Böyükağa Şahverdiyev Haqqinda Melumat - Vikipedia

Böyükağa Şahverdiyev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Böyükağa Şahverdiyev

İkinci Qarabağ müharibəsi şəhidi

Böyükağa Şahverdiyev (15 iyun 1998, Biləsuvar rayonu8 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Böyükağa Şahverdiyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Biləsuvar rayonu, Azərbaycan
Vəfat tarixi (22 yaşında)
Vəfat yeri Füzuli, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Cəbrayılın azad olunmasına görə" medalı

Həyatı redaktə

Böyükağa Savalan oğlu Şahverdiyev 15 iyun 1998-ci ildə Biləsuvarda məcburi köçkünlər üçün salınmış çadır şəhərciyində anadan olub. Uşaq olarkən atasını itirib. Cəbrayıl rayon 10 nömrəli orta məktəbdə təhsil alıb. 2015-ci ildə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olunub. 2019-cu ildə universiteti bitirib həqiqi hərbi xidmətə yollanıb. Azərbaycan Silahlı Qüvvələrinin Sumqayıt şəhərində yerləşən "N" saylı hərbi hissəsində qulluq edib. 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsinə qatılıb. Cəbhənin Cəbrayıl, Füzuli, istiqamətlərində döyüşlərdə minaatan vəzifəsində iştirak edib. Düşmənin çoxsaylı canlı qüvvəsini və texnikasını məhv edib. 8 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. 9 oktyabr 2020-ci ildə Biləsuvardakı "Cəbrayıl qəsəbəsi"ndə salınmış Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib[2][3][4].

Təltifləri redaktə

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). 8 dekabr 2020. 8 dekabr 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 10 mart 2021.
  2. Şəhanə Müşfiq. "Əbədiyyətdəki əziz ünvanlarımız - Şəhidlər ölməz, Vətən bölünməz!" (az.). 525-ci qəzet. 4 mart 2020. 10 mart 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2021.
  3. "Çadırda doğuldu, döyüşüb aldığı yurdunda dəfn edildi - Foto" (az.). axar.az. 30 yanvar 2021. 10 mart 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2021.
  4. "İqtisad Universitetinin şəhid məzunu - Böyükağa Şahverdiyev" (az.). unec.edu.az. 26 yanvar 2021. 2021-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2021.
  5. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 mart 2021.
  6. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı". 24.12.2020. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2021.

Saytda 63 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023