Azərsilah Haqqinda Melumat - Vikipedia

Azərsilah Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

"Azərsilah" (tam adı: “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti; 19.01.2019–20.06.2019) — Azərbaycan Respublikasındakı açıq səhmdar cəmiyyətlərdən biri. "Azərsilah" qabaqcıl texnologiyaları tətbiq etməklə Azərbaycanda silah istehsalını, ixracını, ölkə daxilində və xaricdə onların satışının təşkilini həyata keçirən, müasir menecment və korporativ idarəetmə standartları əsasında tabeliyində olan müəssisələrin fəaliyyətinin əlaqələndirilməsini və müvafiq sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirən kommersiya hüquqi şəxsidir[1].

Azərsilah
Növü Açıq Səhmdar Cəmiyyəti
Yaranma tarixi 19 yanvar 2019
Ləğvolma tarixi 20 iyun 2019
Mərkəzi

Tarixi redaktə

"Azərsilah" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin əsasında yaradılmışdır[1].

20 iyun 2019-cu ildə "Azərsilah" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 yanvar tarixli 466 nömrəli Fərmanı ləğv edilmişdir.[2]

Rəhbərlik redaktə

Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən – İdarə Heyətinin sədrindən və onun iki müavinindən ibarət İdarə Heyəti həyata keçirir[1]. Onları Azərbaycan Respublikası Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. 1 2 3 “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı Arxivləşdirilib 2020-12-05 at the Wayback Machine. president.az, 14.01.2019  (az.)
  2. ""Azərsilah" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 yanvar tarixli 466 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2019-cu il tarixli Fərmanı" (az.). president.az. 2019-06-20. 2019-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-20.

Saytda 79 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024