Bədavi Hüseynov Haqqinda Melumat - Vikipedia

Bədavi Hüseynov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Bədavi Hüseynov

Bədavi Hüseynov (11 iyul 1991[1][2][…], Kaspiysk, Dağıstan) —Azərbaycanlı futbolçu. Mövqeyi müdafiəçi olan Bədavi Hüseynov, 2012-ci ildən Azərbaycan Premyer Liqasında çıxış edən "Qarabağ" komandasında mübarizə aparır. Milliyyətcə ləzgidir.[3]

Bədavi Hüseynov
Bədavi Hüseynov "Qarabağ"ın heyətində
Bədavi Hüseynov "Qarabağ"ın heyətində
Ümumi məlumatlar
Tam adı BədaviLəzgi dili
Doğum tarixi 11 iyul 1991(1991-07-11)[1][2][…] (32 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 183 sm
Mövqeyi müdafiəçi
Klub haqqında məlumat
Klub Azərbaycan Qarabağ
Nömrəsi 55
Karyerası
Klub karyerası[* 1]
2008—2011 Rusiya Dağdizel FK 49 (0)
2011 Rusiya Anji FK 0 (0)
2011—2012 Azərbaycan Sumqayıt FK 28 (0)
2012—h. h Azərbaycan Qarabağ FK 283 (5)
Milli yığma[* 2]
2011—2012 Azərbaycan Azərbaycan U-21 7 (0)
2012—h.h Azərbaycan Azərbaycan 24 (0)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 13 may 2022 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bədavi Hüseynov həmçinin 2012-ci ildən Azərbaycan yığmasının uğurları üçün çalışır. Azərbaycan yığmasında 24 oyunda meydana daxil olan Bədavi Hüseynov, karyerası ərzində 3 dəfə Azərbaycan Premyer Liqasının, 2 dəfə isə Azərbaycan Kubokunun çempionu olub.

Həyatı redaktə

Bədavi Hüseynov 11 iyul 1991-ci ildə Dağıstanın Kaspiysk şəhərində anadan olub. Bədavi Hüseynov 2007-ci ildə futbol karyerasına yerli "Dağdizel" komandasının heyətində başladı. 2010-cu ilin avqust ayında Bədavi Hüseynov "Anji" komandasının əvəzedici heyətinə transfer olundu. O burada mövsüm ərzində 11 oyunda meydana daxil oldu. 2011-ci il mövsümündə isə Bədavi Hüseynov bir oyun istisna olmaqla "Anji"-nin heyətində bütün çempionat oyunlarında meydana daxil oldu. Növbəti mövsüm o "Anji"-nin əvəzedici heyətinin kapitanı olmasına baxmayaraq Azərbaycan Premyer Liqasında mübarizə aparan "Sumqayıt" komandasına 2011/2012 mövsümünün sonuna gədər icarəyə verildi. Mövsümün sonunda Bədavi Hüseynov 160 000 ($) dollar müqavilində Ağdam təmsilçisi olan "Qarabağ" komandasına transfer olundu.

Karyerası redaktə

 
Bədavi Hüseynov "Anji"nin heyətində

Dağdizel FK redaktə

Bədavi Hüseynov 2008-ci ildə Dağdizel komandasının heyətində Rusiya II Divizonunun cəbub zonasında 12 oyunda meydana daxil oldu. 2009-cu ildə Bədavi Hüseynov əsas heyətdə daha möhkəmləndi və artıq 7-si əsas heyətdə olmaqla 17 oyunda meydana daxil oldu. 2010-cu ildə o "Dağdizel"in heyətində sonuncu mövsümünə keçirdi. Bədavi Hüseynov 20 oyunda meydana daxil oldu. "Dağdizel"dən ayrılan Bədavi Hüseynov Mahaçqalanın "Anji" komandası ilə müqavilə bağladı.

Anji FK redaktə

Bədavi Hüseynov "Anji"nin heyətində 2011-ci il mövsümündə əvəzedici komandada əsas heyət futbolçusu kimi mübarizə apardı. O, Mahaçqala təmsilçisində bütün çempionat görüşlərində meydana daxil oldu. 2011-ci ildə Bədavi Hüseynov əvəzedici heyətin kapitanı olmasına baxmayarq, 2011/2012 mövsümünün sonuna gədər Azərbaycan Premyer Liqasında çıxış edən "Sumqayıt"a icarəyə verildi.

Sumqayıt FK redaktə

11 sentyabr tarixində Bədavi Hüseynov "Sumqayıt"ın heyətində Azərbaycan Premyer Liqasında debüt etdi. Ağdamın "Qarabağ" komandasına qarşı keçirilən oyunda Bədavi Hüseynov start heyətində meydana daxil oldu və 90 dəqiqə mübarizə apardı. Həmin oyun 0–0 hesablı heç-heçə ilə başa çatdı.

2011/2012 mövsümünün sonuna gədər Bədavi Hüseynov "Sumqayıt"ın heyətində 28 oyunda meydana daxil oldu. Mövsümün sonunda Bədavi Hüseynov Ağdamın "Qarabağ" komandasına transfer olundu.

Qarabağ FK redaktə

2012/2013 mövsümü

Bədavi Hüseynov Qarabağın heyətində 2012/2013 mövsümündə birinci oyununa

2013/2014 mövsüm

2014/2015 mövsüm

2015/2016 mövsüm

2016/2017 mövsüm

Bədavi Hüseynov "Qarabağ"ın heyətində 2016/2017 mövsümünə 12 iyul tarixində başladı. Lüksemburqun "Düdelanj" komandasına qarşı UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçirilən oyunda Bədavi Hüseynov meydana start heyətində daxil oldu. Həmin oyun "Qarabağ"ın 2–0 hesablı qələbə isə başa çatdı.

Statistika redaktə

Son yenilənmə tarixi: 12 iyul 2016

Komanda Mövsüm Liqa Kubok UEFA Cəmi
Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
Rusiya  Dağdizel FK
2008
12
0
12
0
2009
17
0
17
0
2010
20
0
20
0
Cəmi 49 0
49 0
Azərbaycan  Sumqayıt FK 2011/2012
26
0
2
0
28
0
Cəmi 26 0 2 0
28 0
Azərbaycan  Qarabağ FK 2012/2013
17
0
4
0
21
0
2013/2014
32
1
3
0
1
0
36
1
2014/2015
28
0
3
0
12
0
43
0
2015/2016
30
0
4
0
12
0
46
0
2016/2017
0
0
0
0
1
0
1
0
Cəmi 107 1 14 0 16 0 137 1
Ümumi 182 1 16 0 16 0 214 1

Azərbaycan yığması karyerası redaktə

Bədavi Hüseynov 2011-ci ildə hələ "Sumqayıt"ın futbolçusu olan zaman Azərbaycanın 21 yaşlılardan ibarət yığmasına dəvət olundu. Bədavi Hüseynov həmin ilin 1 sentyabr tarixində 21 yaşlıların UEFA Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə İngiltərəyə qarşı keçirilən oyunda start heyətində meydana daxil olaraq debüt etdi. Həmin görüşdə Azərbaycan yığması 0–6 hesabı ilə məğlub oldu. 2012-ci ilin avqust ayına gədər Bədavi Hüseynov Azərbaycan yığmasında 7 oyun keçirdi. Onun sonuncu oyunu 2012-ci ilin 6 avqust tarixinə təsadüf etdi. Mərdəkanda baş tutan oyunda rəqib yenə İngiltərə yığması oldu. 90 dəqiqə ərzində meydanda mübarizə aparan Bədavi Hüseynov həmin görüşdə Azərbaycanın 21 yaşlılardan ibarət yığmasına vida etdi.

Bədavi Hüseynov 2012-ci ilin fevral ayında Berti Foqts tərəfindən Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutan Azərbaycan yığmasının təlim-məşq toplanışına dəvət etdi. Bədavi Hüseynov Azərbaycan yığmasında debüt oyununa 27 fevral tarixində yoldaşlıq oyunu çərçivəsində Hindistan yığmasına qarşı çıxdı. Azərbaycan yığmasının 3–0 hesabı ilə qalib gəldiyi oyunda Bədavi Hüseynov yalnızca 7 dəqiqə meydanda mübarizə apardı. O 83-cü dəqiqədə Ruslan Abışovun əvəzinə meydana daxil oldu. Bədavi Hüseynov Azərbaycan yığmasında birinci beynəlxalq oyununa 14 noyabr tarixində Belfast şəhərində çıxdı. Bədavi Hüseynov Şimali İrlandiya yığmasına qarşı keçirilən oyunun 63-cü dəqiqəsində Əli Gökdəmirin əvəzinə meydana daxil oldu. "Qarabağ"ın əsas komandasında daim start heyətində meydana çıxan Bədavi Hüseynov, həmçinin Azərbaycan yığmasında da daim əsas medafiəçi hesab olundu. 2015-ci ildə İtaliya yığmasına qarşı baş tutan oyunun 88-ci dəqiqəsində qırmızı vərəqə alan, Bədavi Hüseynov 2016-cı ilə gədər Azərbaycan yığmasında 24 oyunda meydana daxil olub.

Sıra
Tarix
Stadion
Rəqib
Hesab
Qol
Yarış
1 27 fevral 2012 The Sevens Stadionu, Dubay Hindistan  Hindistan 3–0 0 Yoldaşlıq oyunu
2 14 noyabr 2012 Windsor Park, Belfast Şimali İrlandiya  Şimali İrlandiya 1–1 0 Dünya Çempionatı 2014, s/m
3 1 fevral 2013 The Sevens Stadionu, Dubay Özbəkistan  Özbəkistan 0–0 0 Yoldaşlıq oyunu
4 6 fevral 2013 Zabeel Stadionu, Dubay Lixtenşteyn  Lixtenşteyn 1–0 0 Yoldaşlıq oyunu
5 29 may 2013 Jassim Bin Hamad Stadionu, Doha Qətər  Qətər 1–1 0 Yoldaşlıq oyunu
6 14 avqust 2013 Bakcell Arena, Bakı Malta  Malta 3–0 0 Yoldaşlıq oyunu
7 11 oktyabr 2013 Bakcell Arena, Bakı Şimali İrlandiya  Şimali İrlandiya 2–0 0 Dünya Çempionatı 2014, s/m
8 15 noyabr 2013 A. Le Coq Arena, Tallin Estoniya  Estoniya 2–1 0 Yoldaşlıq oyunu
9 19 noyabr 2013 Dolen Omurzakov Stadionu, Bişkek Qırğızıstan  Qırğızıstan 0–0 0 Yoldaşlıq oyunu
10 25 mart 2014 Maktoum bin Rəşid Stadionu, Dubay Filippin  Filippin 1–0 0 Yoldaşlıq oyunu
11 27 may 2014 Candlestick Park, San-Fransisko ABŞ  ABŞ 0–2 0 Yoldaşlıq oyunu
12 3 sentyabr 2014 Arena Ximki, Ximki Rusiya  Rusiya 0–4 0 Yoldaşlıq oyunu
13 9 sentyabr 2014 Bakcell Arena, Bakı Bolqarıstan  Bolqarıstan 1–2 0 UEFA Avro 2016, s/m
14 10 oktyabr 2014 Renzo Barbera Stadionu, Palermo İtaliya  İtaliya 1–2 0 UEFA Avro 2016, s/m
15 13 oktyabr 2014 Qradski, Osiyek Xorvatiya  Xorvatiya 0–6 0 UEFA Avro 2016, s/m
16 28 mart 2015 Tofiq Bəhramov Stadionu, Bakı Malta  Malta 2–0 0 UEFA Avro 2016, s/m
17 7 iyun 2015 NV Arena, St. Pöllen Serbiya  Serbiya 1–4 0 Yoldaşlıq oyunu
18 12 iyun 2015 Ullevaal Stadionu, Oslo Norveç  Norveç 0–0 0 UEFA Avro 2016, s/m
19 3 sentyabr 2015 Bakcell Arena, Bakı Xorvatiya  Xorvatiya 0–0 0 UEFA Avro 2016, s/m
20 6 sentyabr 2015 Ta'Qali Satdionu, Ta'Qali Malta  Malta 2–2 0 UEFA Avro 2016, s/m
21 10 oktyabr 2015 Bakı Olimpiya Stadionu, Bakı İtaliya  İtaliya 1–3 0 UEFA Avro 2016, s/m
22 17 noyabr 2015 Bakı Olimpiya Stadionu, Bakı Moldova  Moldova 2–1 0 Yoldaşlıq oyunu
23 26 mart 2016 Gloria Stadionu, Antalya Qazaxıstan  Qazaxıstan 0–1 0 Yoldaşlıq oyunu
24 29 may 2016 Bad Erlaç Stadionu, Bad Erlaç Şimali Makedoniya  KYR Makedoniya 1–3 0 Yoldaşlıq oyunu

Uğurları redaktə

Azərbaycan Premyer Liqası

  • Qızıl medal (3) — 2013/2014, 2014/2015, 2015/2016
  • Gümüş medal (1) — 2012/2013

Azərbaycan Kuboku

  • Qızıl medal (2) — 2014/2015, 2015/2016

Antirekordu redaktə

2018–2019 mövsümü Premyer Liqanın XVIII turunda keçirilmiş "Sabah" — "Qarabağ" matçında Bədavi Hüseynov avtoqol müəllifi olub. 28 yaşlı oyunçu Premyer Liqada tarixində üçüncü dəfə topu öz qapısına vurub. Hüseynov 2011/12 mövsümündə "Sumqayıt"da çıxış edərkən "Kəpəz"lə, 2013/14 mövsümündə isə "Qarabağ"ın heyətində "Simurq"la səfər oyunlarında da uğursuzluqla üzləşib. Müdafiəçi Azərbaycan çempionatları tarixində hamıdan çox – 3 avtoqola üzülən 7-ci oyunçudur. Ona qədər Ayxan Abbasov, Saşa Yunisoğlu, Denis Silva, Ruslan Abışov, Natiq QasımovJairo Rodriges də eyni sayda avtoqol müəllifi olub.[4]

Mənbələr redaktə

Xarici keçidlər redaktə

İstinadlar redaktə

  1. 1 2 Badavi Guseynov // Transfermarkt (çd.). 2000.
  2. 1 2 Badavi Huseynov // FBref.com (çd.).
  3. "Bədavi niyə kapitan oldu? - AFFA-dan açıqlama". İdmanXəbər (az.). 2016-03-27. 2023-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-26.
  4. "Futbol üzrə Azərbaycan çempionatları tarixinin antirekordu təkrarlanıb". 2019-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-12.

Saytda 76 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024