Azərbaycan milli oyanışı Haqqinda Melumat - Vikipedia

Azərbaycan milli oyanışı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Azərbaycan milli oyanışı

Azərbaycan milli oyanışı, mədəni renessans (intibah) dövrü[1][2] və ya modernləşməsi — XIX əsrin sonu, XX əsrin əvvəllərində Rusiya imperiyasının tərkibində yaşayan azərbaycanlıların milli fikrinin formalaşması və mədəniyyətinin çiçəklənməsi prosesi. Bu dövr üçün maarifçiliyin genişlənməsi, təhsil, mətbuat və incəsənətin inkişafı, Qərb dəyərləri və təşkilatlarının Azərbaycanda tətbiqi xarakterikdir.[3]

Mirzə Fətəli Axundovun 100 illiyi münasibətilə "Molla Nəsrəddin" jurnalının üz rəsmi

Beləliklə, Azərbaycan İslam dünyasında milli teatrın, operanın, qərb tipli universitetinbaletin əsasının qoyulduğu ilk ölkə olmuş, Azərbaycan Xalq Cümhuriyyəti İslam dünyasında ilk dünyəvi demokratik dövlətlərdən biri, həmçinin İslam ölkələri arasında qadınlara səsvermə hüququ verən ilk dövlət kimi tarixə düşmüşdür.[4] Maarifçilik dövrünün azərbaycanlı islahatçı ziyalıları dövrü nəşrlər, teatr truppaları və qonşu dövlətlərdəki konstitusiya hərəkatlarında iştirak vasitəsilə türk Cənubi Qafqazından başqa İran, Osmanlı və Mərkəzi Asiyada da təsirə malik oldular.[5]

Adlandırma və dövrün təyini redaktə

Adlandırma Dövr
Azərbaycanda yerli türk mədəniyyətinin yenidən canlanması 1) 1905-ci il qədərki dövr; 2) 1905-ci ildən 1920-ci illərə qədər; 3) 1920-ci illərdən müasir dövrə qədər[6]
Azərbaycanda mədəni renessans (intibah) XIX əsrin II yarısı[1]
Azərbaycanda türk mədəni renessansı (intibahı) XIX əsrin II yarısı — XX əsrin əvvəlləri[7]
Azərbaycanda mədəni renessans (intibah) XIX əsrin sonu — XX əsrin əvvəlləri[2]

Erkən dövr redaktə

Qarabağ xanlığı vəziri Molla Pənah Vaqifin şərəfinə adlandırılmış Vaqif məclisi Azərbaycan dilində şeir yazılması və oxunması ilə məşhur idi. Dünya ədəbiyyatı professoru Anna Oldfild hesab edir ki, bu, "yüksələn Azərbaycan milli şüurunun" göstəricisi idi və Vaqif məclisində iştirak edən Aşıq Pəri də "öz ana dilini və poetik ənənələrini müdafiə edənlər sırasında" idi.[8]

Əsas dövr redaktə

Maarifçilik hərəkatı və mədəniyyətin inkişafı redaktə

Dövrün vacib hadisələrinin xronologiyası
Hadisə İl
Azərbaycan dil islahatının təklif edilməsi[9] 1857
Azərbaycan teatrının əsasının qoyulması 1873
İlk azərbaycandilli qəzet 1875
Yeni tipli məktəblər 1887
İlk oxu evlərinin açılması 1894
İlk Azərbaycan operasının səhnəyə qoyulması[10] 1908
AXC-nin yaranması, Azərbaycan dilinə dövlət dili statusu verilməsi 1918
Əlifba layihəsi üçün əsasın qəbul edilməsi 1919

Rus işğalından əvvəl Azərbaycan mədəni həyatına əsasən fars sivilizasiyası təsir edirdi. Bu mədəni əlaqədən narahat olan Rusiya yerli türk mədəniyyətinin inkişafını dəstəklədi. Bu və digər sosial trendlər yerli türk mədəniyyətinin yenidən canlanmasına səbəb oldu. Azərbaycan mədəniyyətinin canlanması üç mərhələyə bölünə bilər: 1) 1905-ci il qədərki dövr; 2) 1905-ci ildən 1920-ci illərə qədər; 3) 1920-ci illərdən müasir dövrə qədər.[6]

1905-ci ilə qədər davam edən birinci mərhələ Mirzə Fətəli Axundov tərəfindən başladılmışdır. O, dil islahatı, qadınlar üçün bərabər hüquqlar, ərəb yazısının latınla əvəz edilməsini tələb edirdi. Başqa yazıçılar Axundovun üslub və yazısını yamsılamağa başladılar. "Əkinçi" qəzeti isə təhkimçiliyin ləğvini, bütün vətəndaşların bərabər hüquqlara malik olmasını, məktəblərin təşkil edilməsini tələb edirdi. Bu dövrün ədəbiyyatı mövcud vəziyyəti tənqid edir və islahatlara çağırırdı. Mövcud reallıqlara görə, siyasi müstəqillik tələbi yox idi.[6]

XIX əsr maarifçiləri Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov elm və maarifləndirmə yolu ilə Azərbaycanda mövcud olan mədəni geriliyinin qarşını ala biləcəklərinə inanırdılar. XIX əsrin 70–80-ci illərində müxtəlif inqilab nəzəriyyələrinin Azərbaycanda sosial-siyasi fikirlərə təsir etməsi, kapitalizmin inkişafının milli ziyalı təbəqənin yaranması üçün şərait yaratması nəticəsində təhsil və mədəniyyət fəaliyyətlərinə, xeyriyyə cəmiyyətlərinə, mətbuat və çap evlərinə dəstək artmışdır. Azərbaycan ziyalıları getdikcə milli yaddaşın daşıyıcısı hesab edilən jurnal və qəzetlərin, "Nicat", "Səfa", "Ədəb yurdu", "Nəşri-Maarif", "Cəmiyəti-Xeyriyə" kimi cəmiyyətlərin və dərnəklərin ətrafında toplaşmağa başladı. İlk oxu otaqları 1894-cü ildə Həbib bəy MahmudbəyovSultan Məcid Qənizadə tərəfindən Bakıda açılmışdır.[11]

Bu dövrün ən vacib hadisələri milli teatrın, mətbuatın və müasir tipli məktəbin əsasının qoyulması idi. 1873-cü ildə Həsən bəy ZərdabiNəcəf bəy Vəzirovun başçılıq etdiyi teatr truppası "Sərgüzəşti-vəziri-xani-Lənkəran" və "Sərgüzəşti Mərdi-Xəsis" tamaşalarını sərgiləyərək Azərbaycan milli teatrının əsasını qoydu. 1875-ci ildə isə Azərbaycan dilində çap edilən ilk qəzet olan "Əkinçi" ilə Həsən bəy Zərdabi Azərbaycan milli mətbuatının əsasını qoymuşdur. Nəhayət son olaraq, 1887-ci ildə İslam məktəbləri və mədrəsələrindən fərqli, Azərbaycan dilinin tədrisinə önəm verilən yeni tipli məktəblər yaradıldı. Bu işin təşəbbüskarları Həbib bəy Mahmudbəyov və Sultan Məcid Qənizadə idi.[11][12]

Milli kimlik və dil məsələsi redaktə

Bu dövrdə İslam dininin monopoliyası ziyalıların özünü müsəlman adlandırması və etnik kimliyin formalaşmamasına səbəb olurdu. Ancaq "Əkinçi" ideyalarından bəhrələnən "Kəşkül" və "Kaspi" qəzetləri mili kimlik məsələsini qaldırmış, XX əsrin əvvəllərində bu fikirlər Azərbaycan ziyalı təbəqəsinin böyük bir hissəsi tərəfindən qəbul edilmişdir.[13]

AXC-nin yaranmasından sonra Azərbaycan dilinə rəsmi status verildi və bu dilin məktəblərdə icbari olaraq tədris edilməsinə qərar verildi. 1919-cu ildə müəllim Abdulla bəy Əfəndizadə tərəfindən təqdim edilən əlifba layihəsi yeni əlifbanın yaradılması üçün əsas olaraq qəbul edildi.[13]

Qalareya redaktə

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. 1 2 Curtis, Glenn E. (1995). Armenia, Azerbaijan, and Georgia : country studies (1st ed.). Washington, D. C.: Federal Research Division. pp. 109. ISBN 0-8444-0848-4. OCLC 31709972
  2. 1 2 Шнирельман В. А. Войны памяти: мифы, идентичность и политика в Закавказье / Рецензент: Л. Б. Алаев. — М.: Академкнига, 2003. — С. 105. — 592 с. — 2000 экз. — ISBN 5-94628-118-6.
  3. Suleymanli, 2021. səh. 125-126
  4. Svante Kornel. "The Politicization of Islam in Azerbaijan" (PDF). 2013-04-18 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 14 aprel 2016.
  5. Rice, Kelsey, "Forging The Progressive Path: Literary Assemblies And Enlightenment Societies In Azerbaijan, 1850–1928" (2018). Publicly Accessible Penn Dissertations. 2913. page 2.
  6. 1 2 3 Hostler, 1993. səh. 19-20
  7. Altstadt, 1992. səh. 50-51
  8. Oldfield, Anna C. "Don't Get in my Face Like Ashiq Peri" // Jussawalla, Feroza; Omran, Doaa (redaktorlar ). Memory, Voice, and Identity: Muslim Women's Writing from across the Middle East. New York: Routledge. 2021. ISBN 9781003100164. (page 49)
  9. Robert Denis. "The Pre-Soviet Language Reform Movement in Azerbaijan: An Overview" (az.). Baku Research Institute. 2018-05-01. 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-17.
  10. Toumani, Meline. "For the Love of Layla". The New York Times. February 27, 2009.
  11. 1 2 Suleymanli, 2021. səh. 129-131
  12. Sabina ABBASLI. "AZERBAYCAN'DA MÜSLÜMAN OKULLARI (1849–1918)" (PDF). SAKARYA ÜNİVERSİTESİ. 2019. 2023-06-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-07-20.
  13. 1 2 Suleymanli, 2021. səh. 134-135

Ədəbiyyat redaktə

  • Altstadt, A. L. (1992). The Azerbaijani Turks: Power and identity under Russian rule. Stanford, Calif: Hoover Institution Press, Stanford University.
  • Hostler, Charles Warren. The Turks of Central Asia (Greenwood Press, November 1993), ISBN 0-275-93931-6.
  • Suleymanli, M. (2021). Modernization and culture in Azerbaijan: second half of the XIX century: beginning of the XX century. Linguistics and Culture Review, 5(S1), 125–138. https://doi.org/10.37028/lingcure.v5nS1.1324

Əlavə oxu redaktə

  • Aliyeva, Z. (2019). Enlightenment Movement in Azerbaijane. Postmodernism Problems, 9(3), 429–439. Retrieved from https://pmpjournal.org/index.php/pmp/article/view/202
  • Kelsey Rice (2021) Emissaries of Enlightenment: Azeri Theater Troupes in Iran and Central Asia, 1906–44, Iranian Studies, 54:3–4, 427–451, DOI: 10.1080/00210862.2020.1753022

Saytda 71 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024