Bürhanəddin Rəbbani Haqqinda Melumat - Vikipedia

Bürhanəddin Rəbbani Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Bürhanəddin Rəbbani

Bürhanəddin Rəbbani (20 sentyabr 1940, Feyzabad, Əfqanıstan krallığı[d]20 sentyabr 2011[1][2][…], Kabil, Əfqanıstan İslam Respublikası[d][3]) — Əfqanıstan prezidenti (1992-2001)

Bürhanəddin Rəbbani
fars. برهان‌ الدین رباني
Əfqanıstan prezidenti
1992 – 2001
Şəxsi məlumatlar
Doğum tarixi 20 sentyabr 1940(1940-09-20)
Doğum yeri
Vəfat tarixi 20 sentyabr 2011(2011-09-20)[1][2][…] (71 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, pedaqoq, universitet müəllimi[d]
Dini sünnilik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bürhanəddin Rəbbani 20 sentyabr 2011-ci ildə öldürülmüşdür[5].

Həyatı redaktə

Əfqanıstanın sabiq prezidenti, tacik əsilli Bürhanəddin Rəbbanı 1940-cı ildə Əfqanıstanın şimal-şərqindəki Faizabad şəhərində anadan olub .

1963-cü ildən Kabil Universitetində İslam Hüququndan dərs deyib. Daha sonra 1968-ci ildə Misirin Əzhər universitetində islam fəlsəfəsi ixtisası üzrə təhsil alıb.Həmin il Cəmiyyət-i İslam partiyasını rəhbəri olub.

1973-cü ildə şahzadə Davudun devrilməsindən sonra Pakistanın Pişavər şəhərinə köçüb.

1979-1989-cu illərdə Əfqanıstanda rus ordusuna qarşı aparılan döyüşlərdə iştirak edən Rəbbani Əfqan mücahidlərinə başçılıq edib. Tabeçiliyində 20 minə yaxın döyüşçü vardı.

1992-ci ildə Əfqanıstana qayıdaraq, iyunun 28-də Əfqanıstan İslam Dövlətinin müvəqqəti prezidenti olub.

22 dekabr 2001-ci ildə Rabbani rəsmən prezidentlikdən istefa edib.

Əfqanıstanda “Taliban”la müzakirələrə rəhbərlik edən Ali Sülh Şurasının başçısı Rəbbani paytaxt Kabildəki evində 20 sentyabr 2011-ci ildə terror aktı nəticəsində qətlə yetirilib.

İstinadlar redaktə

Həmçinin bax redaktə


Saytda 97 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023