Böyükağa Mirsalayev Haqqinda Melumat - Vikipedia

Böyükağa Mirsalayev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Böyükağa Mirsalayev

talış əsilli Azərbaycan ictimai və siyasi xadimi

Böyükağa Mirsalayev (22 yanvar 1893, Rəzgov, Lənkəran qəzası8 yanvar 1938) — Azərbaycanın talış əsilli marifçisi,[1][2] Zaqafqaziya KP(b)MK-nın II katibi, 1925-ci ildə Azərbaycan Kommunist Partiyası Qazax Qəza Komitəsinin birinci katibi, 1927-ci ildə isə Azərbaycan Kommunist Partiyası Nuxa Qəza Komitəsinin birinci katibi, 1929-cu ildə Azərittifaqın rəyasət heyətinə sədri, 1930-cu ildə Lənkəran dairə icraiyyə komitəsinin sədri.

Böyükağa Mirsalayev
tal. Мирсалајев Бекәғә
1930 – 1936
Əvvəlkivəzifə təsis edilib
SonrakıÜmid Süleymanov
1930 – 1930
Əvvəlkivəzifə təsis edilib
Sonrakıvəzifə ləğv edilib
bayraq
Lənkəran Dairə Sovetinin sədri
bayraq2
1930 – 1930
Əvvəlkivəzifə təsis edilib
Sonrakıvəzifə ləğv edilib
bayraq
"Azərittifaq"ın Rəyasət Heyətinin sədri
bayraq2
1929 – 1930
bayraq
Azərbaycan Kommunist Partiyası Nuxa Qəza Komitəsinin birinci katibi
bayraq2
1927 – 1929
Sonrakıvəzifə ləğv edilib
bayraq
Azərbaycan Kommunist Partiyası Qazax Qəza Komitəsinin birinci katibi
bayraq2
1925 – 1927
Şəxsi məlumatlar
Doğum tarixi 22 yanvar 1893(1893-01-22)
Doğum yeri
Vəfat tarixi 8 yanvar 1938(1938-01-08) (44 yaşında)
Partiya
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Böyükağa Əbülfət oğlu Mirsalayev 1893-cü il yanvarın 22-də Lənkəran qəzasının Zuvand nahiyyəsinin (indiki Lerik rayonu) Mistan kənd cəmiyyətinin Rəzqov (Rəzqo) kəndində anadan olmuşdur. Böyukağa Mirsalayev 1906-cı ildə 13 yaşında yeniyetmə ikən Bakı şəhərinə köcmuşdur. Uşaq yaşlarından əmək fəaliyyətinə neft mədənlərində başlamışdır. Fəhləlik eləməklə bərabər, o, həm də öz elmini artıqmaqda, savadlanmaqdanda geri qalmırdı. Sabunçudakı üç sinifli məktəbdə təhsil alırdı və oranı bitirmişdir. Sonralar işlədiyi müəssisələrdə inqilabi fəaliyyət göstərmişdir. Bir kəndli balasının dunyagöruşu formalaşdıqca onda zülmə və zülmkarlığa qarşı nifrət hissi güclənmişdir. 1918-ci ildə Böyukağa doğma kəndinə Rəzqova qayıdır. Mistan kənd cəmiyyətinin kəndxudasının katibi işləyir. Bu dövrdə Böyükağa Lənkəranda və Zuvandda quldur dəstələrinin özbaşınalığına qarşı mübarizə aparır. Buna baxmayaraq o, həm də, doğma məmləkətdə öz inqilabi təbliğatını aparırdı. Xalqı zülmkarlığa qarşı səsləyirdi.

Sovet hakimiyyəti qələbə çaldıqdan sonra isə Böyükağa Mirsalayev Moskvada UİK/B/P Mərkəzi Komitəsi yanında qəza komitə katibləri hazırlayan birillik kursu bitirir. Gözəl nitq qabiliyyətinə və yüksək savad potensialına görə 1922-ci ildə partiya işlərində irəli çəkilir və bir sıra məsul vəzifələrdə çalışır. İşlədiyi müddətdə Mirsalayev Böyükağa prinsipiallığı, təşkilatçılığ bacarığı ilə seçilir. Bütün bu iş keyfiyyətləri və şəxsi qabiliyyəti nəzərə aldındığından 1925-ci ildə Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Qazax Rayon Komitəsinin, 1927-ci ildə isə Nuxa(Şəki) Rayon Komitəsinin birinci katibi seçilmişdir.

1929-cüildə Mirsalayevi Bakı şəhərinə çağırırlar və Azərittifaqın rəyasət heyətinə sədr seçirlər. 1930-cu ildə o, yenidən doğma yurduna qayıdır və burada Lənkəran dairə icraiyyə komitəsinin sədri sonralar birinci katibi təyin olunur. Qeyd etmək lazımdır ki, Lənkəran dairəsinə Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar daxil idi.

Böyükağa Mirsalayev 1931–33-cü illərdə UİK(b)P Zaqafqaziya Ölkə Komitəsində məsul işlərdə və bölmə mudiri vəzifəsində çalışmışdır. 1924–1925-ci illərdə Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin və Azərbaycan kommunist (bolşeviklər) partiyası Mərkəzi Komitəsinin uzvu seçilən Mirsalayev 1927-ci ildə UİK (b) P 15-ci qurultayına nümayəndə seçilmiş, qurultayın işində fəal iştirak etmişdir.

Böyükağa Mirsalayevin əmək fəaliyyəti Lənkəranda özünü daha qabarıq göstərib. Belə ki, şəhərdə ilk sənaye müəssisəsinin isə salınması, çay və sitrus bitkilərinin əkilməsi onun adı ilə bağlıdır. Bir sözlə, 20-ci əsrin əvvəllərində Lənkəran şəhərinin inkişafında Böyükağa Mirsalayevin çox böyük zəhməti olmuşdur.

O, həmçinin Lənkəran dairəsində məktəblərin tikilməsinə, təhsil səviyyəsinin yüksəlməsinə, gənclərin ədəbiyyat və incəsənət sahəsinə cəlbinə, talış dilinin inkişafına öz töhfələrini vermişdir.[3]

Zindan həyatı və repressiya redaktə

Gülağa Həsənov, Hacı Nəriman və Teyfur Çələbinin birgə yazdıqları " Rəzqovluların şəcərəsi" kitabında Mirsalayevlə bağlı coxlu arxivi materiallar vardır. Həmin sənədlərdən və digər arxivi mənbələrdən Böyükağa Mirsalayevin həbs edilməsi və repressiya olunmasının sirləri aydın olur.

15 noyabr 1936-cı ildə repressiyaya məruz qalan Mirsalayev Böyukağanın sonrakı taleyi MTN-nin verdiyi arayışlardan aydın olur. Azərbaycan Respublikası Milli Təhlukəsizlik Nazirliyinin işindən belə aydın olur ki, orada saxlanılan Pr-25045 nömrəli arxiv-cinayət işindəki kimi, Mirsalayev 15 noyabr 1936-cı ildə XDİK tərəfindən həbs edilmişdir. Vətəndaş Mirsalayev ittiham edilmişdir ona görə ki, o, 1934-cü ildə həm Müsavat partiyasının, həm də eyni zamanda əksinqilabi, millətçi, terorçu etnik talış təşkilatın fəal üzvü olmuşdur.

Mirsalayevlə birlikdə komsomol işində çalışmış Əliməmməd Məlikovun məlumatına görə, Mir Cəfər Bağırov Lənkəranda səfərdə olarkən Böyukağa Mirsalayevlə göruşmuş və sonradan Bakiya qayıdaraq bir necə gündən sonra Böyukağanı həbs etdirmişlər.

Sənədlərin birində istintaq aparan Borşovun imzası ilə bir məlumat vardır. Orada bildirilir ki, guya Böyukağa Mirsalayev öz günahlarını boynuna alıb və həmin maddələr içində Böyukağa Mirsalayevin Talış-Muğan Respublikasını yaratması təşəbbüsü olmuşdur və bunu partiyadan gizlətmişdir.[4]

Müxtəlif sənədlərdən, raportlardan məlum olur ki, Böyukağa Mirsalayevə böhtan atılır. İttihamlar içində güya ki, Böyukağa Mirsalayev Qaçaq Yunusa, Mir Vahab ağa və Bala Məmməd Zuvandskiyə yaxından kömək etmiş və əksinqilabçı olmuşdur. Ən böyuk ittiham isə təbii ki, Talış-Muğan Respublikasının yaratmaq təşəbbüsü idi. Bunlarla yanaşı talış millətçiliyi damğasıda ona vurulmuşdur. Raportların birində Böyukağa Mirsalayevin Talış regionunun muxtariyyətinin təbliğatını aparması göstərilib.

Bir sözlə, Azərbaycanın ictimai xadimlərindən biri olan, öz dövlətinə, xalqına qəlbən bağlı bir şəxsiyyəti repressiya məhv edir. SSRİ Ali Məhkəməsinin hərbi Kolleksiyasının 7. 01. 1938-ci il tarixli qərarı ilə Böyukağa Mirsalayev Azərbaycan SSRİ cinayət məcəlləsinin 64, 70 və 73-cü maddələri ilə təqsirli bilinərək güllələnməyə məhkum olunmuşdur. Hökm 1938-ci il yanvarın 7 dən 8-ə kecən gecə yerinə yetirilmişdir. Ölmundən sonra 1956-cı ildə bəraət qazanmışdır.

Ailəsi və Övladları redaktə

Sənədlərdə Böyukağa Mirsalayevin həbs olunduğu dövrdə ailə tərkibi belə olmuşdur: Həyat yoldaşı Tamam (Ğıztəmom) İsrafil qızı 37 yaş, oğlu Salam 18 yaş, qızı Tuğra 14 yaş, Məryəm 12 yaş, Şəfiqə 10 yaş və Dilarə 18 yaş.

Böyukağa Mirsalayevi həbs edilib güllələnməyindən sonra, həyat yoldaşı Qıztamam İsrafil qızını 9 aprel 1938-ci ildə 10 il müddətində Qazaxıstana sürgün edilmişdir.

Qıztamam xanım Rəzqovludur. Atası qəssab İsrafil kişi Lənkəran qəzasının Gərmətük kəndinə köcmuşdur. Babası Vəli kişi Zair tayfasındandır. Qeyd etmək lazımdır ki, Böyukağanın anası Leyla xanım Qıztamamın xalası idi. Qıztamam Şani xanımın qızı, Böyükağa isə Leyla xanımın oğlu idi. Leyla, Şani və Xeyri bacıları Rəzqov kəndindən Məhərrəmin qızları idilər.

Qıztamam 1947-ci ildə dunyasını dəyişib və Gərmətük kəndində dəfn edilib.

Böyukağanın oğlu Salam Azərbaycanın tanınmış hərbi xadimi Həzi Aslanovun bacısı Tamara xanımlə ailə həyatı qurmuşdur. Onların Eldar və Ellada adlı övladları dunyaya gəlmişdir. Eldarın oğlunun adı Teymur olmuşdur.

Nəsil şəcərəsi redaktə

Böyükağa Mirsalayev Talış diyarında tanınmış Seyid Piran nəslindəndir. Ulu babası Mir Şükürülla ağa Ərdəbil mahalının Meşkin nahiyyəsinin Fəxrəbad kəndindən idi. Mir Şükürülla ağanın atası Mir İsmayıl ağa, babası öz dövrün böyuk alimi, Səfəvilərin şeyxavənd tayfa birliyinin ağsaqqallarından biri Seyid Süleyman Kəmunə idi. Seyid Süleymanın atası Seyid Məhəmməd Saleh Kəmunə Nəcəf seyidlərindən, onun atası Seyid Sahib Kəmunə isə Səfəvi sarayının qocaman şairlərindən biri olmuşdur. Kökləri 7-ci şiə imamı Musa Kazıma çıxır. Meşkinin Fəxrəbad kəndinin sahibi olan Seyid Suleyman övladlarından Mir Şükürülla Mir İsmayıl oğlu səbəbi məlum olmayan hadisədən təqib edilərək 17-ci əsrdə Zuvand mahalına (indiki Lerikə) pənah gətirmişdir. Mir Şükürülla ağa Lerikin Həzovi kəndində məskən salımışdır. Mir Şükürülla ağanın 3 oğlu olmuşdur ki, bu oğullardan indiki Seyid Piran nəsli törəmişdir. Oğullarından kiçiyi Mir Siyab ağa Rəzqov kəndində məskən salmışdır və Rəzqov seyidlərinin əsasını qoymuşdur. Mir Siyab ağanın bir necə oğlu olmuşdur onlardan biri Miri, Mirinin Mir Əhədulla, Mir Əhədullanın Mir Həbib adlı oğlu olmuşdur. Mir Həbib Talış diyarında loğman kimi tanınırdı, Mir Həbibin oğlu Qulaməli və onunda oğlu Tahirxan olmuşdur. Tahirxanın adı Talış xanının vəziri olmuş Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun " Əxbərnamə" əsərinə duşub. Orada bildirilir ki, Tahir xan Zuvand hakiminin qulluqcusudur və bir necə dəfə Talış xanı ucun məktublar aparıb və Ərdəbil xanın yanına elçi kimi göndərilib. Tahir xanın nəslindən olanlar Rəzqovda Tarxani tobiyə (Tarxan tayfası) adlandırılır. Tahir xanın oğlu Mir Saleh (Mirsalo) olmuşdur. Böyukağaya da bu soyad məhz buradan gəlmişdir. Böyukağanın atası Əbülfət kişi Mir Salonun boyuk oğludur. Əbülfət Mirsalo oğlu 1859-cu ildə Lənkəran qəzasının Zuvand nahiyyəsinin Rəzqov kəndində dövlət kəndlisinin evində anadan olmuşdur. Əbülfət kişinin həyat yoldaşı Leyla xanım idi, onlarınBöyukağa, Seyidağa, Balağa, Mirağa, Mirzəağa və Hacıağa adlı övladları dünyaya gəlmişdir.

İstinadlar redaktə

  1. "Arxivlənmiş surət". 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-25.
  2. "Arxivlənmiş surət". 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-12.
  3. "Arxivlənmiş surət". 2020-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-25.
  4. "Arxivlənmiş surət". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-25.

Saytda 139 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024