Böyrək kababı Haqqinda Melumat - Vikipedia

Böyrək kababı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Böyrək kababıAzərbaycan mətbəxində qoyun böyrəyindən hazırlanan kabab növü.

Tərkibi redaktə

Böyrək kababının hazırlanmasında qoyun böyrəyindən, kərə yağından, baş soğandan, cəfəridən, sumaqdan, istiotdan və duzdan istifadə olunur.[1]

Hazırlanması redaktə

Böyrək kababını hazırlamaq üçün qoyun böyrəklərinin pərdəsi soyulub soyuq suda yuyulur, sonra isə eninə tərəf hərəsi iki hissəyə bölünür, duzlanıb şişə taxılır və üstünə yağ sürtülərək manqalda kömür üzərində qızardılır. Buna qızardan vaxtda da arabir yağ sürtülür. Böyrək kababı süfrəyə veriləndə yanına halqavari doğranmış baş soğan qoyulub üstünə doğranmış göyərti səpilir və ayrıca da sumax və döyülmüş istiot verilir.[1]

Yay vaxtı böyrək kababının yanına şişdə qızardılmış pomidor qoyulur.[1]

İstinadlar redaktə

Həmçinin bax redaktə


Saytda 191 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024