Azərbaycanda qeyri-dindarlıq Haqqinda Melumat - Vikipedia

Azərbaycanda qeyri-dindarlıq Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Azərbaycanda qeyri-dindarlıq

Azərbaycanda qeyri-dindarlıq müxtəlif sorğu və anketlərə görə müzakirəyə açıqdır[1]. İslam dininin şiə məzhəbi Azərbaycanda əsas üstünlük təşkil etməsinə baxmayaraq, ölkədə dini ibadətlə məşğul olan insanların sayı çox azdır[2]. Rəsmi ölkə siyahıyaalınmasında ateistləraqnostiklər sayılmadığı üçün Azərbaycandakı ateistlərin və aqnostiklərin sayını ölçmək çətindir.

Araşdırma və statistika redaktə

 
XIX əsrdə yaşamış azərbaycanlı modernist və Azərbaycanda ateizm hərəkatının qurucus olan Mirzə Fətəli Axundov.[3]

"Caucasus Research Resource Centers"-in 2010-cu ildə təxminən 2 min nəfər insanla apardığı araşdırmada iştirak edənlərin 28 faizi bildirmişdi ki, din onların həyatında çox mühüm yerə malikdir. İki il sonra bu araşdırma 1800 nəfər insanla yenidən həyata keçirilmiş, bu insanların 33 faizi din onların həyatında çox mühüm yerə malik olduğunu bildirmişdir. Bundan başqa, müsahibə götürülənlərin 44 faizi dinin onlar üçün "kifayət qədər vacib olduğunu" bildirmişdir. Yerdə qalan 23 faiz isə dinin onların həyatında nisbətən vacib və ya ümumiyyətlə əhəmiyyətsiz olduğunu demişdilər. Müsahibə götürülən insanların 77 faizinin dinin onların həyatı üçün həyati əhəmiyyətli və ya vacib olmasını bildirməsinə baxmayaraq, onların yalnız 2 faizi gündəlik dini ibadətləri yerinə yetirən şəxslər idi. Onların 3 faizində bu həftədə bir dəfə və ya çox, 20 faizi bəzən oruc tutur və təxminən yarısı heç vaxt buna əməl etmir.[4]

Yeni bir Gallup anketinə görə, Azərbaycan əhalisinin böyük hissəsini müsəlmanların təşkil etdiyi ölkələr arasında qeyri-dindarlığın ən çox üstünlük təşkil etdiyi ölkələrdən biridir və sorğuda iştirak edən insanların təxminən 53%-ü dinin həyatındakı əhəmiyyətini çox az və ya heç olmadığını bildirir[5]. Ölkə üzrə həmin sorğuda iştirak edən insanların yalnız 20%-i dinin həyatlarında vacib olduğunu bildirmişdir.[6] Gallup İnternational sorğuda iştirak edən azərbaycanlıların yalnız 34%-nin dini ayinlərə sadiq qaldığını bildirərək, 2005, 2008 və 2015-ci illərdə toplanmış məlumatlara əsasən Azərbaycanı ən az dindar olan 13-cü ölkə elan edib.[7]

2012-ci ildə "World Value Survey"-in bir hissəsi olaraq dinin insanların həyatında əhəmiyyəti ilə bağlı ölkələrin müqayisəli təhlili aparılmışdır. Sorğu sıfırdan birə qədər miqyasda aparılıb, burada sıfır işarəsi dinin "heç də vacib olmadığını", bir işarənin isə "son dərəcə vacib" olduğunu bildirir. Bu sorğunun nəticələrinə görə, Azərbaycanın indeksi 0,52 olub və 80 iştirakçı ölkə arasında 33-cü yeri tutub.[8][9]

"Caucasus & Globalization" adlı jurnala görə, sorğuda iştirak edən dindarların sayı 62,7%, çox dindarlar isə 6,4% təşkil edib. Respondentlərin 10,6%-i cavab verməkdə çətinlik çəkib. Anket zamanı eyni zamanda dinin gündəlik həyatdakı əhəmiyyəti soruşulmuşdur. Verilən cavablar göstərir ki, onların 11 faizi dinin çox əhəmiyyətli rolunun, 25.7 faizi vacib rolunun düşünür, 41 faizi məsələyə daha mötədil yanaşır. Yerdə qalanlar isə dinin həyatlarında əhəmiyyətsiz rol oynadığını və ya ümumiyyətlə heç bir rolunun olmadığını bildirib.

2005-ci ildə yeni bir anket aparılmış və nəticələrdən bəlli olmuşdur ki, Azərbaycanın 12 bölgəsindən olan əhalinin 87 faizi özünü dindar olaraq təqdim edərkən, 10 faizi özünün ateisdən çox dindarlığa yaxın olduğunu bildirmişdir. Cəmi 1 faiz isə özünün ateist olduğunu demişdir.[10]

"Pew Research Center"-ə görə, əhalinin 99.4 faizi müsəlman olmuşdur. Eyni araşdırma mərkəzinin 2010-cu ildə həyata keçirdiyi anket nəticələrinə görə, 96.9 faiz əhali müsəlman olduğunu bildirmiş, 1 faiz insan isə özünün heç bir dinə aid olmadığını dilə gətirmişdir.[11][12][13]

Steve Crabtree və Brett Pelhamın 2009-cu ildə bildirdiyinə görə, Azərbaycan dünyada ən az dindar olan ölkələr arasında 11-ci yerdədir. Onlar bu sıralamanı əsaslandırarkən, Azərbaycanda cəmi 21 faiz insanın dinin onların həyatında mühüm rol oynadığını bildirməsini qeyd etmişdirlər.[14]

Hökumət Azərbaycanın islami irsini və dəylərini rəsmi olaraq tanısa da, aktiv şəkildə ölkənin dünyəvi orientasiyasını qüvvətləndirməklə məşğuldur. Azərbaycanda dövlət məktəblərində dini dərslər keçirilməməkdədir, məscidlər fəaliyyət göstərə bilmək üçün qeydiyyatdan keçməlidir və dini materiallar satan kitab dükanlarındakı obyektlər ciddi yoxlamadan keçirilməkdədir. "Eurasianet"in müşahidəsinə görə, 2013-cü ildə Azərbaycanın kimliyinə istinadlar sırf dünyəvi məsələlərə aid omluşdur - ölkənin sürətlə inkişaf edən neft-qaz sənayesi, Bakı şəhərinin mərkəzinin dəyişdirilməsi və ya bu ilin fevralında Cənubi Qafqazın ilk rabitə peykinin orbitə buraxılması.


Radikal nümunə kimi sələfilik redaktə

Azərbaycanda sünni İslam daxilində qızğın mühafizəkar cərəyan olan sələfiliyin az sayda ardıcıllarına rast gəlinir. Sələfilər üçün spirtli içkilərdən uzaq olmaq və təvazökar geyim formaları kimi əməllər mütləqdir. Bakıda tikinti işlərində çalışan 36 yaşlı sələfi Ramin Həmzəyev bu barədə demişdir:[2]

Dünyəvi olmaq o deməkdir ki, insan dünyanın ləzzətlərindən zövq almaq istəyir. İslamın dedikləri bunun ziddinədir. O ləzzətlər müsəlmanlara haramdır.


Bir çox azərbaycanlı sələfiliyə şübhə ilə yanaşmaqdadır. 1990-cı illərdə Səudiyyə Ərəbistanından Azərbaycana ixrac edilən bu dini cərəyan heç bir zaman özünə geniş izləyici kütləsi toplaya bilməmişdir.[2]

XX əsr redaktə

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti bolşeviklər tərəfindən işğal edildiAzərbaycan sovetləşdirildi. 1922-ci ildə isə, Sovet Azərbaycanı SSRİ-in bir hissəsinə çevrildi. Sovet İttifaqında ateizm mühüm rol oynayırdı və dövlət ideologiyasının əhəmiyyətli bir hissəsi idi. Buna görə də, Azərbaycan dövlət orqanlarının dinə yanaşmasının ciddi təsirlərinə məruz qaldı. Eyni zamanda, məscidlər dağıdıldı, beləliklə, 1933-cü ildə cəmi 33 məscid fəaliyyət göstərməkdə idi. 1967-ci ildə Ateizm Tarixi Muzeyi yaradıldı və bu muzeyin adı Sovet İttifaqının dağılmasından sonra Din Tarixi Muzeyi ilə əvəz edildi.[15]

Azərbaycan Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinın sabiq sədr müavini Elçin Əsgərov bildirir ki, əksəriyyəti şiə müsəlman olan azərbaycanlılar sovet hakimiyyətinin sonlanmasından sonra keçmiş sovet millətləri kimi alternativ ideologiya axtarışına çıxdı və dinə yönəldi. Lakin Azərbaycan nümunəsində bəlli olur ki, bu yönəlmə ümumi olaraq dünyəvi ənənələri zədələməmişdir. Əsgərov əlavə edir:[2]

Azərbaycanlı dindarların çoxu heç vaxt məscidə getmirlər, onların İslamın təsvir etdiyi kimi öz yaşam tərzlərini dəyişdirmirlər. İslam onlar üçün bir həyat tərzi deyil. Ölkənin sosial və siyasi həyatının İslamın diktə etdiyi qaydalarla ziddiyyət təşkil etməsi onların vecinə deyil.

Ölkənin 10 milyonluq əhalisinin 40 faizdən bir qədəri 25 yaşdan aşağıdır. Buna diqqət çəkərək Əsgərov əlavə edir:[2]

...sovet təhsilli [vətəndaşlar]...onlar çox dünyəvidirlər. Onlar dini ənənələrlə böyüdülməmişdirlər. Beləliklə, onlar İslam barədə tənqidi ola bilirlər; onlar bunu [islamı] sorğulamaqda problem görmürlər.

Lakin bu cür tənqidi münasibət ailəsində yeganə dindar olan 23 yaşlı IT mütəxəssisi, başqa bir sələfi məzhəbi olan Fərid İbrahimovu narahat edir. O deyir ki, atası ona saqqal saxlamamağı və məscidə getməməyi tövsiyə edir, anası isə hicab taxmaqdan imtina edir:[2]

Atam həyat qısadır, sadəcə əylənin deyəndə çox məyus oluram...Azərbaycanlıların əksəriyyəti İslam dini haqqında savadsızdır. Onlar bunu geridə qalmış bir şey kimi görürlər. Ailəmlə maraqlana bilmirəm, çünki onlar axirətə inanmırlar.

Azərbaycan əhalisi dövlət təzyiqi və təqibinə görə özünün dini düşüncələrini gizlədirdi. Bu "imanın ehtiyat üçün gizlədilməsi"nə Quranda icazə verilsə də, bu müvəqqəti olmalı və yalnız imanın formal yoxluğunu ehtiva etməli idi. Hər bir halda, "imanın gizlədilməsi" dövrü 1922-ci ildən 1991-ci ilə qədər davam etdi və 1991-ci ildə Azərbaycan yenidən müstəqilliyini qazandı. 70 il müddətində imanın tərk edilməsi Azərbaycan əhalisinin dindarlıq qavramının da formalaşmasına təsir etdi.[16]

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. "Religion, Nation and Democracy in the South Caucasus". Routledge. 10 oktyabr 2014. 2020-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-26 – Google Books vasitəsilə.
  2. 2,0 2,1 2,2 2,3 2,4 2,5 "Azerbaijan: Islam Comes with a Secular Face". Eurasianet. 2018-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-16.
  3. Iovchuk və başqaları, 1971
  4. "Azerbaijan: Islam Comes with a Secular Face". eurasianet.org. 15 avqust 2013. 2023-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2023.
  5. GALLUP WorldView Arxivləşdirilib 2020-04-07 at the Wayback Machine — data accessed on 16 August 2013
  6. "Gallup: "Azerbaijan is ranking 5th in the list of most atheistic countries of the world"". Today. 2014-10-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-17.
  7. Oliver Smith. "Mapped: The world's most (and least) religious countries". www.telegraph.co.uk. 14 yanvar 2018. 2021-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 avqust 2023.
  8. "WVS Wave 6 (2010-2014)". www.worldvaluessurvey.org. 2012. 2021-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 avqust 2023.
  9. -Коротаев А. В., Столярова Т. И., Халтурина Д. А. "Религиозность в странах современного мира: сравнительный анализ". Историческая психология и социология истории. 2012. 2021-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 avqust 2023.
  10. Алиев Фуад. "Возрождение ислама в Азербайджане: процесс и политические импликации". Политологические науки. 2007. 2023-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 avqust 2023.
  11. Oliver Smith. "Mapped: The world's most (and least) religious countries". The Telegraph. 15 aprel 2017. 2021-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 avqust 2023.
  12. Rick Noack. "Map: These are the world's least religious countries". The Washington Post. 14 aprel 2015. 2020-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 avqust 2023.
  13. Benjamin Elisha Sawe. "Religious Beliefs In Azerbaijan". www.worldatlas.com. 25 aprel 2017. 2020-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 avqust 2023.
  14. Dobroslawa Wiktor-Mach. "MEASURING MUSLIMS: THE PROBLEMS OF RELIGIOSITY AND INTRA-RELIGIOUS DIVERSITY" (PDF). Annual Review of the Sociology of Religion. 17 may 2018. 10 oktyabr 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30 avqust 2023.
  15. "General information". The Museum Center of the Ministry of Culture of the Azerbaijan Republic. 2 noyabr 2009. 23 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 avqust 2023.
  16. Исламская палитра Азербайджана. "Arif Yunusov" (PDF). Institution of Peace and Democracy. 2012. 2021-03-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30 avqust 2023.

Mənbə redaktə


Saytda 97 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023