşalarının xronologiyası". 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-07.
  9. "Зулейха Байрамова - Детские оперы и балеты азербайджанских композиторов". 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-02.
  10. "Балетная энциклопедия - Ариф Меликов". 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-10.
  11. "Джамиль Амиров - Сын Востока" (PDF). 2021-10-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-05-10.
  12. "Köçərli Ş. Azərbaycan bəstəkarlarının yaradıcılığında "Novruz" mövzusu. "Musiqi dünyası" jurnalı". 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-10.
  13. "Галина Микеладзе - На сцене балеты Кара Караева". 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-29.
  14. Bəstəkar Tofiq Bakıxanov: "Azərbaycan bəstəkarlarının balet yazmamasının səbəbi şəraitlə əlaqədardır" [ölü keçid]
  15. CVN TV. ""Dədə Qorqud baletini yenicə bitirdim" - İlahə Qismət" (az.). Youtube.com. 01.02.2019. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-01.

Saytda 61 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023