Bəşir Fuad Haqqinda Melumat - Vikipedia

Bəşir Fuad Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Bəşir Fuad (1852–1887) — jurnalist, hərbçi.

BƏŞİR FUAD
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi
Dəfn yeri
Fəaliyyəti hərbçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Bəşir Fuad 1852-ci ildə anadan olub. Ata tərəfi Abdülhamidin yaxın xidmətçilərindən gürcü əsilli Hamdi Mahmud Paşadır. Hurşit Paşanın oğludur. Adanada məmur olmuşdur. Anası haqqında tək bilgi isə 1886-cı ilin martında bir xəstəlikdən öldüyüdür. Maddi baxımdan heç bir ehtiyacı olmayan Bəşir Fuad təhsilinə Fatih Rüştiyəsində başlayıb. Ailəsinin Suriyaya köçməsiylə təhsilini Cizvit şəhərində davam etdirib. 1867–1870-ci illər arasında İstanbulda Əskəri Məktəbdə oxuyub. 1871-ci ildə girdiyi Məktəb-i Hərbiyəni bitirincə yavər olaraq Abdülazizin sarayında işləməyə başlayıb. 1875–1876 Serb müharibəsində olub, könüllü olaraq 1877–1878-ci illərdəki Rus savaşı və Girit üsyanlarında yavərlik edib. Beş il Giritdə qalıb. Bu illər ərzində almanca və ingiliscə öyrənib. İstanbula qayıdıb və 1881–1884-cü illərdə müxtəlif vəzifələrdə çalışıb.

1884-cü il onun yazı həyatında ən məhsuldar il olub. İlk yazısı 1883-cü ildə çap olunub.1884-cü ildən çevirilərə üz tutub, müxtəlif nəşrlərdə ədəbiyyata aid yazılar yazıb və iki dərgi çıxarıb. O dərgilərdən ən maraqlısı "Günəş"dir.12 sayısı çıxandan sonra maddi vəziyyətdən bağlanıb.

1884-cü ildə Bəşir Fuad "Cəridə-i Havadis" qəzetində baş yazarlıq eləyib. Qəzet bağlanıb və yazarlığını o zamanın ən öndə gələn qəzetlərindən "Tərcüman-ı Hakikat" və "Saadət"də davam etdirib.

Dil, özəlliklə xarici dillərin öyrənimi Bəşir Fuadın ən çox maraqlandığı sahə olmuş və bu barədə dəfələrlə çıxış etmişdir. Bütün bunlarla yanaşı, çox sevdiyi teatr sənəti haqqında silsilə yazıları olmuşdur. Bəşir Fuad 6 fevral 1887-ci ildə intihar etmişdir.

Kitabları redaktə

  • Victor Hüqo
  • Miftahı Fransevi
  • Bəşər
  • Voltaire
  • İntikad
  • Miftahı usuli Talim
  • Məktubat

Saytda 63 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024