Azərbaycan milli amputant futbol komandası Haqqinda Melumat - Vikipedia

Azərbaycan milli amputant futbol komandası Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Azərbaycan milli amputant futbol komandası

Azərbaycan milli amputant futbol komandası – Azərbaycanı beynəlxalq arenada təmsil edən amputant futbol komandası.

Azərbaycan milli amputant futbol komandası
AssosiasiyaAAFF
KonfederasiyaEAFF
Baş məşqçiElnur Sadıqov
Amputant futbol üzrə Avropa çempionatı
İştirak1 (İlk dəfə: 2024)

İdarəetmə və heyət redaktə

Milli komanda Rövşən Quliyevin prezidenti olduğu[1] və Avropa Amputant Futbol Federasiyasının üzvü olan Azərbaycan Amputant Futbol Federasiyası tərəfindən idarə olunur.[2] Azərbaycan Futbol Federasiyaları AssosiasiyasıMinatəmizləmə Agentliyi komandaya dəstək göstərirlər.[3]

Komandanın hazırkı heyəti əsasən Ermənistanın Azərbaycanda yerləşdirdiyi minaların partlaması nəticəsində xəsarət alan futbolçulardan ibarətdir.[4] Komandaya "Qarabağ" amputant futbol klubunun kapitanı[5] Elnur Sadiqov rəhbərlik edir.[6]

Tarixi redaktə

Milli komanda ilk olaraq 2023-cü ildə Avropa Amputant Futbol Federasiyası tərəfindən Şotlandiyada keçirilən Millətlər Liqasında iştirak etmişdir. Turnirin D divizionunda Niderland, Şotlandiya, Albaniya və Kosovo milliləri ilə qarşılaşan komanda 2-ci yeri tutaraq gümüş medalları qazanmış və 2024-cü ildə Fransada keçiriləcək amputant futbol üzrə Avropa çempionatına vəsiqə əldə etmişdir.[7] Milli komanda turnirin C qrupununda Türkiyə, İrlandiya və İsrail milliləri ilə mübarizə aparacaq.[8]

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. "Adil Əliyev əlil futbolçularla görüşdü: Qarabağ əlilləri futbol veteranlarının qapısını xəlbirə çevirdilər – 7-4". Ovqat.com. 7 noyabr 2021. 8 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2024.
  2. "EAFF Members". Avropa Amputant Futbol Federasiyası (ingiliscə). 8 may 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2024.
  3. "Azərbaycan milli komandası 2-ci yerlə AVRO-2024-ə vəsiqə qazanıb". Mediasport. 30 oktyabr 2024. 8 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2024.
  4. "Azərbaycanın amputasiya olunmuş şəxslərdən ibarət komandası Şotlandiyada yarışa qatılıb". Report.az. 28 oktyabr 2023. 1 November 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2024.
  5. ""Qarabağ" amputant komandasının kapitanı yarımfinalda topa ilk zərbəni vurdu - FOTOLAR". Sport24. 29 aprel 2022. 9 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 may 2024.
  6. "Azərbaycan amputant millisinin rəhbəri Avropa çempionatında arzuolunan rəqibləri açıqlayıb". İki Sahil. 1 fevral 2024. 8 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2024.
  7. "Azərbaycanın amputant futbolçulardan ibarət millisi Avropa çempionatına vəsiqə qazanıb VİDEO". Azərtac. 20 oktyabr 2023. 8 may 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2024.
  8. "Azərbaycan amputant millisi Türkiyədə təlim-məşq toplanışında olub". Report.az. 8 may 2024. 8 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2024.

Ən Son Axtarılanlar

Dostlarınla Paylaş

Saytda 64 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024