BƏƏ tarixi Haqqinda Melumat - Vikipedia

BƏƏ tarixi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qədim dövr redaktə

Müasir BƏƏ-nin ərazisi çox qədimdən məskunlaşmışdır. Qazıntılar zamanı tapılan insan və heyvan heykəlləri, həm də başqa tikililərin qalıqları, vahələrin əkinçiliklə məşğul olan əhalisinin yüksək mədəniyyətə malik olduqlarını sübut edir. Şarja şəhərinin yaxınlığındakı Cəbəl Fəya düşərgəsi bu məmləkətin ulu tarixini bir daha sübut edir.[1] Maraqlıdır ki, Cəbəl Fəyadan insan sümükləri tapılmayıb.[2][3]

Orta əsrlər tarixi redaktə

XVI əsrin başlanğıcında İran körfəzi sahilində yerləşən ölkələrin tarixində əsaslı dönüş baş vermişdir. Bu dövrdən körfəzin sahillərində ilk Avropa müstəmləkəçiləri görünməyə başlamışdır.

1507-ci ildə Hörmüz boğazına daxil olan Portuqaliya hərbi donanması bu yerləri zəbt edərək İran körfəzinin Ərəbistan sahillərində Portuqaliya ağalığını bərqərar etdi.[4][5][6]

Lakin Osmanlı imperiyası bu regionda öz mövqeyini əldən verməmək üçün, XVI əsrin axırlarına qədər Portuqaliya ilə mübarizə aparmışdır.[7][8][9] Sonradan İran körfəzi regionuna sahib olmaq üçün yeni iddiaçılar: İngiltərə və Niderland meydana çıxır.

İran ilə Portuqaliya arasındakı ziddiyyətlərdən bacarıqla istifadə edən İngiltərə portuqaliyalıları bu regiondan sıxışdırmış və 1623-cü ildə sonradan özlərinin İran körfəzində başlıca dayaq məntəqəsi olan Hörmüzü tuta bilmişdir.[10] İngiltərə və Portuqaliya arasında gedən rəqabət 100 ildən artıq davam etmiş və İngiltərənin qələbəsi ilə bitmişdir. Bu dövrdə İngiltərə İran körfəzində Niderlandı da sıxışdırıb aradan çıxara bilmişdir.

XVIII əsrin axırları və XIX əsrin əvvəllərində Osmanlı imperiyasının zəifləməsi ilə əlaqədar İngiltərənin İran körfəzi bölgəsini zəbt etmək cəhdləri daha da güclənir. Yerli tayfalar İngiltərəyə kəskin müqavimət göstərirdilər. Regionun dənizçi və təcrübəli döyüşçülər olan sakinləri dəniz ticarəti üzərindəki mübarizəsiz heç kəsə vermək fikrində olmadığından daima ingilis gəmilərinə hücum edirdilər. İngiltərə "dəniz quldurlarına" qarşı mübarizə etmək bəhanəsi ilə əslində müstəmləkəçiliyə qarşı çıxan yerli əhalinin müqavimətini qıra bilmiş və İran körfəzi bölgəsinin ticarət yolları üzərində nəzarəti öz əlinə ala bilmişdir.

XVIII–XIX əsrlərdə Avropa müstəmləkəçiləri İran körfəzi bölgəsində ərəb tayfalarının ciddi müqaviməti ilə qarşılaşdıqlarından buranı "Quldur sahili" adlandırmışlar. 1853-cü ildə İngiltərə hökuməti bu xoşagəlməz adı "Müqaviləli sahil" adı ilə əvəz etmişdir. Bir qədər sonra isə onu "Müqaviləli Oman" adlandırmışlar[11].

XX əsr tarixi redaktə

 
Ərəbistan yarımadası 1914-cü ildə

İran körfəzi perspektivli neftli bölgələrinə nəzarət uğrunda mübarizənin kəskinləşdiyi ötən əsrin 30-cu illərində, London protektorata daha çox fikir verməyə başlayır.

İkinci dünya müharibəsi zamanı əmirliklərin bir sıra hərbi obyektlərində ingilis nizamlı silahlı qüvvələrinin yerləşdirilməsi, həm də ABŞ qoşunlarının Bəhreynə çıxarılması həyata keçirilir.

Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhərlərindən olan Dubaya və eyniadlı əmirliyə 1830-cu ildən bəri əl-Məktum ailəsi başçılıq edir. Şəhər hakimi Şeyx Məhəmməd ibn Rəşid əl-Məktumdur.

Əmirliklərin birləşməsi redaktə

 
Əbu Dabi görüşü, 1968-ci il

1968-ci ilin 18 fevralında Abu-Dabi hakimi Şeyx Zahid ilə Dubay hakimi şeyx Rəşidin görüşü, Birləşmiş Ərəb Əmirlikləri dövlətinin yaradılmasında ilk addım oldu. İki əmirliyin federasiyasının yaradılması barədə razılığa gələn şeyxlər regionun gələcək tarixinin müdafiəsi işində birgə fəaliyyətin işlənib hazırlanması üçün Müqaviləli Omanın digər əmirliklərinin və həmçinin BəhreynQətərin də bu işə cəlb edilməsini məsləhət bildilər[12][13].

Abu-DabiDubay hakimlərinin görüşündən bir həftə sonra Müqaviləli Omanın 7 əmirliyinin, QətərBəhreyn hakimlərinin müşavirəsi keçirildi. İştirakçılar Ərəb Ölkələri Federasiyasının yaradılması barədə müqavilə imzaladılar. İran körfəzinin mühafizəkar üsul-idarəsi tərəfindən Ərəb Ölkələri Federasiyasının yaradılması müsbət qiymətləndirilirdi[14] . Federasiyanın monarxiya xarakteri daşıması isə bir sıra ictimai təşkilatların etirazına səbəb oldu.

1971-ci ildə BəhreynQətər özlərini müstəqil dövlət elan etdilər. 1971-ci ilin dekabr ayının 2-də 7 əmirliyin hakimlərinin Dubayda keçirilən qapalı müşavirəsində Birləşmiş Ərəb Əmirlikləri yeni federativ dövlətin yaranması elan olundu[13][15]. Əslində yeni dövlət 6 əmirlikdən ibarət idi. Çünki, Rəs-əl-Heymə əmirliyi federasiyanın tərkibinə 1972-ci ilin fevralın 10-da daxil oldu. Əmirliklərə siyasi müstəqillik verən Böyük Britaniya Birləşmiş Ərəb Əmirliklərində güclü mövqeyini saxlamışdır[16][17].

Əmirliklərə siyasi müstəqillik verən Böyük Britaniya BƏƏ-də güclü mövqeyini saxlamışdır. İngilislər hüquq sistemində, dövlət aparatı və orduda müşavir və mütəxəssis kimi qalmışlar. Böyük Britaniya əvvəllər olduğu kimi Şərca əmirliyində yerləşən hərbi bazalardan istifadə edir, dövlətinin silahlı qüvvəllərinə hərbi texnika, silah göndərən başlıca ölkədir. İngilis şirkətləri ilə BƏƏ arasında iqtisadi əlaqələr getdikcə daha da artır. Federasiyanın idxalatının, infrastruktur sahələrinin yaradılması üzrə sifarişlərin böyük hissəsi Böyük Britaniya tərəfindən təmin olunur.

İstinadlar redaktə

  1. "Исход людей из Африки начался на 50 тыс лет раньше, чем считали учёные". 2014-04-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-05.
  2. From the Trenches — New Evidence for Mankind's Earliest Migrations Arxivləşdirilib 2018-11-24 at the Wayback Machine — Archaeology Magazine Archive
  3. 125,000 Year Old Hand Axes From Jebel Faya, UAE Arxivləşdirilib 2015-09-06 at the Wayback Machine — Anthropology.net
  4. "Portuguese history UAE". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-05.
  5. "NCDR | UAE History | Portuguese Era". Cdr.gov.ae. 2005-01-30. 2011-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-07-15.
  6. "United Arab Emirates History, UAE History, History of the Arabian Peninsula, Arabian Culture". Destination360.com. 2021-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-07-15.
  7. "History of the UAE". 2015-12-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-05.
  8. "History of The United Arab Emirates - Ottoman Rule". 2018-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-05.
  9. "British and Ottoman rule". 2018-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-05.
  10. "Comparative law and justice/United Arab Emirates". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-05.
  11. Tore Kjeilen. "Trucial States". Looklex.com. 2007-04-04. 2015-02-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-07-15.
  12. Jonathan Gornall. "Sun sets on British Empire as UAE raises its flag - The National". Thenational.ae. 2017-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-07.
  13. 1 2 "History the United Arab Emirates UAE". TEN Guide. 1972-02-11. 2009-06-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-07-15.
  14. Maktoum, Mohammed. Spirit of the Union. UAE: Motivate. 2012. 30–38. ISBN 9781860633300.
  15. "Bahrain – INDEPENDENCE". Country-data.com. 2009-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-07-15.
  16. Smith, Simon C. Britain's Revival and Fall in the Gulf: Kuwait, Bahrain, Qatar, and the Trucial States, 1950–71. London: Routledge. 2004. ISBN 978-0-415-33192-0. 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-07-15.
  17. "Trucial Oman or Trucial States – Origin of Trucial Oman or Trucial States". Oxford Dictionary of World Place Names. 2011-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-07-15.

Mənbə redaktə

  • Густерин П. В. Города Арабского Востока. — М.: Восток—Запад, 2007. — 352 с. — (Энциклопедический справочник).

Saytda 106 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024