Azərbaycanca Vikipediya Haqqinda Melumat - Vikipedia

Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Azərbaycanca Vikipediya

Vikipediyanın Azərbaycan dilində olan bölməsi

Azərbaycanca Vikipediya Vikipediyanın Azərbaycan dilində olan bölməsidir. 3 dekabr 2021 — Azərbaycan dilində olan Vikipediyada 180.637 məqalə var.

Azərbaycanca Vikipediya
Saytın skrinşotu
Saytın skrinşotu
URL az.wikipedia.org
Layihənin mahiyyəti qeyri-kommersiya təşkilatı
Saytın tipi onlayn ensiklopediya
Qeydiyyat məcburi deyil
Dil azərbaycanca[1]
Sahibi Wikimedia
Yaradılma tarixi yanvar 2002
Məqalələrin sayı 180.637
Faylların sayı 23.973
Səhifələrin sayı 490.984
Redaktələrin sayı 6.215.635
İstifadəçilərin sayı 235.691
Aktiv istifadəçilərin sayı 778
İdarəçilərin sayı 15
Dərinlik 37,4
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2014-cü il mart ayının 25-də Azərbaycanca Vikipediyada məqalələrin sayı 100.000-i keçmiş və beləliklə bu layihə Vikipediyanın 10.000+ bölməsindən 100.000+ bölməsinə keçmişdir.

Azərbaycanca VikipediyaRedaktə

Vikipediya-Azərbaycan İB-nin ilk bukleti
 
səh. 1
 
səh. 2
 
səh. 3
 
səh. 4
 
səh. 5
 
səh. 6

2004-cü ilin yanvarından az.wikipedia.org ünvanında Azərbaycan dilində Vikipediya fəaliyyətə başlamışdır. Buna Azərbaycanın açıq online ensiklopediyası kimi də baxmaq olar. Azərbaycan Vikipediyasındakı məqalələrin sayı dayanmadan artmaqdadır. Bununla belə qeyd etmək lazımdır ki, hazırda saytda çoxlu qrammatik və sintaktik səhvlərə, qaralama halında olan məqalələrə rast gəlmək mümkündür. Bu problemi də biz yalnız birlikdə həll edə bilərik.

Məqalə sayıRedaktə

Mən necə yardım edə bilərəm?Redaktə

Zəngin Azərbaycanımızın şəhər və rayonları, şair və yazıçıları, mətbəxi, geyimləri və s. haqda dürüst məlumatlarınız varsa, maksimum neytrallığı və obyektivliyi qoruyaraq onları Azərbaycan Vikipediyasına əlavə edin! Bunun üçün sadəcə qeydiyyatdan keçmək kifayətdir.

Lakin bununla kifayətlənməmək lazımdır. Vikipediya bugün dünyada güvənilən və çox populyar informasiya mənbəyi kimi tanınır. Artıq 2005-ci ildə araşdırmalar göstərdi ki, bu açıq ensiklopediya təxminən Britannika Ensiklopediyası qədər dəqiqdir.[6] Tələbələr, jurnalistlər və digər araşdırmaçılar internetdə məlumat axtarışında məhz bu resursa üstünlük verirlər. Bunun üçün bizim Azərbaycan dilindəki Vikipediyanı qurmaqla yanaşı, ingilis, fransız, rus, alman, ispan və digər dillərdə olan Vikipediyalara da əlavələr etməmiz, Azərbaycan və onun ayrılmaz hissəsi olan Qarabağ haqda həqiqətlərin dünyaya çatdırılması yolunda vacib addımlardandır.[7]

Vikipediyaçıların görüşləriRedaktə

İlk görüşRedaktə

 
İlk görüşün iştirakçıları: soldan sağa - Wertuose, Sortilegus, Sefer azeri, Cekli829, Fərhad

2009-cu il dekabrın 6-sı, saat 16 00-da Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşü keçirilmişdir. Görüş Qafqaz Media Tədqiqatları Mərkəzinin İçəri şəhərdə yerləşən ofisində, Kiçik Qala 128/5 ünvanında (Qoşa Qala qapılarının düz arxasında) baş tutmuşdur. Görüşdə Vikipediyamızın 4 fəal istifadəçisi və bir proqram mütəxəssisi iştirak etmişdir. Əsasən vikipediyaçılarımız arasında dostluq və tanışlıq münasibətləri yaradılması məqsədilə təşkil edilən tədbirdə bir sıra digər məsələlər - o cümlədən AzVikinin texniki problemlərinin həlli, gələcək inkişaf perspektivləri müzakirə edilmişdir. Nəticədə yaxın zamanlarda mövcud bot probleminin, məqalələrin vikifikasiyasının həlli ilə bağlı əməli addımların atılması qərara alınmışdır. Bundan başqa 2010-cu ilin mart-aprel aylarında Bakı şəhərində AzViki istifadəçilərinin daha geniş tərkibdə və mətbuatın iştirakı ilə tədbirinin keçirilməsi də planlaşdırılmışdır. Görüşdə eləcə də fəal vikiçilərin klubunun yaradılması təklifi səsləndirilmiş və bəyənilmişdir. 2010-cu ilin yazına qədər bu klubun təşkili ilə bağlı Vikipediyada müzakirələrin aparılması və qərar qəbul edilməsi nəzərdə tutulmuşdur[8].

Fövqəladə toplantıRedaktə

Son vaxtlar xüsusilə istifadəçilər arasında yaranmış problemləri həll etmək məqsədi ilə bürokrat Sortilegusun təklifi və təşkilatçılığı ilə 23 oktyabr 2010-cu ildə saat 18:00-da Elmlər Akademiyası metrosunun çıxışı ilə üzbəüz səkidə vikipediyaçıların fövqəladə toplantısı keçirilmişdir. Toplantı daha sonra yaxınlıqdakı qapalı məkanların birində davam etmişdir. Üç saat ərzində problemlər həllini tapmış və Vikipediyanın Azərbaycan dilində olan bölməsinin inkişafı məqsədi ilə mühüm qərarlar qəbul edilmişdir. Tədbirdə 5-i idarəçi olmaqla, ümumilikdə 9 istifadəçi iştirak etmişdir.

I Milli Vikipediya ForumuRedaktə

LoqoRedaktə

İstinadlarRedaktə

Həmçinin baxRedaktə

Xarici keçidlərRedaktə


Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

A

Saytda 165 nəfər
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021