Bədi Nişaburi Haqqinda Melumat - Vikipedia

Bədi Nişaburi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Bədi Nişaburi (fars. بدیع نیشابوری‎) (həmçinin "Şəhidlərin iftixarı") — BabBəhaullahın tərəfdarı olan Əbdül-Məcid Nişapurinin oğlu. Bədi ən çox Bəhaullahın Nasirəddin Şaha ünvanladığı Lövhü şaha çatdırması, bu zaman işgəncəyə məruz qalması və 17 yaşında öldürülməsinə görə tanınır. O həmçinin Bəhaullahın qabaqcıl həvarilərindən biridir.

Bədi Nişaburi
Bədi Nişaburi 15 yaşında
Bədi Nişaburi 15 yaşında
Doğum tarixi 1852
Doğum yeri
Vəfat tarixi iyul 1869
Vəfat yeri
Fəaliyyəti ruhani[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Səfərləri redaktə

Bədinin atası bəhai olmasına baxmayaraq, Bədi əvvəlcə qətiyyən bu yeni dindən təsirlənməmişdi.[1] O asi və üsyankar təbiətli bir gənc idi və atası onu "ailənin naümidi" kimi təsvir edirdi.[2] Bəhaullahın sadiq tərəfdarı Nəbili-Əzəm ilə görüşdə ondan Bəhaullahın nazil etdiyi şeirlər eşidir və ağlamağa başlayır. Təhsilini başa vuran kimi nəyi vardısa geridə buraxıb Bağdada doğru piyada səfərə çıxır, harada ki, əhəmiyyətli sayda bəhailər təqib altında idilər. Nəhayət o Mosuldan çıxaraq Bağdaddan keçməklə o zaman Osmanlının məhbəs şəhəri olan Əkkaya yollanır.[1]

Mühafizlər bəhailərin Əkkaya girişini əngəllədikləri üçün Bədi qiyafəsini dəyişərək su daşıyan kimi görünür və mühafizlərdən sıyrıla bilir. Sonra o dərhal məscidə yollanır, orada Əbdül-Bəhanı tanıyır və ona yazılı bir qeyd verir. Bədi Bəhaullahla 2 dəfə görüşür və Bəhaullahın Nasirəddin Şaha ünvanladığı "Lövhi-Sultan"ı ona çatdırmaq tapşırığı alır. Osmanlı rəsmilərinin əlinə keçməsin deyə o Lövhü Hayfada alır. Bundan sonra o Tehrana doğru 4 ay boyunca piyada səfər edir. Ona tapşırılmışdı ki, yol boyunca "tam şadlıq, gülüş, şükranlıq və dözüm içində yürüsün və hər yüz addımdan sonra üzünü geriyə, Əkkaya çevirsin, səcdəyə varsın və desin: "Ey Allahım, öz səxavətinlə mənə bəxş etdiyini öz ədalətinlə geri alma; əvəzində onu qorumaq üçün mənə güc ver."[1][2]

Edamı redaktə

3 gün oruc tutduqdan sonra Bədi şahın yay düşərgəsinə yollanır, şah isə bu zaman meşədən ovdan qayıdırdı. Bədi şaha yaxınlaşdı və aramlı səslə dedi: "Ey Şah! Sənə Səbadan doğru bir xəbər gətirmişəm."[3] Bədi həbs edildi, 3 gün boyunca qızğın dəmirlərlə damğalandı, nəhayətdə başı tüfəngin qundağı ilə ölənə kimi əzildi və xəndəyə atılaraq üzəri daş və torpaqla örtüldü.[1]

Bədinin o işgəncə günlərindən qalma bir şəkli mövcuddur, harada ki, o zəncirlər altında damğalanır, lakin üzündə heç bir hissiyat görünmür.

İstinadlar redaktə

  1. 1,0 1,1 1,2 1,3 Taherzadeh, A. (1984). The Revelation of Bahá'u'lláh, Volume 3: `Akka, The Early Years 1868-77. Oxford, UK: George Ronald. pp. 176–187.
  2. 2,0 2,1 "Francis, Richard (2001). "Áqá Buzurg (Badí') the Pride of the Martyrs"". 2010-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-04.
  3. Nəml27:22.

Xarici keçidlər redaktə


Saytda 73 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023