Bəhram Mirzə Səfəvi Haqqinda Melumat - Vikipedia

Bəhram Mirzə Səfəvi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Bəhram Mirzə Səfəvi

Əbil-Fəth Bəhram Mirzə Səfəvi (7 sentyabr 1517, Marağa, Şərqi Azərbaycan ostanı1549[1]) — sənətçi və ədib şahzadə.

Bəhram Mirzə Səfəvi
Əbül Fəth Sultan Müizəddin Bəhram Mirzə
bayraq
Xorasan bəylərbəyliyi
 • Herat hakimliyi
bayraq2
1529 – 1533
ƏvvəlkiSam mirzə Səfəvi
bayraq
Lahican hakimi
bayraq2
1536 – 1537
1546 – 1549
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Surluq yaylağı, Marağa, Səfəvilər dövləti
Vəfat tarixi 9.16.1550
Vəfat yeri Həmədan yaxınlığı, Səfəvilər dövləti
Dəfn yeri Məşhəd
Fəaliyyəti şair
Atası Şah İsmayıl Xətai
Anası Şah Sultan
Həyat yoldaşı Zeynəbsultan xanım
Uşağı İbrahim mirzə Cahi
Dini Şiə İslam

Həyatı redaktə

7 sentyabr 1518-ci ildə Şah İsmayıl XətaiŞah Sultanın ikinci övladı olaraq dünyaya gəlmişdir. Saray təhsili almışdır.

Fəaliyyəti redaktə

İctimati fəaliyyətə ilk dəfə 11 yaşında Xorasan vilayətinin hakimi kimi başlamışdır. Herat qalasında Qazi xan Təkəlinin qəyyumluğu altında yaşayan Bəhram Mirzənin hakimiyyəti özbəklərin hücumları ilə kölgələnmişdi. 1532-ci ilin yazından 1533-cü ilin oktyabrına qədər mühasirədə qalan Bəhram Mirzə 1533-cü ildə qardaşı Sam mirzə Səfəvi ilə əvəz olundu. 1534-cü ildə Azərbaycanı Osmanlıya qarşı qoruyan Bəhram, 1536-cı ildə Lahicana hakim təyin edildi. Lakin yerli xalqla əlaqəsi zəif olan Bəhram bu dəfə 1546-cı ildə Həmədana hakim təyin edildi. Əlqas mirzə Səfəvinin həbsində önəmli rol oynayan Bəhram 1550-ci ildə qəflətən vəfat etdi.

Ailəsi redaktə

İmadəddin Şirvaninin bacısı Zeynəbsultan xanım ilə evlənmişdir. Övladları:

  1. Sultan Həsən mirzə Səfəvi — gənc vaxtı öldü.
  2. Sultan Hüseyn mirzə SəfəviSistan, Qəndəhar, Zəmindəvar hakimi.
  3. Sultan İbrahim mirzə SəfəviMəşhəd, Ərdəbil, Qain hakimi.
  4. Sultan Bədiüzzaman mirzə SəfəviSistan hakimi.

İrsi redaktə

Bəhram Mirzə musiqiçi, şair, xəttat və rəssam idi. Rüstəm əl-Xorasani kimi rəssamlara sarayında yer vermişdi. Əsərləri Topqapı Sarayında qorunur.

Mənbə redaktə

İstinadlar redaktə

  1. Pas L. v. Bahram Safavi // Genealogics (ing.). 2003.

Ədəbiyyat redaktə


Saytda 75 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023