Bıçaq Haqqinda Melumat - Vikipedia

Bıçaq Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Bıçaq

batan, doğrayıcı və ya kəsici alət

Bıçaq — əsas hissəsi kəsici tildən və sapdan ibarət olan alətdir. Kəsici hissə çox vaxt bərk materialdan hazırlanır və iki və daha artıq tilə malik olur. Bıçağın uc hissəsi biz olur. Bıçağın geniş yayılmış konstruksiyalarında sap (dəstək) və til nəzərə çarpır.

Bıçaq

Tarixi redaktə

 
Qurbanlıq üçün Misir bıçağı, təxm. b.e.ə. 3000-ci il

Qədim bıçaqlar Paleolit dövründən məlumdurlar. İlk bıçaqlar daşdan hazırlanırdı. Sonradan bıçaqlara ağacdan dəstək bağlanmağa başlayırlar. Obsidian kimi dağ suxurlarından istifadə daha iti tilə malik bıçaqların hazırlanmasına imkan yaradır. Sümükdən, bambuk ağacından hazırlanmış bıçaqlar da geniş yayılmışdır. Təxminən 5 min il öncə insanlar metalın emalını mənimsəyir və bıçaqları bürüncmisdən hazırlamağa başlayır. Cənubi Amerika bölgəsində qızıldan hazırlanan bıçaq növlərinə də rast gəlinir. Dəmir dövrünün başlanması ilə bu materialdan hazırlanmış bıçaqlar digərlərini sıxışdırmağa başlayır. Sənaye inqilabından sonra əl ilə hazırlama texnologiyası zavodlarla əvəz olunur. Nəticədə bıçaqların konstruksiyası və materialı təkmilləşdirilir.

2005-ci ildə "Forbes" jurnalı öz oxucuları arasında insanlığın inkişafına ən çox təsir göstərən əşyalar haqqında sorğu keçirmişdir. Sorğunun nəticəsinə görə bıçaq birinci yerlərdən birini tutmuşdur.

Həmçinin bax redaktə

Mənbə redaktə

  • Richard Hehn, Norbert Klups: Messer. Profi-Tipps für Benutzer und Sammler. Motorbuch, 2001, ISBN 3-613-02100-5.
  • Joe Kertzman: Art of the Knife. Krause Publications, 2007, ISBN 978-0-89689-470-9 (englisch).
  • Heinz Knorr: Messer und Dolch. Eine Untersuchung zur mittelalterlichen Waffenkunde in gesellschaftskritischer Sicht. In: Veröffentlichungen des Museums für Ur- und Frühgeschichte Potsdam. Band 6 (1971), S. 121–145.
  • Rezo Əliyev. Maşınqayırmanın tarixinə dair. Bakı, "Təhsil" NPM, 2008, 542 s

İstinadlar redaktə


Saytda 69 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024