Bədri Seyidzadə Haqqinda Melumat - Vikipedia

Bədri Seyidzadə Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Bədri Seyidzadə

Azərbaycan şairi

Bədri Seyidzadə (tam adı: Bədrəddin Kərbəlayı Mir Cavad oğlu Seyidzadə; 20 yanvar 1882, Keşlə, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyasınoyabr 1945, Bakı) — Azərbaycan şairi.

Bədri Seyidzadə
Bədrəddin Kərbəlayı Mir Cavad oğlu Seyidzadə
Soldan oturan 1-ci Bədri Seyidzadə müəllim və şairlər ilə (Bakı, 1916-cı il)
Soldan oturan 1-ci Bədri Seyidzadə müəllim və şairlər ilə (Bakı, 1916-cı il)
Təxəllüsü Bədri
Doğum tarixi 20 yanvar 1882(1882-01-20)
Doğum yeri
Vəfat tarixi noyabr 1945 (63 yaşında)
Vəfat yeri
Fəaliyyəti şair

Həyatı redaktə

İlk təhsilini kənd məktəbində, sonra mədrəsədə almışdır. "Seyid" təxəllüsü ilə şeirlər yazan dayısı onu da yazmağa həvəsləndirmiş, klassik poeziya ilə tanış etmişdir. Bədri Seyidzadə 1909 ildə "Nəşri-maarif‖in darülmüəllimində təhsilini davam etdirmişdir. 1910-cu illərdən başlayaraq, "Tuti", "Övraqi-nəfisə", "Məzəli", "Babayi-Əmir" məcmuələrində "Bərqi-əyyar", "İgnə", "Sancaq", "Bayquş" imzaları ilə şeirlər çap etdirmişdir. Şeirlərində ("Bizə nə!..", "Şükür, xudaya" və s.) Sabir satiralarının ideya və bədii xüsusiyyətlərindən bacarıqla bəhrələnmişdir. Bədri Seyidzadə əruzun müxtəlif bəhrlərində qəzəl, müxəmməs, tərkibbənd və s. yazmış, Nizami, Sədi və Füzulidən təxmislər etmişdir. 1918 ildə Azərbaycanda milli istiqlal hərəkatının qələbəsindən sonra Bədri Seyidzadənin yaradıcılığında sosial-demokratiya ideallarını tərənnüm edən poetik nümunələrə rast gəlinir. Dövrün poeziyasında olduğu kimi, şairin yaradıcılığında da azad Vətən, müstəqillik rəmzi olan üçrəngli milli bayrağın tərənnümü mühüm yer tutur. Şair "Vətən" ("Azərbaycan" qəzeti, 1919, 7 avqust) şerində də vətəni yüksəkdə duran və əbədiyyətədək enməyəcək bayraqlı bir diyar kimi vəsf etmişdir.

Həmçinin bax redaktə


Saytda 118 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024