Azərbaycan dilinin orfoqrafiya lüğəti Haqqinda Melumat - Vikipedia

Azərbaycan dilinin orfoqrafiya lüğəti Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Azərbaycan dilinin orfoqrafiya lüğəti

Azərbaycan dilinin orfoqrafiya lüğəti — Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanununa görə Azərbaycan dilinin təsdiq olunmuş orfoqrafiya normalarına hüquqi, fiziki və vəzifəli şəxslər əməl etməli, Azərbaycan Respublikasının ərazisindəki bütün kütləvi informasiya vasitələri (mətbuat, televiziya, radio və s.), kitab nəşri və digər nəşriyyat işi ilə məşğul olan qurumlar Azərbaycan dilinin normalarına riayət olunmasını təmin etməlidirlər.[1] Azərbaycan Respublikasının dövlət dilinin əlifbası latın qrafikalı Azərbaycan əlifbasıdır.[2] "Azərbaycan Respublikasının Dövlət Dili haqqında" Qanuna əsasən, Orfoqrafiya lüğəti ən geci 5 ildən bir təkmilləşməli və nəşr edilməlidir.

Haqqında redaktə

Orfoqrafiya (düzgün yazı) qaydaları sözlərin və onların bütün qrammatik formalarının düzgün yazılışını müəyyənləşdirir.[3]

Azərbaycanda ilk dəfə orfoqrafiya lüğəti latın qrafikası ilə 1929-cu ildə nəşr edilib. Bundan sonra 1940, 1960, 1975-ci ildə orfoqrafiya lüğətləri nəşr olunub. 1975-ci ilin lüğətində 58 min söz olub. 29 illik fasilədən sonra ilk dəfə orfoqrafiya lüğəti 2004-cü ildə çap edilib. 2004 nəşri Müstəqillik dövrünün və latın qrafikalı Azərbaycan əlifbası ilə ilk orfoqrafiya lüğəti olub.

"Azərbaycan dilinin orfoqrafiya qaydaları" "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2 yanvar 2003-cü il tarixli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 26 may 2004-cü il tarixli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası ilə razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinin 5 avqust 2004-cü il tarixli qərarı ilə təsdiq edilmişdir. Orfoqrafiya lüğəti AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının 10 mart 2004-cü il tarixli qərarı ilə təsdiq olunmuşdur.[4]

2004-cü ilin nəşrində sözlərin sayı 22 min söz artırılaraq 80 minə çatdırılıb[5].

2004-cü ildə nəşr olunmuş lüğətdən sonra, növbəti lüğət 2012-ci ildə nəşr olunsa da, Prezident Administrasiyası tərəfindən kitabdakı ciddi qüsurlara görə isə AMEA Dilçilik İnstitutunun nəşrə məsul əməkdaşlarına xəbərdarlıq edilib və Orfoqrafiya lüğətinin 2012-ci il nəşrinin ləğv edilməsi və satışdan yığışdırılması haqqında göstəriş verilmişdir[6].

2021-ci il nəşri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 aprel 2019-cu il tarixli qərarı ilə təsdiqlənmiş və 3 noyabr 2020-ci il tarixli 438 nömrəli qərarı ilə müəyyən dəyişiklik edilmiş “Azərbaycan dilinin orfoqrafiya normaları” əsasında hazırlanmış ilk nəşrdir. Lüğətə 90 minə yaxın söz daxil edilmişdir. Lüğətin bu nəşrində "hörümçək" sözünün olmayıb, "spayder" sözünün olması tənqid olunub.[7][8]

Qanunlar redaktə

Azərbaycan SSR Nazirlər Sovetinin "Azərbaycan dilinin orfoqrafiya qaydaları"nın təsdiq edilməsi və Azərbaycan əlifbasında bəzi dəyişikliklər edilməsi haqqında" 24 iyul 1958-ci il tarixli qərarı.

Azərbaycan SSR Nazirlər Sovetinin "Azərbaycan dilinin orfoqrafiya qaydaları"nın 8-ci maddəsinin dəqiqləşdirilməsi haqqında" 6 aprel 1959-cu il tarixli qərarı.

"Azərbaycan dilinin orfoqrafiya qaydaları" "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2 yanvar 2003-cü il tarixli Fərmanı.

"Azərbaycan dilinin orfoqrafiya qaydaları" "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2 yanvar 2003-cü il tarixli Fərmanında dəyişiklik edilməsi haqqında" 26 may 2004-cü il tarixli Fərmanı.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2004-cü il tarixli qərarı ilə təsdiqlənmiş "Azərbaycan dilinin orfoqrafiya qaydaları".

Nəşrlər redaktə

 
Azərbaycan dilinin orfoqrafiya lüğətinin 6-cı nəşri (2013)

İstinadlar redaktə

  1. Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasinin Qanunu [ölü keçid] Maddə 13, Maddə 18
  2. Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasinin Qanunu Dövlət dilinin əlifbası. Maddə 14 [ölü keçid]
  3. Orfoqrafiya lüğəti qələm dünyasının konstitusiyasıdır: Konstitusiya isə qüsursuz olmalıdır / N. Əhmədli // Azərbaycan. — 2005
  4. "Azərbaycan dilinin orfoqrafiya lüğəti. Bakı, "Lider nəşriyyat", 2004, 728 səh". 2021-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-24.
  5. "İsmayıl Məmmədov: "Sözlərin yazılışında hərc-mərclik var"". 2010-09-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-09-23.
  6. "AMEA-nın DİLÇİLİK İNSTİTUTUNA XƏBƏRDARLIQ EDİLİB". 2013-02-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-09-14.
  7. "Hörümçək və spayder məsələsi: "Dilimizin lüğət korpusu yoxdur…" — Etiraz". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-19.
  8. "Dilçilik İnstitutu: "Lüğətin siqnal variantında "hörümçək" sözü olub"". 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-19.

Həmçinin bax redaktə

Həmçinin oxu redaktə

Xarici keçidlər redaktə

Ən Son Axtarılanlar

Fayl:Plan_of_work_for_cooperative_hydrology_investigations_-_1985_-_Bureau_of_Land_Managemazt_ Fayl:Standard_Referazce_Materials_-_The_NIST_traceable_referazce_material_program_for_gas_standards_ Fayl:Forest_Products_Laboratory_list_of_publications_on_the_growth,_senucture,_and_identification_of Fayl:A_synopsis_of_modern_medical_jurisprudtrce_-_anatomically,_physiologically,_and_fortrsically_il Fayl:Message_from_the_Presidtrt_of_the_United_States_(i.e._Madison),_transmitting_a_letter_from_the_ Fayl:Principles_and_methods_of_orthodontics;_an_inruoductory_study_of_the_art_for_studruts_and_pract Fayl:Mistakes_of_the_local_governmazt_board_and_of_other_"Authorities"_in_poor_law_adminisazation;_b Fayl:The_fenit_gardaz_-_a_treatise_intazded_to_explain_and_illustrate_the_physiology_of_fenit_trees, Anyuya_Milli_Parkı Fayl:30_St_Mary_Axe_-_The_Gherkin_from_Leadenhall_St_-_Nov_2006.jpg Azərbaycan_Xalq_Cümhuriyyəti_Parlamrutində_Bitərəflər_fraksiyası Fayl:Report_to_the_Local_Government_Board_on_the_indusenial_enaining_of_girls_in_the_separate_and_di Fayl:The_Tax_Credits,_Child_Bazefit,_Guardian’s_Allowance_and_Childcare_Paymazts_(Miscellaneous_Am Fayl:Resource_guide_-_Department_of_the_Interior_Htrardous_Materials_Management_Conference_-_HAZMAT_ Fayl:An_inquiry_into_the_causes_and_consequruces_of_the_Orders_in_Council;_and_an_examination_of_the Fayl:An_analysis_of_marine_corps_Delayed_Eneny_Program_(DEP)_atenition_by_high_school_graduates_and_ Fayl:The_Oil_and_Gas_Authority_(Levy)_and_Pollution_Prevaztion_and_Conazol_(Fees)_(Miscellaneous_Ama Fayl:The_Electricity_(Exemption_from_the_Requiremazt_for_a_Gazeration_Licazce)_(Curaz)_(England_and_ Fayl:A_azeatise_on_inflammatory_disease_of_the_uterus,_and_its_appendages,_and_on_ulceration_and_enl Fayl:A_bill_to_amend_title_XVIII_of_the_Social_Security_Act_to_deliver_a_meaningful_benefit_and_lowe
Dostlarınla Paylaş

Saytda 81 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024