Azərbaycanda növbəti parlament seçkiləri Haqqinda Melumat - Vikipedia

Azərbaycanda növbəti parlament seçkiləri Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Azərbaycanda növbəti parlament seçkiləri

Azərbaycanda növbəti parlament seçkiləri — Azərbaycanda 2024-cü ilin noyabr ayında və ya 2025-ci ilin fevral ayında Azərbaycan Respublikasının Milli Məclisinin VII çağırış üzvlərinin seçilməsi üçün keçirilməsi gözlənən seçkilər.

← 2020  Azərbaycan
Azərbaycanda növbəti parlament seçkiləri
ən gec 3 noyabr 2024
Rəhbər İlham Əliyev Sabir Rüstəmxanlı Fəzail Ağamalı
Partiya Yeni Azərbaycan Partiyası Vətəndaş Həmrəyliyi Partiyası Ana Vətən Partiyası
Rəhbər Elşən Musayev Fazil Mustafa Asim Mollazadə
Partiya Azərbaycan Demokratik Maarifçilik Partiyası Böyük Quruluş Partiyası Demokratik İslahatlar Partiyası
Rəhbər Qüdrət Həsənquliyev Tahir Kərimli
Partiya Ədalət, Hüquq, Demokratiya Partiyası Vəhdət Partiyası

Majoritar seçki sistemi ilə keçirilən seçkilərdə Azərbaycan Respublkasının Milli Məclisinin 125 deputatının seçilməsi nəzərdə tutulur.

Zəmin redaktə

COVID-19 pandemiyası redaktə

II Qarabağ müharibəsi redaktə

Boş qalan mandatlar redaktə

Növbədənkənar prezident seçkiləri redaktə

Müzakirələr redaktə

Son parlament seçkiləri növbədənkənar olaraq 9 fevral tarixində keçirildiyi üçün növbəti seçkilərin tarixi ilə bağlı daim müzakirələr olmuşdur. 2024-cü ilin ilk yarısında isə növbədənkənar seçkilər keçiriləcəyi iddia edilmişdir. Belə ki, Ədalət, Hüquq, Demokratiya Partiyası sədri deputat Qüdrət Həsənquliyev,[1] Respublikaçı Alternativ Partiyası üzvü deputat Erkin Qədirli,[1] partiyanın icraçı katibi Natiq Cəfərli,[2] sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn,[1] sabiq deputat Abutalıb Səmədov,[2] Azərbaycan Milli İstiqlal Partiyası sədri Arzuxan Əlizadə[1] də anoloji fikirləri səsləndirmişdir.

2 may 2024-cü il tarixində Mərkəzi Seçki Komissiyasının iclası keçirilmiş və ardınca sədr Məzahir Pənahov seçkilərin tarixi ilə bağlı müzakirələrə aydınlıq gətirmişdir. O, qanunvericiliyə əsasən parlament seçkilərinin 2024-cü ilin noyabrında keçirilməli olduğunu qeyd etmiş, lakin həmin ərəfədə ölkədə COP29 tədbirinin keçiriləcəyi üçün seçkilərin önə çəkilməsi ilə bağlı qərarın verilə biləcəyini qeyd etmişdir.[3]

Partiyalardakı vəziyyət redaktə

Son parlament və prezident seçkilərində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası adı ilə iştirak etmiş partiya 16 mart 2024-cü il tarixində qurultay keçirərək adını Ədalət, Hüquq, Demokratiya Partiyası olaraq dəyişdirmişdir.[4]

Respublikaçı Alternativ Partiyası parlament seçkiləri ilə əlaqədar Seçki Qərargahı yaratmış və partiyanın Siyasi Komitəsinin üzvü Rəsul Cəfərov qərargahın sədri təyin edilmişdir. Qərargah partiya daxili ilkin seçki ilə (praymeriz) namizədlərin müəyyən olunması ilə bağlı işlər yürüdür. 1 aprel tarixində verilən məlumata görə partiya 16 nəfərin namizədliyini ilkin mərhələdə təsdiq etmişdir.[5]

Vətəndaş Həmrəyliyi Partiyası 50 seçki dairəsi üzrə namizəd olacaq şəxslərin siyahısını təsdiqləmişdir.[6]

Ağ Partiya, Azad Vətən Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Böyük Quruluş Partiyası, Gələcək Azərbaycan Partiyası və Yeni Zaman Partiyası da seçkilərdə iştirak edəcəyini açıqlamışdır.[7][8]

Respublikaçı Alternativ Partiyası Siyasi Komitəsinin sədri İlqar Məmmədov seçkilərdə namizədliyini 22 saylı Nəsimi-Yasamal seçki dairəsi üzrə irəli sürəcəyini açıqlamış, partiyanı uğura gətirməyəcəyi və ya qələbə üçün yetərli səs qazanmayacağı təqdirdə siyasətdən gedəcəyini elan etmişdir.[9]

Seçkilərdən öncə, yəni 4 may tarixində Müsavat Partiyası XI Qurultayını keçirmək qərarı almışdır.[10] Qurultaydan öncəki Məclis toplantısında sədr Nüşabə Sadıqlı sabiq başqan İsa Qəmbərin başqan namizədi olması təklifini irəli sürmüşdür.[11] O zamanadək isə sədr müavini Osman Kazımov və Natiq Ulubəy başqanlığa namizəd olmuşdur. İsa Qəmbər 29 aprel tarixində başqanlığa namizədliyini irəli sürmüşdür,[12] digər namizədlər isə ardınca namizədliklərini geri çəkmişdir.[13][14]

Azərbaycan Milli İstiqlal Partiyası sədri Arzuxan Əlizadə 26 saylı Sabunçu birinci seçki dairəsi üzrə deputatlığa namizəd olacağını açıqlamışdır.[15]

Seçki sistemi redaktə

İstinadlar redaktə

  1. 1 2 3 4 "Növbədənkənar parlament seçkiləri..." Pravda.az. 2024-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-22.
  2. 1 2 "Parlament seçkiləri, yoxsa referendum?". Məhəmməd Ərsoyun BLOQU. 2024-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-22.
  3. "Məzahir Pənahov: Noyabrda parlament seçkiləri olmalıdır, müddət önə də çəkilə bilər | Report.az". report.az. İstifadə tarixi: 2024-05-03.
  4. moderator.az. "BAXCP-nin adı dəyişdirldi – ƏHD Partiyası adlanacaq". moderator.az (az.). 2024-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-18.
  5. BestApp.az. "REAL deputatlığa namizədlərini müəyyənləşdirir". -Yeni Sabah- (az.). 2024-04-01. İstifadə tarixi: 2024-04-11.
  6. Qocayev, İsmayıl. "Partiyalar erkən parlament seçkilərinə hazırlaşır". sherg.az (az.). 2024-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-11.
  7. bizim.media. "Partiyalar parlament seçkilərinə necə HAZIRLAŞIR? – SORĞU". bizim.media (az.). 2024-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-11.
  8. Bakupost.az. "Müxalifət seçkiyə hazırlaşır: "Hətta seçki qərargahı da yaratmışıq" - Sorğu". www.bakupost.az (az.). İstifadə tarixi: 2024-04-17.
  9. ""Deputat olmasam siyasətdən gedəcəm" - » Gundeminfo.az". Gundeminfo.az. İstifadə tarixi: 2024-04-11.
  10. Gudratli, Rufat. "Müsavat qurultay çağırdı: İsa Qəmbər başqanlığa qayıdır?". Cebhe Info (az.). İstifadə tarixi: 2024-04-22.
  11. "Müsavat qurultay çağırdı: İsa Qəmbər başqanlığa qayıdır?". Məhəmməd Ərsoyun BLOQU. İstifadə tarixi: 2024-05-03.
  12. "İsa Qəmbər rəsmən namizəd oldu — Foto". Qafqazinfo (az.). 2024-04-29. İstifadə tarixi: 2024-05-03.
  13. "Osman Kazımov geri çəkildi - "İsa Qəmbərin qərarı ilə..."". Teleqraf.com (az.). 2024-04-30. İstifadə tarixi: 2024-05-03.
  14. modern.az. "İsa Qəmbər Müsavat başqanlığına yeganə namizəd olacaq". modern.az (az.). İstifadə tarixi: 2024-05-03.
  15. "AMİP sədri deputatlığa namizəd olacaq?". Məhəmməd Ərsoyun BLOQU. İstifadə tarixi: 2024-05-03.

Saytda 133 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024