Azərbaycan Respublikasının əməkdar maşınqayıranı Haqqinda Melumat - Vikipedia

Azərbaycan Respublikasının əməkdar maşınqayıranı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Azərbaycan SSR əməkdar maşınqayıranı

Azərbaycan SSR-də mövcud olmuş fəxri ad
(Azərbaycan Respublikasının əməkdar maşınqayıranı səhifəsindən istiqamətləndirilmişdir)

Azərbaycan SSR əməkdar maşınqayıranı (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар машынгајыраны) — Azərbaycan SSR-də maşınqayırma sənayesi sahəsində fərqlənmiş şəxslərə 1983-cü ildən verilən fəxri ad.

Azərbaycan SSR əməkdar maşınqayıranı
Азәрбајҹан ССР әмәкдар машынгајыраны

Ölkə Azərbaycan Azərbaycan SSR
Tip fəxri ad
Kimə verilir maşınqayırma sənayesi qabaqcıllarına
Təltif edir
Status verilmir
Statistika
Təsis tarixi 26 avqust 1983

Tarixi və əsasnaməsi redaktə

"Azərbaycan SSR əməkdar maşınqayıranı" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 avqust 1983-cü il tarixli Fərmanı ilə təsis edilmişdir.[1]

Fəxri ad maşınqayırma müəssisələrinin, birliklərinin, elmi-tədqiqat və digər idarələrinin bu sahədə azı 15 il işləmiş fəhlələrinə, mühəndis-texnik işçilərinə verilirdi.[1]

5 fevral 1991-ci ildə Azərbaycan SSR-in Azərbaycan Respublikası adlandırılmasından, daha sonra isə Azərbaycanın müstəqillik əldə etməsindən sonra "Azərbaycan SSR əməkdar maşınqayıranı" fəxri adı heç bir hüquqi sənəd qəbul olunmadan 1993-cü ilədək "Azərbaycan Respublikasının əməkdar maşınqayıranı" adı ilə verilmişdir.

İstinadlar redaktə

  1. 1,0 1,1 Азәрбајҹан ССР фәхри адларынын мүәјјән едилмәси вә Азәрбајҹан ССР дөвләт тәлтифләри һаггында Әсаснамәнин тәсдиг олунмасы барәсиндә Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин Фәрманы // Азәрбајҹан Совет Сосиалист Республикасы Али Советинин Мә’луматы. № 16 (654). Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 31 август 1983-ҹү ил. С. 14–23.

Həmçinin bax redaktə


Saytda 163 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024