Azərxalça Haqqinda Melumat - Vikipedia

Azərxalça Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

"Azərxalça" — Səhmləri Azərbaycan dövlətinə məxsus olan Açıq Səhmdar Cəmiyyət.[1] İdarə Heyətinin sədri Emin Səlhab oğlu Məmmədov (18 mart 2021-ci ildən).[2]

"Azərxalça" ASC-nin loqotipi

Tarixi redaktə

"Azərxalça"nın tarixi XX əsrin birinci yarısından başlayır.

Azərbaycan Respublikası Prezidentinin 5 may 2016-cı il tarixli Sərəncamına əsasən "Azərxalça" Elmi Yaradıcılıq İstehsalat Birliyi ləğv edilmiş, əvəzində "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır.[1]

Fəaliyyəti redaktə

Cəmiyyət Azərbaycan Respublikasında xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.[1]

Rəhbərlik redaktə

Cəmiyyətin İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.[1]

İstinadlar redaktə

  1. 1 2 3 4 “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Arxivləşdirilib 2021-10-20 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 5 may 2016-cı il tarixli, 2032 nömrəli Sərəncamı. e-qanun.az  (az.)
  2. V.A.Muradovun “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Arxivləşdirilib 2021-10-20 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2016-cı il tarixli, 2105 nömrəli Sərəncamı. e-qanun.az  (az.)

Xarici keçidlər redaktə


Saytda 87 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023