Böyük dayaq (roman) Haqqinda Melumat - Vikipedia

Böyük dayaq (roman) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Böyük dayaq (roman)

Böyük dayaqMirzə İbrahimovun romanı.

Böyük dayaq
azərb. Böyük dayaq
Müəllif Mirzə İbrahimov
Orijinal dili Azərbaycan dili
Yazılma ili 1957
Nəşr ili 1957
Nəşriyyat Uşaqgəncnəşr (ilk nəşri)

Mövzu redaktə

Əsər 1957-ci ildə yazılmışıdr. M. İbrahimovun bu əsəri sovet dövrü Azərbaycan ədəbiyyatında kəndin mənəvi həyatından və problemlərindən, eləcə də şəxsiyyətə pərəstiş dövrünün törətdiyi çətinliklərdən bəhs edən ilk romandır. Məlumdur ki, sovet dövrü Azərbaycan ədəbiyyatında kənd həyatı birtərəfli şəkildə təsvir olunub. Bu, bir tərəfdən sosialist realizmi deyilən yaradıcılıq metodunun, digər tərəfdən isə şəxsiyyətə pərəstiş dövrünün tələbləri ilə bağlı olub.[1] Ailə və məişət zəminində yenilik və konflikt əsasında qurulan əsərin əsas sujet xəttini kolxoz təsərrüfatının inkişaf yolları, ona rəhbərlik üsulu təşkil edir. Latış ədəbiyyatşünası Y. Çakurs Mirzə İbrahimovu "böyük dünyəvi problemlər qaldıran qüdrətli ədib" kimi səciyyələndirir, "Böyük dayaq" əsərinin ümumxalq şöhrətini onun sənətkarlıqla, ilhamla təsvirində, xəlqiliyində görür, maraqlı xarakterlərə, Azərbaycan torpağının misilsiz təbiətinə və müasir həyatına heyranlığını bildirir. Mirzə İbrahimovun "Böyük dayaq" ictimai-psixoloji romanı bir sıra müasir və aktual problemlərə vaxtında toxunduğuna görə, ciddi sosial əhəmiyyət kəsb edir. Sənətkarın irihəcmli sanballı əsərləri milli romana yeni keyfiyyətlər daxil etməklə yanaşı, müasir ədəbiyyatın yaradıcılıq üfüqlərini genişləndirir.

Obrazlar redaktə

Rüstəm kişi, Maya, Qaraş, Şirzad, Qızyetər, Pərşan, Səkinə, Telli, Yastı Salman, Lal Hüseyn, Yarməmməd, Kələntər

Əsərdə işlənən folklor janrları redaktə

Qoşma, Bayatı, Sayaçı sözləri, alqış, qarğış, eyham, Atalar sözü və məsəllər, atmaca, məişət nəğmələri, "Muğam" əfsanəsi, xalq oyunu, xalq sınamaları[2]

Həmçinin bax redaktə

Mənbə redaktə

  • Qarayev Y. "Meyar şəxsiyyətdir". Bakı, Yazıçı, 1988
  • İbrahimov M. Əsərləri X cilddə, Bakı, Yazıçı, 1979

İstinadlar redaktə

  1. "Arxivlənmiş surət". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-13.
  2. Fazil Əliyev. Mirzə İbrahimov və xalq yaradıcılığı. Bakı: Elm və təhsil. 2013. səh. 164.

Saytda 149 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024