Azərbaycanda qəhvə Haqqinda Melumat - Vikipedia

Azərbaycanda qəhvə Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Azərbaycanda qəhvə

Azərbaycanda qəhvə getdikcə populyarlaşan içki növlərindən biridir. Ölkədə qəhvə mədəniyyəti son 10 ildə formalaşıb.[1] Azərbaycanda Starbucks, Gloria Jean's, Traveler's Coffee, Second Cup, Double Coffee, Coffeemania kimi qəhvəxana şəbəkələri fəaliyyət göstərir.[2]

Bakıda yerləşən bir Traveler's Coffee kafesi.

Tarix redaktə

Azərbaycan mətbəxinə qəhvə ərəblərlə uzunmüddəli əlaqələr nəticəsində daxil olmuşdur.[3] Kakao, qəhvə və s. kimi Şərq süfrəsinə məxsus içkilər keçmişdə kəndli ailələrinin məişətinə sirayət etməmişdir. İstisna kimi, şəhərin kübar ailələrində ziyafət süfrəsində qəhvə içilirdi.[4]

Mədəniyyət redaktə

2019-cu ilin yanvarında Azərbaycanda 3 günlük Bakı Qəhvə və Çay Festivalı baş tutmuşdur.[5] 2022-ci ildə isə Bakının Ağ Şəhər massivində Azərbaycanın ilk qəhvə festivalı keçirilmişdir.[6] "Coffest" adlı tədbir zamanı 30-dan çox kofeşopun, yerli və xarici qəhvə şirkətinin, 3 incəsənət mərkəzinin məhsulları sərgilənmişdir.[6]

İstehlak redaktə

Azərbaycanda qəhvə istehsal olunmasa da, qəhvə istehlakı son illər artmaqdadır. 2016-cı ildə Azərbaycana 120 min ton qəhvə gətirildiyi halda, bu göstərici 2017-ci ildə 240 min tona yüksəlib.[7]

İstinadlar redaktə

  1. "Qəhvə ehtiyacdır, mədəniyyət, ya dəb? - REPORTAJ". AzTV. 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2021.
  2. "Bakıda getdikcə populyarlaşan yad içki - PAYTAXTDA KOFE NEÇƏYƏDİR?". Fed (azərbaycan). 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2021.
  3. "Azərbaycan mətbəxinin yaranmasına və inkişafına təsir etmiş faktorlar". Azerbaijan.az (az.). 10 iyun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 noyabr 2022.
  4. MUSTAFAYEV, ARİF, AZƏRBAYCANIN MADDİ MƏDƏNİYYƏT TARİXİ (etnoqrafik materiallar əsasında tipoloji tədqiqat), Bakı: «Bakı Universiteti» nəşriyyatı, 2009
  5. "Bakıda Qəhvə və Çay festivalı keçirilir". İki Sahil (az.). 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2021.
  6. 1 2 "Azərbaycanda ilk beynəlxalq qəhvə festivalı keçirilir". Xalq qəzeti (az.). 16 oktyabr 2022. 2 noyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 noyabr 2022.
  7. "Dünyada ən çox qəhvə istehsal və istehlak edən ölkələr - SİYAHI". Yeni Avaz (az.). 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2021.

Saytda 107 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024