Azərbaycan müəllimi (qəzet) Haqqinda Melumat - Vikipedia

Azərbaycan müəllimi (qəzet) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Azərbaycan müəllimi (qəzet)

"Azərbaycan müəllimi" qəzeti — Azərbaycan Respublikası Təhsil Nazirliyinin orqanı.

"Azərbaycan müəllimi"
Növ təhsil haqqında qəzet
Baş redaktor
Yazıçılar
Yaranma tarixi 2 sentyabr 1934
Dil Azərbaycan dili
Ünvan Bakı
www.muallim.edu.az

Tarixi redaktə

Otuzuncu illərin ortalarında əhalinin sayının artması, xalq maarifinin inkişafı, yeni elmi-pedaqoji kadrların, ziyalı qüvvələrin yetişməsi, informasiya məkanının genişlənməsi pedaqoji mətbuatın yaranması ehtiyacını doğururdu. Beləliklə, 1934-cü il sentyabrın 2-də “Kommunist maarifi” qəzeti nəşrə başladı. Qəzet "mədəni inqilab"ın əsas təbliğat vasitələrindən olmaqla respublikada milli elmi-pedaqoji kadrların formalaşmasına yaxından kömək edir, xalq maarifinin, təhsilinin inkişafında müstəsna rol oynayırdı. O, kommunist ideyalarının, bolşevik maarifinin ruporu kimi nəzərdə tutulub yaradılsa da, daha çox ümumxalq qəzeti, müəllim, ziyalı qəzeti olmağa çalışırdı.

Sırf pedaqoji məsələlərə daha geniş yer ayırdığı üçün 1938-ci ildə qəzetin adı dəyişdirilərək “Müəllim qəzeti” adlandırıldı. Qəzet 1941-ci ilin iyununadək bu adla nəşr olundu. Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar 1941-ci ilin iyunundan 1946-cı ilin aprelinədək onun nəşri dayandırıldı. Qəzetin əməkdaşları döyüşən ordu sıralarında Böyük Vətən müharibəsi cəbhələrinə yollandılar. Qəzetin təşəkkül tarixindən 1946-cı ilə qədərki dövrü onun taleyinin ən ağrılı, ən çətin mərhələsini təşkil edir. Qəzetin ilk müəlliflərindən bir çoxu amansız Stalin repressiyalarının qurbanı olub. Bəziləri NKVD zindanlarına atılaraq onlara “xalq düşməni” damğası vurulub, əməkdaşların bir qismi isə Böyük Vətən müharibəsində həlak olub.

1946-cı ilin aprelindən "Azərbaycan müəllimi" adı ilə yenidən nəşrə başlayan qəzet sonrakı illərdə də özünəməxsus üslubuna, dəsti- xəttinə, başlıcası isə məramına, amalına sədaqəti qoruyub saxlaya bilmişdir. "Azərbaycan müəllimi" fəaliyyət göstərdiyi dövrdə şərəfli bir yol keçmiş, təhsilin, mədəniyyətin, pedaqoji ənənələrin formalaşmasında əvəzsiz xidmətləri olmuş, çoxminli oxucuların rəğbətini qazanmışdır. [1][2]

Fəaliyyəti dövründə redaktə

“Azərbaycan müəllimi” həmişə əsl ziyalıların, elm və maarif xadimlərinin tribunası olubdur. “Azərbaycan müəllimi” qəzetində akademik Mehdi Mehdizadə, görkəmli alimlər Əhməd Seyidzadə, Mərdan Muradxanov, Şövqi Ağayev, Nurəddin Kazımov, Zahid Qaralov, Bəşir Əhmədov, Misir Mərdanov, Əliheydər Həşimov, Yəhya Kərimov, Əziz Əfəndizadə, Hüseyn Əhmədov, Əkbər Bayramov, Əbdül Əlizadə, Əjdər Ağayev, xalq müəllimləri Zahid Şöyübov, İsrafil Şükürov, əmək qəhrəmanları Məsmə Atakişiyeva, Zərbəli Səmədov, Məhər Quliyev, İsa Məmmədov və başqaları çıxış ediblər. Bu insanların müxtəlif məsələlər haqqında fikir və mülahizələrinin geniş ictimaiyyətə çatdırılmasında “Azərbaycan müəllimi” əhəmiyyətli rol oynayıb.[1][2]

Baş redaktorlar redaktə

Müxtəlif illərdə qəzetə rəhbərlik etmiş şəxslər:Rüstəm Hüseynov, Ağəli Bədəlov, Mirabbas Aslanov, Şahin Səfərov, Məhəmməd Baharlı və hazırkı baş redaktor Bayram Hüseynzadə.[1][2]

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. 1 2 3 "Şahverdiyev A.B. Azərbaycan mətbuatı tarixi. "Təhsil" nəşriyyatı, 2006 - 248 səh" (PDF). 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-07-09.
  2. 1 2 3 ""Azərbaycan müəllimi" qəzeti". 2010-09-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-07.

Xarici keçidlər redaktə


Saytda 143 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024