Azimut Haqqinda Melumat - Vikipedia

Azimut Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Azimut (ərəb. السمت‎ əs-simt) — mənası "istiqamət" deməkdir. Şimala olan istiqamətlə verilən istiqamət arasında qalan və saat əqrəbinin hərəkəti üzrə ölçülən bucaqlara azimut deyilir. Azimutun dərəcə qiyməti 0°-360° arasında dəyişir.

Azimutu kompasla, planda isə transportirlə ölçürlər. Planda cəhətləri təyin etmək üçün şimala olan istiqaməti bilmək lazımdır. Şimala olan istiqamət adətən planın kənarında ox vasitəsilə göstərilir. Ox verilmədikdə isə planın yuxarısı şimal, aşağısı cənub, sağı şərq, solu qərb hesab olunur.

Yerli əlamətlərə görə cəhətlərin təyini redaktə

Tutqun havada kompas olmadıqda cəhətlər aşağıdakı yerli əlamətlərə görə təyin edilir.

  • mamırlar və şibyələr əşyaların şimal tərəfində yaxşı inkişaf edir.
  • tək dayanan ağacın qol-budağı cənub tərəfdə qalın olur.
  • qarışqa yuvaları ağacların, kolların cənub tərəfində yerləşir və s.[1]

Mənbə redaktə

Həmçinin bax redaktə


Saytda 186 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024